e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Din sosiologiyası

Modernizasiya, postmodernizm və din: yeni çağırışlar və imkanlar Modernization, Postmodernism and Religion: New challenges and Opportunities Модернизация, постмодернизм и религия: новые вызовы и возможности

s.f.d. Asəf Qənbərov Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslılq kafedrasının baş müəllimi

DOI

10.30546/xvvepn02

Necə istinad edilir

Qənbərov, Asəf , Qənbərov, A , , Din Araşdırmaları Jurnalı, Modernizasiya, postmodernizm və din: yeni çağırışlar və imkanlar, 2, 2, 2019, 9-22, https://doi.org/10.30546/xvvepn02, 2019

Zotero Mendeley EN EndNote

Xülasə

Bu məqalədə din sosiologiyasınının aktual problemlərindən olan din və modernlik münasibətləri nəzəri baxımdan tədqiq edilmişdir. Məqalənin əsasməqsədi modernizasiya prosesinin və postmodernizmin dinə təsirlərinin müəyyənləşdirilməsi təşkil edir. Bu məqsədlə, ilk növbədə, modern cəmiyyətin əsas xüsusiyyətləri rasionallaşma, fərdiyyətçilik, sənayeləşmə, institusional diferensiasiya prosesləri şərh edilmiş və modernləşmənin dinə təsirləri çoxyönlü təhlil edilmişdir. Modernizasiya prosesi ənənəvi aqrar cəmiyyətdən müasir industrial cəmiyyətə tarixi keçid dövrü, həmçinin ictimai sistemin yeniləşməsinə yönəlmiş texnoloji, iqtisadi, sosial, mədəni və siyasi dəyişikliklərin məcmusundan ibarətdir. Ümumilikdə, modernləşmə ilə din arasındakı münasibətlərin dörd istiqaməti fərqləndirilir: dünyəviləşmə, adaptasiya, mühafizəkarlıq və yenilik. Dinin tənəzzülü mənasına gələn dünyəviləşmə din ilə modernlik arasındakı münasibətlərin, sadəcə, bir istiqamətini təşkil edir və cəmiyyətin modernləşməsi zəruri olaraq dinin əhəmiyyətini itirməsi və dünyəviləşmə ilə nəticələnmir. Həmçinin qeyd edilməlidir ki, müasir dövrdə postmodernizm cərəyanının inkişafı rasional və dəqiq elmi metodlara söykənməyən dini və mistik ideyaların də müasir dünyada özünə yer tapması üçün münasib zəmin yaradır. Beləliklə, dini şüur da postmodern cəmiyyətdə alternativ dünyagörüşləri kimi getdikcə canlanmağa başlayır.

This article deals with the relationship between religion and modernity intheoretical perspective which is one of the actual problems of sociology ofreligion. The main purpose of the article is to identify the effects of the modernization process and postmodernism on religion. Thus, the main featuresof modern society rationalization, individualism, industrialization, institutional differentiation processes have been explored and the effects ofmodernization on religion in multidimensional aspects are examined. The process of modernization consists of a transition from a traditional agrarian society to a modern industrial society as well as a combination of technological, economic, social, cultural and political changes aimed at the modernization of the sociopolitical system. In general, four aspects of the modernization andreligion are distinguished: secularization, adaptation, conservatism and innovation. The secularization of society, which means the decline of religion, is merely one aspect of the relationship between religion and modernity, thus, modernization of society does not necessarily result in the loss of importance of religion in modern society. It is also worth noting that the development of postmodernist thought in modern world creates new opportunities for religiousand mystical ideas that are not based on rational and accurate scientific methods. Thus, religious beliefs are gradually beginning to revive as an alternative worldview in postmodern society.

В данной статье с теоретической точки зрения изучены отношения между религией и современностью, что является одной из актуальных проблем социологии религии. Основной целью статьи является выявление влияние процесса модернизации и постмодернизма на религию. Поэтому, в первую очередь, были исследованы основные особенности современного общества рационализация, индивидуализм, индустриализация, процессы институциональной дифференциации, а также было всесторонне проанализировано влияние модернизации на религию. Процесс модернизации состоит из перехода от традиционного аграрного общества к современному индустриальному обществу, а также совокупности технологических, экономических, социальных, культурных иполитических изменений, направленных на модернизацию социальной системы. В целом различают четыре аспекта отношений между современностью и религией: секуляризация, адаптация, консерватизм и инновации. Секуляризация общества, что означает упадок религии, является лишь одним из аспектов отношений между религией и современностью, поэтому модернизация общества не обязательно приводит к снижению важности религии и секуляризации. Стоит также отметить, что развитие постмодернизма в современном мире создает новые возможности для религиозных и мистических идей, которые не основаны на рациональных и точных научных методах. Таким образом, религиозное сознание постепенно начинает возрождаться как альтернативное мировоззрение в постмодернистском обществе.

Açar sözlər

Modernizasiya, din, rasionallaşma, sekulyarizasiya, postmodernizm
Modernization, religion, rationalization, secularization, postmodernism
Модернизация, религия, рационализация, секуляризация, постмодернизм

Referanslar

  • Bauman Z. (2003). “Modernlik ve Müphemlik”, İstanbul: Ayrıntı Yayınları. Bauman Z. (2011). “Postmodern Etik”, İstanbul: Ayrıntı Yayınları.
  • Berger Peter L. (2002). “Sekülerizmin Gerilemesi”, Sekülerizm Sorgulanı- yor: 21. Yüzyılda Dinin Geleceği. (tər. Ali Köse), İstanbul: Ufuk Kitapları.
  • Bell D. (1973). “The Coming of Post-Industrial Society: A Venture in Social Forecasting”, New York: Basic Books.
  • Bocock Robert. (1992). “The Cultural Formations of Modern Society”,The
  • Formation of Modernity. (ed. Hall S., Giebem B.), Cambridge: Polity Press.
  • Cevizci Ahmet. (2002). “Felsefe Sözlüğü”, İstanbul: Paradigma Yayınları.
  • Davie Grace. (2000). “Din ve Modernite: Batılı Bir Bakış”, Modernleşme, İslam Dünyası ve Türkiye: Milletlerarası Tartışmalı İlmi Toplantı. (ed. Sabri Orman), İstanbul.
  • Furseth I., Repstad P. (2011). “Din Sosyolojisine Giriş: Klasik ve Çağdaş Kuramlar”, (tər. Çapcıoğlu İ., Aydınalp H.), Ankara: Birleşik Kitabevi.
  • Giddens Anthony. (2009). “Sociology” (6th edition), Cambridge: Polity Press. Giddens Anthony. (2010). “Modernliğin Sonuçları”, (tər. Ersin Kuşdil),İstanbul: Ayrıntı Yayınları.
  • Hamilton Peter. (1992). “The Enlightenment and The Birth of Social Science”, The Formation of Modernity. (ed. Stuart Hall-Bram Giebem), Cambridge: Polity Press.
  • Kirman M.Ali. (2009). “Modernleşme Süreci ve Din (Sekülerleşme Perspek- tifinden Sosyolojik Bir Analiz)”. IV. Din Şurası Tebliğ ve Müzakereleri, Ankara.
  • Kurt Abdurrahman. (2017). “Din Sosyolojisi”, İstanbul: Sentez Yayıncılık. Slattery Martin. (2014). “Sosyolojide Temel Fikirler”, (ed. Ümit Tatlıcan), İstanbul: Sentez Yayınları.
  • Touraine Alain. (2016). “Modernliğin Eleştirisi”, (tər. Hülya Tufan), İstanbul: Yapı Kredi Yayınları.
  • Wallis R., Bruce S. (1992). “Secularization: The Orthodox Model”, Religion and Modernization. Oxford: Clarenton Press.

Lisenziya

Müəllif hüququ (c) 2019 Asəf Qənbərov
Creative Commons License

Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri