Ağılla qəlb arasında: Nizami Gəncəvinin düşüncə sistemində “Tanrı”, “peyğəmbərlik” və “humanizm” anlayışları
Between Reason and Heart: The Concepts of God, Prophethood, and Humanism in Nizami Ganjavi’s Intellectual System
Между разумом и сердцем: понятия Бога, пророчества и гуманизма в системе мышления Низами Гянджеви
Məqalədə Nizami Gəncəvinin dini düşüncələri onun “Xəmsə”sinə daxil olan əsərləri əsasında təhlil olunur. Nizami əsərlərinin, xüsusilə müqəddimələrində yer alan “münacat” və “nət” bölmələrinin təhlili göstərir ki, o, yalnız böyük şair deyil, həm də başda kəlam olmaqla, dini elmlər, fəlsəfə və təsəvvüf sahələrində dərin biliyə malik mütəfəkkirdir. Onun dini düşüncəsinin mərkəzində Tanrının varlığının rasional əsaslandırılması, ilahi sifətlərin izahı və “peyğəmbərlik” anlayışı dayanır. Nizami Tanrının varlığını ağıl yolu ilə dərk etməyin mümkünlüyünü qəbul edir, lakin Tanrı zatının idrakın fövqündə durduğunu da vurğulayır. Bu baxımdan, onun fikirləri Orta əsr İslam kəlam elmi və məşşai fəlsəfəsi ilə uzlaşır. Şair, eyni zamanda, Allahın məkan və zamandan münəzzəh olduğunu, kainatdakı nizamın isə Yaradanın varlığına dəlalət olduğunu poetik dillə ifadə edir.
Məqalədə Nizaminin peyğəmbərlik (nübüvvət) haqqında baxışları da müzakirə obyektinə çevrilir. O, peyğəmbərliyi ilahi hikmətin təcəllisi hesab edir, Məhəmməd peyğəmbəri isə bəşəriyyətə ağıl, bilik və mənəvi kamillik gətirən son peyğəmbər kimi təqdim edir. Bununla yanaşı, Nizami yaradıcılığında tolerantlıq, mərhəmət və məzhəblərarası həmrəyliyə xidmət göstərən fikirlər mühüm yer tutur. Şair müxtəlif dini və fəlsəfi ənənələrə isnad edərək, insan sevgisini və mənəvi kamilliyi ön plana çıxarır.
Nəticə olaraq, Nizaminin dini məsələlərə baxışında rasional yanaşmanın mühüm əhəmiyyət kəsb etdiyini, eyni zamanda, onun dini dünyagörüşündə insanlararası və məzhəblərarası tolerantlıq ideyasının önə çəkildiyini vurğulamaq mümkündür.
The article analyzes the religious thought of Nizami Ganjavi on the basis of the works included in his Khamsa. The examination of the “Munajat” and “Nat” sections, particularly those found in the introductions to his works, demonstrates that Nizami was not only a great poet but also a thinker with profound knowledge in religious sciences, especially theology (ilm al-kalam), as well as philosophy and Sufism. The rational justification of the existence of God, the explanation of divine attributes, and the concept of prophethood lie at the core of his religious thought. Nizami accepts that the existence of God can be comprehended through reason, while at the same time emphasizing that the divine essence transcends human understanding. In this respect, his ideas are in harmony with the principal doctrines of medieval Islamic theology and philosophy. At the same time, the poet expresses in poetic language that God is beyond space and time, while the order of the universe points to the existence of the Creator.
The article also examines Nizami’s views on prophethood (nubuwwa). He regards prophethood as a manifestation of divine wisdom and presents the Prophet Muhammad as the final prophet who brought reason, knowledge, and spiritual perfection to humanity. At the same time, ideas promoting tolerance, compassion, and inter-sectarian solidarity occupy an important place in Nizami’s works. Referring to various religious and philosophical traditions, the poet foregrounds love for humanity and spiritual perfection. As a result, it can be concluded that a rational approach occupies an important place in Nizami’s views on religious issues, while the ideas of interpersonal and inter-denominational tolerance are prominently emphasized in his religious worldview.
В статье анализируются религиозные взгляды Низами Гянджеви на основе произведений, вошедших в его Хамсе. Анализ разделов «Мунажат» и «Наат», особенно представленных во вступлениях к его произведениям, показывает, что Низами был не только великим поэтом, но и мыслителем, обладавшим глубокими знаниями в области религиозных наук, прежде всего калама, а также философии и суфизма. В центре его религиозной мысли находятся рациональное обоснование существования Бога, объяснение божественных атрибутов и концепция пророчества. Низами признаёт возможность постижения существования Бога посредством разума, одновременно подчёркивая, что божественная сущность превосходит человеческое понимание. В этом отношении его взгляды согласуются с основными принципами средневекового исламского калама и философии. Вместе с тем поэт поэтическим языком выражает мысль о том, что Бог вне пространства и времени, а порядок во Вселенной свидетельствует о существовании Творца.
В статье также рассматриваются взгляды Низами на пророчество (нубувва). Он рассматривает пророчество как проявление божественной мудрости и представляет Мухаммад как последнего пророка, принесшего человечеству разум, знание и духовное совершенство. Наряду с этим важное место в творчестве Низами занимают идеи толерантности, милосердия и межконфессиональной солидарности. Обращаясь к различным религиозным и философским традициям, поэт выдвигает на первый план любовь к человеку и духовное совершенство. В результате можно заключить, что рациональный подход занимает важное место в трактовке Низами религиозных вопросов, а идеи межличностной и межконфессиональной толерантности занимают центральное место в его религиозном мировоззрении.
Aygün, F. (2018). İslâm Düşüncesinde Tanrı-Âlem (Birlik-Çokluk) İlişkisine Yönelik Temel Teoriler: Hudûs, Sudûr, Zuhûr // Kelam Araştırmaları Dergisi [Kader], cilt: XVI, sayı: 1, (157-187 s.).
Bayram, M. (2013). Selçuklular Zamanında Müşebbihe Mezhebi//II. Uluslararası Selçuklu Kültür ve Medeniyeti Sempozyumu Selçuklularda Bilim ve Düşünce. 19-21 Ekim 2011. Konya. cilt: II. (217-223 s.).
Çavuşoğlu, Al. (2011). Yaratılış-Hz. Muhammed İlişkisi Çerçevesinde Kullanılan “Nûr-ı Muhammed, Akl-ı Evvel” Kavramları ve Edebî // Tasavvufî Metinlerdeki Yansımaları, Kültür Coğrafyamızda Hz. Muhammed, (Orta Asya, Kafkasya ve Balkanlar) Uluslararası Sempozyum. 7-8 Mart 2009. Adapazarı-Sakarya, , c. 2. (196-197 s.)
Daftary. F. (1994). The assassin legends : myths of the Ismailis. London: I. B. Tauris. The Institute of Ismaili Studies. (213 s.)
Həmidullah. M. (2019). İslama giriş. Tərc. ed.: Gündüz İsmayılov. Bakı,.Tuna, (392 s.)
İncil. (1993). Tərc. ed.: Mirzə Mixaeli. Zaqreb: Bibliya Tərcümə İnstitutu, , Mark. (612 s.)
Qurbanov. A. (2011). Nizamî Gencevî’nin Hz. Peygamber Sevgisi // Kültür Coğrafyamızda Hz. Muhammed, (Orta Asya, Kafkasya ve Balkanlar)Uluslararası Sempozyum. 7-8 Mart 2009. Adapazarı-Sakarya, c.2. (130-131 s.)
Maturidi. Ə.M. (2005). Kitab ət-tövhid. Ankara, İSAM. (166-167 s.)
McDonald M.V. (1963). The Religious and Social Vieüs Nizami of Ganjeh. Iran. Vol.1 British Institute of Persian Studies. (97-100 s.)
İbn əl-Həccac M. Səhih. (2000/1421). Vaduz, Thesaurus Islamicus Foundation. Nəşr, (291-292 s.)
Nəsəvi, İbn Əhməd ibn Əli Ş. M. və b. (1953). Dar əl-fikr əl-ərəbi. Beyrut. (229-231 s.)
Gəncəvi N. (2004). Xosrov və Şirin. Bakı: Lider Nəşriyyat. (510 s.)
Gəncəvi N. (2004). İskəndərnamə (İqbalnamə). Bakı: Lider Nəşriyyat. (256 s.)
Gəncəvi N. (2004). İskəndərnamə (Şərəfnamə). Bakı: Lider Nəşriyyat. (335 s.)
Gəncəvi N. (2004). Leyli və Məcnun. Bakı: Lider nəşriyyat. (288 s.)
Gəncəvi N. (2004). Sirlər Xəzinəsi. Bakı: Lider nəşriyyat. (264 s.)
Gəncəvi N. (2004). Yeddi gözəl. Bakı: Lider nəşriyyat. (337 s.)
Gəncəvi N. (1983). Lirika. Bakı.
Öz M. (1997). “Haşişiler”. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. Ankara, c. XVI, (418 s.)
Şirinov. A. (2010). Kelama Göre Alemin Yaradılışı // Bakı: Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi. №: 13, (115-130 s.).
Yavuz S. S. (2005). “Mirac”. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. İstanbul: İSAM yayınları. c. 30. (132-135 s.)
Yusuf Ş. Y. (1992). “Burhan”. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. İstanbul: İSAM yayınları. c. 6. (429-430)
Yusifli. X. (2004). “Nizami Gəncəvi və onun “Sirlər xəzinəsi” poeması. Sirlər Xəzinəsi. Bakı. Lider Nəşriyyat, (134 s.)

Telif Hakkı (c) 2026 i.f.d.,dos. Aqil Şirinov
Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisanslanmıştır.
İndir
Makale Bilgileri
- Makale Türü Felsefe
- Gönderildi Nisan 27, 2026
- Kabul Edildi Haziran 4, 2026
- Yayınlanmış Haziran 30, 2026
- Sayı № 9 (1) iyun 2026
- Bölüm Felsefe