p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Ümumi qaydalar

Ümumi qaydalar

Əvvəllər hər hansı bir mənbədə dərc olunmamış və dəyərləndirmədə olmayan məqalə dərc olunmaq üçün jurnala göndərilə bilər.

Müəllif məqaləsini göndərmək üçün “Din araşdırmaları” jurnalının saytında  qeydiyyatdan keçərək, şəxsi kabinet yaratmalıdır.  Məqalələr yalnız sayt üzərindən qəbul edilir.

Məqalələr plagiatla bağlı müvafiq elmi tədqiqat bazalarında yoxlanılır. Uyğunluq göstəricisi isə 15 %-dən yüksək olan məqalələr qəbul edilmir.

Məqalədə iqtibas, istinad və ədəbiyyat siyahısı yazının ümumi həcminin 30 faizindən çox olmamalıdır.

Göndərilən məqalə redaktor tərəfindən qəbul edilir və anonimlik qorunaraq baş redaktora yönləndirilir. Baş  redaktor məqalənin dəyərləndirilməsi üçün müvafiq iki rəyçini müəyyənləşdirir.

Redaktor tərəfindən anonimlik qorunaraq, məqalə hər iki rəyçiyə yönləndirilir.

Rəyçilərin hər ikisindən müsbət cavab gəldiyi təqdirdə, məqalə redaktə olunması üçün ədəbi redaktorlara göndərilir. Əgər rəyçilərdən biri mənfi rəy verərsə, o zaman üçüncü rəyçi təyin olunur.

Məqalədə hər hansı düzəlişə ehtiyac olarsa,  düzəldilməsi üçün müəllifə  göndərilir, müəllif düzəlişlərini fərqli rənglərdə qeyd edərək geri göndərir.

Rəyçilər tərəfindən dərc edilməsi təsdiq olunan və ədəbi redaktorlar tərəfindən yoxlanılan məqalələr baş redaktor tərəfindən təsdiqlənərək çapa göndərilir.