Sivil din və siyasi dinin nəzəri problemləri: J.J.Russo, E.Dürkheym və R.Bellahın “sivil din” anlayışlarının müqayisəli təhlili The Theoretical Problems of Civil Religion and Political Religion: A Comparative Analysis of the Concepts of Civil Religion by J.J.Rousseau, E.Durkheim and R.Bellah Теоретические проблемы гражданской и политической религии: сравнительный анализ концепций гражданской религии Ж.Ж.Руссо, Э.Дюркгейма и Р.Белла
Xülasə
Bu məqalədə sosial elmlərin aktual problemlərindən biri olan “sivil din” anlayışı Jan Jak Russo, Emil Dürkheym və Robert Bellahın nəzəriyyələri kontekstində müqayisəli şəkildə araşdırılır. Dövlət və millətin müqəddəsləşdirilməsi şəklində tərif verilən “sivil din” anlayışı ilk dəfə Russo tərəfindən yaradılsa da, E.Dürkheymin və R.Bellahın tədqiqatları nəticəsində aktual problemə çevrilmişdir. Məqalədə J.J.Russonun siyasi din yanaşması ilə E.Dürkheymin “mədəni və sosial sivil din” anlayışı müqayisə edilir. Eyni zamanda, müasir sosioloji ədəbiyyatda “sivil din – siyasi din” anlayışlarının nəzəri problemləri müqayisəli təhlil edilir. Müəllif göstərir ki, tədqiqatçıların bəziləri “sivil din və siyasi din” anlayışlarını sinonim kimi işlətsələr də, tədqiqatçıların əksəriyyəti sivil dini cəmiyyətdə özü-özünə formalaşan dəyərlər, inanclar və mərasimlərin toplusu mənasında işlədir. Siyasi din isə əsasən, totalitar rejimlər tərəfindən insanlara məcburən qəbul etdirilən, hakim ideologiyadan başqa bütün inancları və ideyaları sıxışdıran, onları özünə rəqib sayan etiqadlar toplusu mənasında işlədilir. Məqalədə sivil din nəzəriyyəsini tənqid edən tədqiqatçıların fikirləri qısa şəkildə nəzərdən keçirilmişdir. Azərbaycanda sivil dinin formalaşması məsələsinə gəlincə, müəllif qeyd edir ki, müasir millət-dövlətlərdə olduğu kimi, Azərbaycanda da sivil dinin bir çox elementlərinin yarandığı müşahidə edilir. Məsələn, Dövlət Bayrağı və Dövlət Himninə göstərilən sayğı, “Vətən” anlayışı, şəhidlik kimi dəyərlərin aşılanması kimi nümunələri bunlara misal verilə bilər. Müəllif hesab edir ki, bu ideyalar və mərasimlərin, əsasən, ənənəvi dinlərlə, xüsusilə İslamla əlaqələndirilməsi göstərir ki, Azərbaycanda müstəqil sivil din hələ erkən formalaşma mərhələsindədir, yetkin və müstəqil sivil dindən danışmaq hələlik mümkün deyildir.
In this article, the concept of civil religion, a significant issue in social sciences, is comparatively examined in the context of the theories of J. J. Rousseau, E. Durkheim, and R. Bellah. To summarize, the concept of civil religion, defined as the sacralization of the state and nation, was first introduced by Rousseau, but subsequent research by Durkheim and Bellah transformed it into a relevant issue. This article compares J. J. Rousseau’s political religion approach with E. Durkheim’s concept of cultural and social civil religion. Furthermore, the theoretical problems associated with the concepts of civil religion and political religion are analyzed in modern sociological literature. The author argues that despite some researchers using the terms civil religion and political religion interchangeably, most scholars employ civil religion to refer to a set of values, beliefs and ceremonies that are formed by society itself. In contrast, political religion is primarily used to describe a set of beliefs imposed by totalitarian regimes, suppressing all beliefs and ideas other than the ruling ideology and considering them as rivals.
Additionally, the article briefly reviews the opinions of researchers who criticize the theory of civil religion. Concerning the formation of civil religion in Azerbaijan, the author notes that, as in modern nation-states, various elements of civil religion are observed in Azerbaijan. For instance, respect for the national flag and national anthem, the concept of homeland, and instilling values such as martyrdom can be cited as examples. However, the author believes that associating these ideas and ceremonies with traditional religions, particularly Islam, suggests that independent civil religion in Azerbaijan is still in its early stages of development and it is not yet possible to speak of a complete and independent civil religion.
В данной статье понятие гражданской религии, являющееся одной из актуальных проблем социальных наук, сравнительно исследуется в контексте теорий Ж. Ж. Руссо, Э. Дюркгейма и Р. Белла. Концепция гражданской религии, которая определяется как сакрализация государства и нации, была впервые создана Руссо, но в результате исследований Э. Дюркгейма и Р. Белла она стала актуальной проблемой. В статье сравниваются политический религиозный подход Ж. Дж. Руссо и концепция культурной и социальной гражданской религии Э. Дюркгейма. В то же время в современной социологической литературе сравнительно анализируются теоретические проблемы понятий гражданской религии и политической религии. Автор показывает, что хотя некоторые исследователи используют понятия гражданская религия и политическая религия как синонимы, большинство исследователей используют гражданскую религию в смысле совокупности ценностей, верований и обрядов, формирующихся ими же в обществе. Политическая религия в основном используется в смысле набора убеждений, навязанных людям тоталитарными режимами, подавляющими все верования и идеи, кроме правящей идеологии, и рассматривающими их как соперников. В статье также кратко рассмотрены мнения исследователей, критикующих теорию гражданской религии. Касаясь формирования гражданской религии в Азербайджане, автор отмечает, что в Азербайджане, как и в современных национальных государствах, наблюдается появления многих элементов гражданской религии. Примером этого может быть привитие таких ценностей, как уважение к государственному флагу и гимну, концепция Родины и мученичества. Однако автор считает, что объединение этих идей и обрядов с традиционными религиями, особенно с исламом, показывает, что независимая гражданская религия в Азербайджане находится еще на ранних стадиях формирования и говорить о полной и независимой гражданской религии пока невозможно.
Açar Sözlər
Referanslar
- Aron, R. (2004). Sosyolojik Düşüncenin Evreleri. 5th edn. Ankara: Bilgi Yayınevi.
- Ataman, K. (2014). Ulus Olmanın Kutsal Temeli: Sivil Din. Ankara: Sentez Yayınları.
- Azad olunmuş torpaqlarımızda azan oxundu (2020) Yeni Sabah Qəzeti. Available at: https://yenisabah.az/azad-olunmus-torpaqlarimizda-¬azan-oxundu (Accessed: 18 March 2024).
- Azərbaycan Respublikasının Konstitusiyası (1995). Available at: https://e-qanun.az/framework/897 (Accessed: 29 February 2024).
- Bellah, R.N. (1967). ‘Civil religion in America’, Daedalus, pp. 1–21.
- Bellah, R.N. and Hammond, P.E. (2013). Varieties of civil religion. Eugene: Wipf and Stock Publishers.
- Çiçek, Ö. (2022). ‘Sivil Dinden Politik Dine Teopolitik Haller’, Artuklu Akademi, 9(2), pp. 223–236. Available at: https://doi.org/10.34247/artukluakademi.1169900.
- Çiçek, Ö. ve Kıvrak, E. (2023). ‘Kültürel Sivil Dinden Politik Sivil Dine Amerikan Sivil Dininin Dönüşümü’, Dinbilimleri Akademik Araştırma Dergisi, 23(2), pp. 623–650. Available at: https://doi.org/10.33415/daad.1294267.
- Coleman, J.A. (1970). ‘Civil Religion’, Sociological Analysis, 31(2), pp. 67–77. Available at: https://doi.org/10.2307/3710057.
- Cristi, M. (2001). From civil to political religion: The intersection of culture, religion and politics. Wilfrid Laurier Univ. Press.
- Demerath III, N.J. (2003). ‘Civil Society and Civil Religion as Mutually Dependent’, in M. Dillon (ed.) Handbook of the Sociology of Religion. New York: Cambridge University Press, (pp. 348–358).
- Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu (1992). Available at: https://e-qanun.az/framework/7649#_edn1 (Accessed: 18 March 2024).
- Durkheim, E. (1964). The Elementary Forms of the Religious Life. 5th edn. London: George Allen & Unwin Ltd.
- Düzce, M. (2017) ‘Sivil Dinin Teorik Temelleri’, Van Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, 35, (pp. 1–24).
- Düzce, M. (2020). ‘Sivil Din ve Politik Din Kavramlarına Teorik Bir Bakış’, Bilimname, 2020(41), (pp. 385–411). Available at: https://doi.org/10.28949/bilimname.670668.
- Əsgərimiz işğaldan azad olunan Şuşa məscidində azan oxudu (2020) Yeni Avaz Qəzeti. Available at: https://www.yeniavaz.com/az/news/153010/esgerimiz-isgaldan-azad-olunan-susa-mescidinde-azan-oxudu-video (Accessed: 18 March 2024).
- Gentile, E. (2005). ‘Political religion: a concept and its critics – a critical survey’, Totalitarian Movements and Political Religions, 6(1), pp. 19–32. Available at: https://doi.org/10.1080/14690760500099770.
- İlham Əliyevin andiçmə mərasimi keçirilib (2024) prezident.az . Available at: https://president.az/az/articles/view/63979 (Accessed: 18 March 2024).
- Qənbərov, A. (2019). Azərbaycanda dövlət-din münasibətləri: dünyəviliyin nəzəri və hüquqi əsasları. Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi.
- Qənbərov, A. (2022). Din sosiologiyası: ali məktəblər üçün dərslik. Bakı: AVE Print.
- Roberts, K.A. (1990). Religion in Sociological Perspective. 2nd edn. California: Wadsworth Publishing Company.
- Robertson, R. (2012) ‘Küreselleşme, Teokratikleşme ve Siyasallaşmış Sivil Din’, in P.B. Clarke (ed.) İ. Çapcıoğlu (tərc.) Din Sosyolojisi: Yaşadığınız Dünya. 1st edn. Ankara: İmge Kitabevi, pp. 233–273.
- Rousseau, J.J. (1762). The Social Contract. Translated by G.D.H. Cole. Virgil, Æneid xi. Available at: https://web.archive.org/web/20171215154541id_/https://www.ucc.ie/archive/hdsp/Rousseau_contrat-social.pdf (Accessed: 5 March 2024).
- Sağır, S. (2020). ‘Ulus Olmanın Kutsal Temeli: Sivil Din’, İslami İlimler Araştırmaları Dergisi, (8), pp. 163–167. Available at: https://dergipark.org.tr/tr/pub/iiad/issue/61990/928058.
- Turner, B.S. (1991). Religion and Social Theory. 2nd edn. London: Sage Publications.
- Wernick, A. (2010). ‘The Future of Religion’, in B.S. Turner (ed.) Sociology of Religion . Oxford: Wiley-Blackwell, (pp. 629–648).
Lisenziya
Müəllif hüququ (c) 2024 s.f.d., dos. Asəf QənbərovBu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.