e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Fəlsəfə

Haşım bəy Vəzirovun dünyagörüşündə islamçılıq və İslam-türk birliyi məsələləri Islamism and Islamic-Turkish Unityin the Worldview of Hashim bey Vazirov Вопросы исламизма и исламо-турецкого единства в мировоззрении Хашим-бея Вазирова

f.f.d., dos. Faiq Ələkbərli Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi 0000-0002-8865-568X

DOI

10.30546/3006-2772.11.2023.3

Necə istinad edilir

Ələkbərli, Faiq , Ələkbərli, F , , Din Araşdırmaları Jurnalı, Haşım bəy Vəzirovun dünyagörüşündə islamçılıq və İslam-türk birliyi məsələləri, 6, 2, 2023, 107-134, https://doi.org/10.30546/3006-2772.11.2023.3, 2023

Zotero Mendeley EN EndNote

Xülasə

Məqalədə Azərbaycan mütəfəkkiri Haşım bəy Vəzirovun dünya­görüşündə önəmli yer tutan islamçılıq, İslam birliyi, İslam-türk birliyi, Avropa-mərkəzçilik, yeniləşmə və digər məsələlər araşdırılmışdır. Vəzirovun dünyagörüşündə İslamın yeni mahiyyəti, İslam birliyinin vacibliyi və çağdaş dövrün şərtləri ilə ayaqlaşma böyük önəm daşıyır. Mütəfəkkir Azərbaycan xalqının milli oyanışı üçün maarifçiliyi mühüm istiqamət kimi götürmüş, cəmiyyətdə dini islahatların aparılmasının tərəfdarı kimi çıxış etmişdir. H.B.Vəzirov son yüzilliklərdə tənəzzül içində olan müsəlman dünyasını  tənqid edərkən heç bir zaman radikallığa varmamış, bu məsələlərdə diqqətli olmağa çalışmışdır.


 Vəzirovun əsas tənqid hədəfi İslam deyil, həmin dinin adından çıxış edən riyakar ruhanilər olmuşlar. Mütəfəkkir əsas diqqəti müsəl­manların çağdaş dövrün tələblərinə uyğunlaşmaları üçün islahatların aparılmasına və birləşməsinə yönəltmişdir. Onun İslam dini ilə bağlı düşüncələri  göstərir ki, ictimai xadim kimi müsəlman dünyasının oyanışı və zülmətdən işığa çıxması məsələsində inamlı, ümidli olmuşdur. Bu baxımdan, Vəzirovun islamiyyət, islamlıqla bağlı irəli sürdüyü fikirlər bugünümüz üçün son dərəcə aktualdır.


Məqalədə qeyd olunur ki, Vəzirov islamlıqla türklüyün, xüsusilə də islamlığın Qərb dünyasında bir çoxları tərəfindən tənqid hədəfi seçilməsini də zamanında görmüş və buna uyğun izahlar verməyə çalışmış­dır. Hər halda, təxminən, 100 il bundan öncə Qərb dünyasının islamlığa və türklüyə qarşı tutduğu mövqe bu gün də əsasən, dəyişilməz olaraq qalmaqdadır. Əslində, İslam ölkələrinə, o cümlədən türk coğrafiya­sına mədəniyyət, demokratiya, azadlıq aparan Qərb dünyasının əsl sifəti tamamilə başqa olmuşdur. Bunu vaxtilə çox doğru görüb-qiymətləndirən, Qərbin əsl sifətini ifşa etməyə çalışan Vəzirovun apardığı mücadilə olduqca diqqətəlayiqdir.

The article examines Islamism, Islamic unity, Islamic-Turkish unity, Eurocentrism, modernization, and other issues that occupy an important place in the worldview of Azerbaijani thinker Hashim Bey Vazirov. In Vazirov's standpoint, the new essence of Islam, the importance of Islamic unity, and its adaptation to the conditions of the modern era are of great importance. The thinker regarded enlightenment as a crucial tool for the national awakening of the Azerbaijani people and advocated for religious reforms in society. H.B. Vazirov, while criticizing the Muslim world, which has been in decline for the past centuries, avoided radicalism and strived to approach these issues carefully.


The main target of Vazirov's criticism was not Islam itself, but rather hypocritical clergymen speaking on behalf of that religion. The thinker focused on reforming and uniting Muslims to adapt to the requirements of the modern era. His thoughts on the Islamic religion show that, as a public figure, he was confident and hopeful about the awakening of the Muslim world and its transition from darkness to light. From this point of view, Vazirov's thoughts about Islam and Islamism remain extremely relevant even in contemporary times.


It is mentioned in the article that Vazirov in time observed that Islam and Turkism, especially Islam, were subjected to criticism by many people in the Western world, and he tried to provide appropriate explanations. In any case, the attitude of the Western world towards Islam and Turkism, approximately 100 years ago, remains largely unchanged even today. In fact, the true face of the Western world, which brought culture, democracy, and freedom to Islamic countries, including Turkish geography, was entirely different.


The struggle of Vazirov, who recognized this truth long ago and endeavored to expose the true nature of the West, is quite commend­able.​

В статье были исследованы вопросы об исламизме, ислам­ском единстве, исламско-турецком единстве, европоцентризме, модернизации и т.д. занимающие важное место в мировоззрении турецкого мыслителя Азербайджана Хашим-бея Вазирова. В ми­ровоззрении Вазирова большое значение занима­ет новая суть ислама, важность исламского единства, соответствие условиям современной эпохи. Вазиров рассматривал просвещение как важ­ное направление национального пробуждения азербайджанского народа и выступал сторонником религиозных реформ в обществе. Х. Вазиров, критикуя мусульманский мир, находившийся в упадке на протяжении последних столетий, никогда не радикализировал­ся и старался быть осторожным в этих вопросах.


Главным объектом критики Вазирова была не исламская религия, а лицемерные священнослужители, выступавшие от имени этой религии. Вазиров сосредоточился на реформировании и объединении мусульман, чтобы они могли адаптироваться к требованиям современной эпохи. Его мысли об исламской рели­гии показывают, что как общественный деятель он был уверен и надеялся на пробуждение мусульманского мира и его выход на свет из тьмы. С этой точки зрения взгляды Вазирова на исламизм того времени чрезвычайно актуальны на сегодняшний день.


В статье упоминается, что Вазиров видел, что ислам и ту­рецкость, а особенно ислам, были выбраны объектом критики со стороны многих людей в западном мире, и пытался дать соответ­ствующие объяснения. В любом случае, позиция западного мира по отношению к исламу и турецкости около 100 лет назад сегодня практически не изменилась. На самом деле, истинное лицо за­падного мира, принесшего культуру, демократию и свободу ис­ламским странам, включая турецкую географию, бы­ло совершен­но иным. Борьба Вазирова, который в то время считал это очень верным и пытался обнажить истинное лицо Запада, весьма при­мечательна.


 

Açar sözlər

Fəlsəfə, islamçılıq , türk-İslam birliyi, qərbçilik, Avropa-mərkəzçilik, türkçülük, milli maarifçilik
Philosophy, Islamism, Turkish-Islamic Unity, Westernism, Eurocentrism, Turkism, National Enlightenment
философия, исламизм, турецко-исламское единство, вестернизм, европоцентризм, тюркизм, национальное просвещение

Referanslar

  • Ələkbərli, Faiq. (2020). Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). II cild. Bakı: Elm və təhsil.
  • Güngör, Erol. (2003). Sosyal meseleler ve aydınlar. İstanbul. Ötüken.
  • Meriç, Cemil. (2013). Kültürden irfana. İstanbul: İletişim.
  • Məmmədquluzadə, Cəlil. (2004) . Əsərləri. IV cilddə, II cild. Bakı, “Öndər”.
  • Mirəhmədov, Əziz. (2011). Mətbuat // Azərbaycan mətbuat tarixi antologiyası. İki cilddə, 2-ci cild. Bakı, “Elm və təhsil”.
  • Rəsulzadə, M.Ə. (2014). Əsərləri. III cild (1915-1916). Bakı: “Təhsil”.
  • Vəzirov, Haşım. (2001). Keyfim gələndə (Haşım bəy Vəzirovun jurnalistlik fəaliyyəti). Bakı: “Şuşa” nəşriyyatı.
  • Vəzirov, Haşım bəy. (2010/1). Məsləkimiz. // Azərbaycan mətbuat tarixi antologiyası. İki cilddə, 1-ci cild. Bakı: “Elm və təhsil”.
  • Vəzirov, Haşım. (2010/2). Keyfim gələndə // Azərbaycan mətbuat tarixi antologiyası. İki cilddə, 1-ci cild. Bakı: “Elm və təhsil”.
  • Vəzirov, Haşım. (2010/3). Həsən bəy Məlikov //Azərbaycan mətbuat tarixi antologiyası. İki cilddə, 1-ci cild. Bakı, “Elm və təhsil”
  • Vəzirov, Haşım. (2010/4). Erməni mətbuatı //Azərbaycan mətbuat tarixi antologiyası. İki cilddə, 1-ci cild. Bakı: “Elm və təhsil”.
  • Sarıahmetoğlu, Nesrin. (2021). Milletleşme Sürecinde Azerbaycan Basının Oluşum ve Gelişimi //Azerbaycan Düşünce Tarihi. 1 cild. 2 cilddə. Ankara: YTB yayınları.
  • Said, Edvard. (1982). Oryantalizm: Sömürgeciliyin kaşf kolu. İstanbul: Pınar yayınları.
  • Şahtaxtlı, Məhəmmədağa. (2006). Seçilmiş əsərləri. Bakı: “Çaşıoğlu”.
  • Zeynalzadə, Ağarəfi. (2001). Keyfim gələndə (Haşım bəy Vəzirovun jurnalistlik fəaliyyəti). Bakı: “Şuşa” nəşriyyatı.
  • Zərdabi, Həsən bəy. (2007). “Dil birliyi” // Azərbaycan publisistikası antologiyası. Bakı: “Şərq-Qərb”.

Lisenziya

Müəllif hüququ (c) 2024 f.f.d., dos. Faiq Ələkbərli
Creative Commons License

Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri