Qloballaşma prosesi və din: qarşılıqlı münasibətlər kontekstində Globalization Process and Religion: in the Context of Mutual Relationships Процесс глобализации и религия: в контексте взаимоотношений
Xülasə
Bu məqalədə qloballaşma prosesi və din arasındakı qarşılıqlı əlaqələrin müxtəlif istiqamətləri sosioloji nəzəriyyələr əsasında araşdırılır. Əvvəlcə qloballaşma prosesi təhlil edilir və göstərilir ki, bu prosesin dinə təsirlərinin müxtəlif nəticələri mövcuddur. Müəllif, hər şeydən öncə, belə fikir irəli sürür ki, dünya dinləri bir xalq və ya regionla məhdudlaşmır və qloballaşmağa can atır. Belə ki, dünya dinlərinin çağırışları qlobal xarakter daşıyır. Bundan sonra göstərilir ki, qloballaşma prosesinin dinə mühüm təsirləri vardır; qlobal erada dini plüralizm dinin ictimai nüfuzunu nisbətən azaldır, sekulyarizasiya prosesini sürətləndirir. Digər tərəfdən, din insanların psixoloji-mənəvi ehtiyaclarını təmin etməkdə davam edir, yəni fərdi xarakter daşıyaraq müasir dünyada əhəmiyyətini qoruyur. Sonda göstərilir ki, bəzi hallarda din mühafizəkar mövqedən çıxış edərək, mədəni qloballaşmanın, başqa sözlə, vesternizasiyanın qarşısında maneə rolunu oynayır. Beləliklə, din lokal mədəniyyətlərin, icma maraqlarının və milli kimliyin əsas müdafiəçisi rolunda çıxış edir.
This article examines the process of globalization and the various aspects of the relationship between religions and globalization on the basis of sociological theories. The study begins with the analysis of the process of globalization, and and demonstrates the effects of globalization on religion that have a variety of implications. First of all, the author argues that world religions are not limited to one nation or region and strive for globalization. Thus, the main messages of world religions are global. Then author claims that the process of globalization has important implications for religion; In the global era, religious pluralism relatively reduces the social importance of religion and accelerates the process of secularization. On the other hand, religion continues to meet the psychological and spiritual needs of people, that is, religion has an individual character and maintains its importance in the modern world. In the end, it is shown that in some cases, religion, acting from a conservative position, plays a barrier to cultural globalization, in other words, Westernization. Thus, religion is the main defender of local cultures, community interests and national identity.
В данной статье процесс глобализации и различные аспекты взаимоотношений между религиями и глобализацией исследуются на основе социологических теорий. Сначала анализируется процесс глобализации и отмечается, что существуют различные последствия воздействия глобализации на религию. Прежде всего, автор утверждает, что мировые религии не ограничиваются одной нацией или регионом и стремятся к глобализации. Таким образом, вызовы мировых религий носят глобальный характер. Затем автор утверждает, что процесс глобализации оказывает существенное влияние на религию; в глобальную эпоху религиозный плюрализм относительно снижает социальную значимость религии и ускоряет процесс секуляризации. С другой стороны, религия продолжает удовлетворять психологические и духовные потребности людей, то есть религия имеет индивидуальный характер и сохраняет свое значение в современном мире. В итоге показано, что в некоторых случаях религия, выступая с консервативной позиции, играет роль барьера для культурной глобализации, иными словами, вестернизации. Таким образом, религия является главным защитником местных культур, интересов общества и национальной идентичности.
Açar sözlər
Qloballaşma Prosesi, Din, Sekulyarizasiya, Plüralizm
Process Of Globalization, Religion, Secularization, Pluralism
Процесс Глобализации, Религия, Секуляризация, Плюрализм
Referanslar
- Akyüz Niyazi, Çapcıoğlu İhsan. (2008) Anabaşlıklarıyla Din Sosyolojisi. Ankara: Gündüz Eğitim ve Yayıncılık.
- Coşkun Hasan. (2017). ""Küreselleşme Sürecinde Din"". Gaziosmanpaşa Üniversitesi İlahiyat Fakültesi Dergisi 5 / 2, (115-134).
- Furseth I., Repstad P. (2011). Din Sosyolojisine Giriş: Klasik ve Çağdaş Kuramlar. (tər. Çapcıoğlu İ., Aydınalp H.), Ankara: Birleşik Kitabevi.
- Giddens Anthony. (2010). Modernliğin Sonuçları. (tər. Ersin Kuşdil), İstanbul: Ayrıntı Yayınları.
- Kurt Abdurrahman. (2017). Din Sosyolojisi. İstanbul: Sentez Yayıncılık.
- Qənbərov Asəf. (2015). “Sekulyarizasiya və müasir dünyada dinin yeri”. Dövlət və Din, № 3 (32), (11-19).
- Qənbərov, Asəf. (2018). Din sosiologiyası. Bakı: Tuna Printing, Publishing, Packaging.
- Qolenkova Z.T., Akuliç M.M., Kuznetsov V.N. (2007). Ümumi Sosiologiya. (tər. İzzət Rüstəmov), Bakı: Diplomat Nəşriyyatı.
- Ritzer George. (2010). Globalization: a basic text. Oxford: Wiley-Blackwell Publication.
- Robertson Roland. (1992). Globalizatin: Social Theory and Global Culture. London: Sage.
- Robertson Roland. (2012). “Küreselleşme, Köktencilik, Göç ve Dini Çeşitlilik”. Din Sosyolojisi: Yaşadığımız Dünya. (ed. P.B. Clarke, tər. İ. Çapcıoğlu). Ankara: İmge Kitabevi.
- Slattery Martin. (2014). Sosyolojide Temel Fikirler. (ed. Ümit Tatlıcan), İstanbul: Sentez Yayınları.