e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Məqalələr

Əlabbas Müznibin dünyagörüşündə türkçülük və islamçılıq Turkism and Islamism in Alabbas Muznib’s World View Тюркизм и исламизм в мировоззрении аль-аббаса музниба

Faiq Ələkbərli AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi 0000-0002-8865-568x

DOI

10.30546/zww0sg08

Necə istinad edilir

Ələkbərli, Faiq , Ələkbərli, F , , Din Araşdırmaları Jurnalı, Əlabbas Müznibin dünyagörüşündə türkçülük və islamçılıq, 6, 10, 2023, 119-144, https://doi.org/10.30546/zww0sg08, 2023

Zotero Mendeley EN EndNote

Xülasə

Məqalədən aydın olur ki, Azərbaycan türk mütəfəkkiri Əlabbas Müznibin dünyagörüşündə türkçülük, islamçılıq, yeniləşmə, milli dil və digər məsələlər önəmli yer tutur. Ə.Müznibin görüşlərində mühafizəkarlığın tənqidi və çağdaş dövrün şərtləri ilə ayaqlaşma böyük önəm daşıyır. Ə.Müznib Azərbaycan xalqının milli oyanışı üçün maarifçiliyi mühüm yol kimi götürmüş, cəmiyyətdə islahatların aparılmasının tərəfdarı kimi çıxış etmişdir. Mütəfəkkir son yüzilliklərdə tənəzzül yaşayan müsəlman dünyasını tənqid edərkən radikallığa varmamış, bu məsələlərdə diqqətli olmağa çalışmışdır. Müznibin əsas tənqid hədəfi İslam deyil, həmin dinin adından çıxış edən ikiüzlü ruhanilər olmuşdur. Əsas diqqəti müsəlmanların çağdaş dövrün tələblərinə uyğunlaşması üçün islahatların aparılmasına yönəltmişdir. Müznibin İslam dini ilə bağlı düşüncələri göstərir ki, o, İslam dünyasının oyanışı və zülmətdən qurtulması məsələsində inamlı, ümidli olmuşdur. Bu baxımdan, islamiyyət, islamlıqla bağlı irəli sürdüyü fikirlər bugünümüz üçün də son dərəcə aktualdır. Eyni zamanda, məqalədə Ə.Müznibin ictimai-siyasi görüşləri çərçivəsində türkçülük də burada şərh edilmiş, onun türk dünyasının, o cümlədən Azərbaycan xalqının gələcəyi ilə bağlı düşüncələri təhlil olunmuşdur. Belə ki, Müznib türklüyün dərkinin çox vacib olduğunu soydaşlarına çatdırmağa çalışmış, məhz türkçülük əsasında Azərbaycan xalqının yenidən istiqlala qovuşacağına inanmışdır. Mütəfəkkirin türkçülük, türk birliyi, Turan məfkurəsi ilə bağlı gəldiyi nəticələri
yüksək qiymətləndiririk. Bizcə, onun bu məsələlərlə bağlı gəldiyi nəticələr, irəli sürdüyü mülahizələr 100 il əvvəl olduğu kimi, hazırda da mühüm əhəmiyyət kəsb edir. Xüsusilə türk birliyinin gerçəkləşməsi yolunda Azərbaycanın, Azərbaycan türklərinin yeri və rolu barədə yazdıqları öz aktuallığını qoruyub-saxlamaqdadır.
The article highlights how Turkism, Islamism, modernization, national language, and other issues have influenced Azerbaijani Turkish thinker Alabbas Muznib’s worldview. Criticism of conservatism and keeping up with modern-day conditions were particularly important in A. Muznib’s views. Thus, A. Muznib saw enlightenment as an important step toward the national awakening of the Azerbaijani people and advocated for social reforms. While criticizing the Muslim world, which has been in decline in recent centuries, A. Muznib has never been radical and has tried to tread lightly in these matters. Muznib’s main target was not the Islamic religion itself, but hypocritical clerics speaking on its behalf. Muznib focused on reforming Muslims to adapt to modern-day students. Muznib’s thoughts on Islam and the Islamic religion show that he was optimistic about the Islamic world awakening and transition from darkness to light. In this regard, Muznib’s ideas about Islamism at the time are still very relevant today. At the same time, Turkism was interpreted within the context of A. Muznib’s social and political views, and his thoughts on the future of the Turkic world, including the people of Azerbaijan, were examined. Thus, Muznib attempted to convey to his compatriots the importance of understanding Turkism, and he believed that the Azerbaijani people would regain independence on the basis of Turkism. We value Alabbas Muznib’s conclusions on Turkism, Turkish unity, and Turanian ideology. Muznib’s conclusions and considerations on these issues, in our opinion, are as relevant today as they were a century ago. His writings on the place and role of Azerbaijan and Azerbaijani Turks in the realization of Turkish unity, in particular, remain relevant.
В статье показано, что тюркизм, исламизм, модернизация, национальный язык и другие вопросы занимают важное место в мировоззрении азербайджанского тюркского мыслителя Аль-Аббаса Музниба. Важное место во взглядах А. Музниба занимают критика консерватизма и соответствие условиям современной эпохи. А.Музниб воспринимал просвещение как важный путь для национального пробуждения азербайджанского народа и выступал сторонником проведения реформ в обществе. Мыслитель, критикуя мусульманский мир, находящийся в последние века в упадке, никогда не был радикальным и старался быть внимательным в этих вопросах. Основным объектом критики Музниба была не исламская религия, а лицемерные священнослужители, выступающие от имени этой религии. Музниб сосредоточился на проведении реформ для адаптирования мусульман к требованиям современного периода. Мысли Музниба об исламской религии показывают, что он был уверен и надеялся на пробуждение исламского мира и его выход из тьмы. С этой точки зрения его представления об исламизме в то время чрезвычайно актуальны и сегодня. В то же время в статье комментируется тюркизм в рамках общественнополитических взглядов А. Музниба, а также анализируются его мысли о будущем тюркского мира, в том числе азербайджанского народа. Таким образом, Музниб пытался донести до соотечественников, что понимание тюркизма очень важно, и верил, что азербайджанский народ вновь обретет независимость на основе тюркизма. Мы высоко ценим выводы мыслителя относительно тюркизма, тюркского единства, туранской идеологии. На наш взгляд, выводы Музниба по этим вопросам, высказанные им соображения сегодня столь же важны, как и сто лет назад. В частности, сохраняет свое актуальность написанное им о месте и роли Азербайджана и азербайджанских тюрков в реализации тюркского единства.

Açar sözlər

İslamçılıq, Türk-İslam Birliyi, Turançılıq, Türkçülük, Milli İstiqlal, Milli Maarifçilik
Islamism, Turkish-Islamic Unity, Turanism, Turkism, National İndependence, National Enlightenment
Исламизм, Тюрко-Исламское Единство, Туранизм, Тюркизм, Национальная Независимость, Национальное Просвещение

Referanslar

  • Ağayev İslam. (2006). Ön söz // Müznib Əlabbas. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb».
  • Ağayev İslam. (1972). Əlabbas Müznib // ""Azərbaycan"" jurnalı, №2. Ağayev İslam. (2003). Əlabbas Müznib: Həyatı, yaradıcılığı, əsərlərindən seçmələr. Bakı: Elm.
  • Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları. (2021). 2-ci kitab. Bakı, BBMM. Əlabbas Müznibin arxivi. Qovluq 37 (52).
  • Ələkbərli Faiq. (2020). Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). II cild. Bakı, Elm və təhsil.
  • Əliyeva Aynurə. (2018/1). Azərbaycan Cümhuriyyətinin Dövlət Marşını yazan şəxsiyyət. “Türküstan” qəzeti, 15-20 iyun 2018-ci il (1. Yazı).
  • Əliyeva Aynurə. (2018/2). Azərbaycan Cümhuriyyətinin Dövlət Marşını yazan şəxsiyyət. “Türküstan” qəzeti, 21-25 iyun 2018-ci il (2. Yazı).
  • Min beş yüz ilin Oğuz şeiri. (1999). Antologiya. 1. Kitab. Bakı, “Azərbaycan” nəşriyyatı.
  • Müznib Əlabbas. (2006). Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”.
  • Müznib Əlabbas. (2012). Əsərləri. Bakı, “Elm və təhsil”.
  • Müznib Əlabbas. (2011). Azərbaycan ədəbiyyatından seçmələr. Bakı, “Elm və təhsil”.
  • Sarıahmetoğlu Nesrin. (2021). Milletleşme Sürecinde Azerbaycan Basının Oluşum ve Gelişimi //Azerbaycan Düşünce Tarihi. 1 cild. 2 cilddə. Ankara, YTB yayınları.

Lisenziya

Müəllif hüququ (c) 2024 Faiq Ələkbərli
Creative Commons License

Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri