Din və sosial dəyişikliklər: Qarşılıqlı təsirin əsas istiqamətləri Religion and Social Change: Main Directions of Mutual Influence Религия и социальные изменения: основные направления взаимовлияния
Xülasə
Bu məqalə sosioloji nöqteyi-nəzərindən din və sosial dəyişikliklər arasındakı qarşılıqlı təsirlərin tədqiqinə həsr edilmişdir. Din və sosial dəyişikliklər mövzusu din sosiologiyasının aktual problemlərindən biri kimi, sosial elmlər sahəsində alimlərin diqqətini cəlb etmiş və bu sahədə müxtəlif əsərlər meydana gəlmişdir. Bu araşdırmanın məqsədi din və sosial dəyişikliklərin qarşılıqlı əlaqələrindən bəhs edən tədqiqatları nəzərdən keçirmək, sosioloji konsepsiyalar və tarixi faktlar əsasında mövzunu obyektiv təhlil etməkdir. Məqalədə, ilk növbədə, sosioloji fikirdə sosial dəyişiklik anlayışı izah edilir. Qeyd edilir ki, sosial dəyişiklik müvəqqəti və formal dəyişiklik deyil, sosial-mədəni sistemin sürəkli dəyişikliklərini ifadə edir. Belə sistem dəyişikliklərinin din ilə qarşılıqlı əlaqələri çoxtərəfli və mürəkkəb bir xarakterə malikdir. Müəllif din və sosial dəyişiklik münasibətlərini üç aspektdən təhlil edir: din sosial dəyişikliyə maneə kimi, din sosial dəyişikliyin səbəbi kimi, sosial dəyişikliklərin dinə təsiri. İlk növbədə, belə bir nəticəyə gəlinmişdir ki, dinin sosial dəyişikliyə maneə təşkil etməsi nadir hallarda baş verə bilər, lakin bu, adətən, təşkilatlı ruhanilər sinfinin fəaliyyəti ilə əlaqədardır. Belə ki, din qurucuları və reformistlər, daha çox, sosial dəyişikliklər və yenilikləri həyata keçirməyə cəhd edirlər. Dinin sosial dəyişikliyə səbəb olması məsələsi də əhəmiyyətli mövzudur. Bu baxımdan, müəllif konkret tarixi faktlar əsasında dinin sosial dəyişikliyə təkan verməsinin müxtəlif nümunələrini göstərir. Sosial dəyişikliyin dinə təsiri məsələsinə gəlincə, qeyd olunur ki, cəmiyyətdə baş verən hüquqi, siyasi, sosial-mədəni dəyişikliklər səbəbi ilə dinlərin həm təşkilatı strukturunda, həm də ehkamlarında dəyişikliklərin və islahatların meydana gəlməsi danılmaz faktdır.
This article deals with the study of the mutual influence between religion and social change from a sociological point of view. The topic of religion and social change, as one of the actual problems of the sociology of religion, has attracted the attention of social scientists and various works have appeared in this field. The purpose of this study is to review researches on the relationship between religion and social change and to analyze objectively the topic on the basis of sociological theories and historical facts. The article, first of all, explains the concept of social change in sociological thought. It is noted that social change is not a temporary and formal change, but a permanent change in the socio-cultural system. The interaction of religion with such system changes is multifaceted and complex. The author analyzes the relationship between religion and social change from three aspects: religion as an obstacle to social change, religion as a cause of social change and the impact of social change on religion. First of all, it has been concluded that religion can rarely interfere with social change, but this is usually due to the activities of an organized clergy. Thus, the founders of religion and reformists are usually trying to implement changes and innovations. The topic of religion as a cause of social change is also an important issue. In this regard, the author gives various examples of how religion promotes social change on the basis of concrete historical facts. In respect of the impact of social change on religion, it is noted that due to legal, political, socio-cultural changes in society, it is undeniable that various changes and reforms have taken place in both the organizational structure and doctrines of religions.
Эта статья посвящена изучению взаимовлияния между религией и социальными изменениями с социологической точки зрения. Тема религии и социальных изменений, как одна из актуальных проблем социологии религии, привлекла внимание социологов, и в этой сфере появились различные исследования. Целью данной работы являются обзор исследований взаимосвязи между религией и социальными изменениями и объективный анализ темы на основе социологических теорий и исторических фактов. В статье, прежде всего, объясняется концепция социальных изменений в социологии. Отмечается, что социальные изменения это не временное или формальное явление, а постоянное изменение социокультурной системы. Взаимодействие религии с такими системными изменениями является многогранным и комплексным. Автор анализирует связь между религией и социальными изменениями в трех аспектах: религия как препятствие для социальных изменений, религия как фактор социальных изменений и влияние социальных изменений на религию. Прежде всего, был сделан вывод, что религия редко может вмешиваться в социальные изменения, но если это происходит, то обычно из-за деятельности организованного духовенства. Таким образом, религиозные деятели и реформисты обычно пытаются внедрить изменения и инновации. Тема религии как фактора социальных изменений также является важной проблемой. В связи с этим автор на основе конкретных исторических фактов приводит различные примеры того, как религия способствует социальным изменениям. Что касается влияния социальных изменений на религию, отмечается, что, учитывая правовые, политические и социально-культурные изменения в обществе, нельзя отрицать, что в организационной структуре и в доктринах религий произошли различные изменения и реформы.
Açar sözlər
Din, Sosial Dəyişiklik, Modernizasiya, Din Sosiologiyası
Religion, Social Change, Modernization, Sociology Of Religion
Религия, Социальные Изменения, Модернизация, Социология Религии
Referanslar
- Aron Raymond. (2004). Sosyolojik Düşüncenin Evreleri. (tər. Korkmaz Alemdar), Ankara: Bilgi Yayınevi.
- Arslantürk Z., Amman T. (2001) Sosyoloji: Kavramlar, Kurumlar, Süreçler, Teoriler. İstanbul: Çamlıca Yayınları.
- Comte A. (2001) Pozitif Felsefe Kursları. İstanbul: Sosyal Yayınlar.
- Giddens Anthony. (2000) Sosyoloji. (ed. Özel H., Güzel C.), Ankara: Ayraç Yayınları.
- Giddens Anthony. (2009) Sociology. (6th edition), Cambridge: Polity-Press.
- Günay Ünver. (2005) Din Sosyolojisi. İstanbul: İnsan Yayınları.
- Hamilton B. Malcolm. (2001) The Sosiology of Religion: Theoretical and Comparative Perspective. Routledge, London and New York.
- Qolenkova Z.T., Akuliç M.M., Kuznetsov V.N. (2007) Ümumi Sosiologiya. (tər. İzzət Rüstəmov), Bakı: Diplomat Nəşriyyatı.
- Okumuş Ejder. (2003) Toplumsal Değişme ve Din. İstanbul: İnsan Yayınları.
- Thompson Ian. (2004) Odaktaki Sosyoloji: Din Sosyolojisine Giriş. (tər. Çoban B.Z.), İstanbul: Birey Yayıncılık.
- Wach Joachim. (1995) Din Sosyolojisi. (tər. Ünver Günay), İstanbul: İFAV Yay.
- Wallace R.A., Wolf A. (2002) Çağdaş Sosyoloji Kuramları: Klasik Geleneğin İyileştirilmesi. Ankara: Doğu Batı Yayınları.
- Weber Max. (2008) Protestant Ahlakı ve Kapitalizmin Ruhu. (tər. Zeynep Gürata), İstanbul: Ayraç Yayınları.
- Zuckerman P. (2016) Din Sosyolojisine Giriş. Ankara: Birleşik Kitabevi.