Qiymətləndirmə prinsipləri
Buraya aşağıda göstərilən qaydalar daxildir:
• daha əvvəl dərc olunmamış və ya başqa bir jurnalda qiymətləndirmədə olmayan, bütün müəlliflər tərəfindən təsdiqlənmiş məqalələr qiymətləndirmə üçün qəbul edilir;
• göndərilən və ilkin yoxlamadan keçən məqalələr Antiplagiat proqramı vasitəsilə yoxlanılır;
• jurnalımızda ikitərəfli anonim rəy prosesi tətbiq olunur. Bütün işlər əvvəlcə redaktor tərəfindən jurnalın tələblərinə uyğunluğu baxımından qiymətləndirilir. Uyğun hesab edilən məqalələr elmi keyfiyyətinin qiymətləndirilməsi üçün ən azı, iki müstəqil ekspert-rəyçiyə göndərilir;
• Baş redaktor məqalələri müəlliflərin etnik mənsubiyyəti, cinsi, vətəndaşlığı, dini inancı və siyasi baxışlarından asılı olmayaraq dəyərləndirir. Göndərilən məqalələrin ədalətli şəkildə ikitərəfli anonim rəy prosesindən keçməsini təmin edir;
• Baş redaktor müəlliflər, redaktorlar və rəyçilər arasında maraqların toqquşmasına icazə vermir;
• redaktor məqalələrin qəbul və ya rədd edilməsi ilə bağlı yekun qərara görə məsuliyyət daşıyır. Redaktorun qərarı qətidir;
• redaktorlar özləri, ailə üzvləri və ya həmkarları tərəfindən yazılmış və ya maraq göstərdikləri məhsul və xidmətlərlə bağlı məqalələr haqqında qərar qəbulunda iştirak etmirlər. Belə məqalələr jurnalın standart prosedurlarına uyğun qiymətləndirilir.
Rəyçilər məqalələrə dair bütün məlumatların məqalə dərc olunanadək məxfi saxlanılmasını təmin etməli və müəllif tərəfindən hər hansı müəlliflik hüququ pozuntusu və plagiat aşkar edərlərsə, bunu redaktora bildirməlidirlər.
Rəyçi məqalənin mövzusu ilə bağlı özünü kifayət qədər səriştəli hesab etmirsə və ya vaxtında rəy vermək imkanı yoxdursa, redaktoru bu barədə məlumatlandırmalı və qiymətləndirmə prosesində iştirak etməməsini istəməlidir.
Qiymətləndirmə prosesində redaktor rəyçilərə göndərilən məqalələrin müəlliflərin xüsusi mülkiyyəti olduğunu və bunun məxfi ünsiyyət hesab edildiyini aydın şəkildə bildirir. Redaksiya heyətinin üzvləri məqalələri başqa şəxslərlə müzakirə edə bilməzlər. Rəyçilərin kimliyi gizli saxlanılır.
Qiymətləndirmə prosesi
• Rəy prosesinin növü: ikitərəfli anonim rəy prosesi
• İkitərəfli anonim rəy prosesi: plagiat yoxlanışından sonra uyğun olan məqalələr Baş redaktor tərəfindən orijinallıq, metodologiya, mövzunun əhəmiyyəti, jurnalın məqsəd və istiqamətinə uyğunluğu baxımından qiymətləndirilir. Redaktor məqalələrin ədalətli şəkildə ikitərəfli anonim rəy prosesindən keçməsini təmin edir. Məqalə forma baxımından uyğun olduqda, ən azı, iki daxili və/və ya xarici rəyçiyə göndərilir. Rəyçilər zəruri dəyişiklikləri tələb etdikdə, müəlliflər bunu düzəltdikdən sonra məqalənin nəşrinə icazə verilir.
• İlkin baxış müddəti: nəşrdən əvvəl
• Müəllif-rəyçi əlaqəsi: redaktorlar müəlliflər və rəyçilər arasındakı bütün əlaqələri idarə edir.
• İcmal müddəti: tədqiqat məqalələri üçün ilkin qərarın verilməsi, təxminən, 60 gün çəkir.
• Qəbul nisbəti: jurnalımıza göndərilən məqalələrin, təxminən, 42 faizi nəşr olunur. Müraciətlərin, təxminən, üçdəbiri ilkin qiymətləndirmədə rəyə göndərilmədən imtina olunur.
• Plagiat yoxlanışı: Bəli – Antiplagiat proqramı vasitəsilə. https://strikeplagiarism.com/en/
• Hər məqaləni qiymətləndirən rəyçi sayı: İki
• Rəy müddəti: 20 gün (zərurət olduqda, əlavə 10 gün uzadıla bilər).
• Qərar: məqalənin nəşrə qəbul edilməsi üçün ən azı, iki rəyçinin müsbət qərar verməsi tələb olunur.
Etik pozuntu şübhəsi
Rəyçilər tədqiqat və ya nəşr sui-istifadəsindən şübhələndikdə vəziyyəti redaktora bildirməlidirlər. Redaktor COPE-un tövsiyələrinə uyğun olaraq müvafiq tədbirlər görməyə məsuldur.
Baş redaktor göndərilən tədqiqat məqaləsini dərhal nəzərdən keçirir, yazının daha ətraflı qiymətləndirilməyədək olduğunu düşünürsə, onu redaktora yönləndirir. Redaktor adətən tədqiqat məqalələrini tam oxuyur. Məqalələr üçün 2-3 həftə ərzində ilkin qərar verməyi hədəfləyirik, lakin adətən, qərar bir neçə gün ərzində verilir.
Əgər jurnalımızın həmin iş üçün uyğun olmadığını düşünürüksə, müəllifləri tez bir zamanda məlumatlandırırıq ki, tədqiqat işlərini başqa jurnallara göndərə bilsinlər. Rədd qərarının əsas səbəbləri aşağıdakılar ola bilər:
• yetərsiz orijinallıq;
• mövzunun jurnalın istiqamətinə uyğun olmaması.
Tədqiqat məqalələri üçün növbəti mərhələ redaksiya heyətinin toplantısıdır. Üzvlər məqaləni oxuyur, əhəmiyyətini, orijinallığını və elmi keyfiyyətini müzakirə edirlər. Əsasən, tədqiqatın probleminə istiqamətlənirik. Mövzu uyğun, aktual və vacib olsa da, tədqiqatın problemi yoxdursa, məqaləni rədd edə bilərik. Ciddi qüsurlar aşkar edildikdə də imtina qərarı verilir. Məqalə jurnalımız üçün uyğun hesab edilərsə, redaktor məqaləni iki xarici rəyçiyə göndərir. Rəyçilər yekun qərar verəcək baş redaktora tövsiyələr təqdim edirlər. Rəyçilərdən maraqların toqquşması barədə məlumat vermələri tələb olunur.
Məqalə jurnalımız üçün uyğun hesab edilərsə, redaktor məqaləni iki xarici rəyçiyə göndərir. Rəyçilər yekun qərar verəcək baş redaktora tövsiyələr təqdim edirlər. Rəyçilərdən maraqların toqquşması barədə məlumat vermələri tələb olunur.
Yekun qərar rəy prosesi başa çatdıqdan sonra baş redaktor tərəfindən verilir.
Bütün məqalələr üçün göndərildikdən 6-8 həftə ərzində nəşr üçün qərar verilməsini hədəfləyirik. Əgər düzəliş tələb olunarsa, müəlliflərdən məqaləni növbəti ay ərzində yenidən göndərmələri istənilir.
Jurnalımız oxuculara və müəlliflərə açıq giriş təmin edir. Bütün məqalələr onlayn formada ödənişsiz şəkildə əlçatandır.
Nəşr olunan məqalənizdə hər hansı səhv aşkar etsəniz, düzəlişin ediləcəyini bildirmək üçün redaktorun elektron poçtuna göndərin.
Redaksiya heyətinin işlərinə dair rəy prosesinin prinsipləri
Jurnalımızın redaktorları tərəfindən yazılmış redaksiya məqalələri və analitik yazılar xarici rəy prosesindən keçmir. Orijinal tədqiqat məqalələri, anonim şəkildə ən azı, iki xarici rəyçiyə göndərilir. Bu müddət ərzində həmin redaktorların vəzifələri müvəqqəti dayandırılır.