Azərbaycanın orta ümumtəhsil məktəblərinin “Həyat bilgisi” dərsliklərində dinə baxış: kvantitativ və kvalitativ təhlil Perception of Religion in Azerbaijani Life Science Textbooks: Quantitative and Qualitative Analysis Восприятие религии в азербайджанских учебниках по познанию мира: количественный и качественный анализ
Xülasə
Azərbaycanın dövlət məktəblərində müstəqil din dərsi tədris olunmur. Bununla birlikdə ibtidai və orta məktəblərdə tədris olunan “Həyat bilgisi” fənni çərçivəsində şagirdlərə din haqqında məlumat verilir. Bu məlumat vasitəsilə bir tərəfdən şagirdlərə müxtəlif dünya dinləri haqqında ümumi dünyagörüşü sayılan əsas biliklər öyrədilir, digər tərəfdən, məktəbin qarşısında duran ən mühüm vəzifələrdən biri -milli və bəşəri dəyərlərə əsaslanan tərbiyə daha sistemli və nəticəyönümlü olaraq mənimsədilir. Bu məqalənin məqsədi 1-9-cu sinif “Həyat bilgisi” dərsliklərində dinə baxışı araşdırmaqdır. 6-15 yaş qrupu şagirdlər üçün nəzərdə tutulmuş bu dərsliklərdə dinə baxış istifadə olunan üslub, məzmun və vizuallar baxımından təhlil olunacaq. Tədqiqatda kvantitativ məzmun analizi və kvalitativ mövzu analizi metodlarından istifadə olunub. Kvantitativ məzmun analizi vasitəsilə ümumilikdə din haqqında məlumat, onun dərslik və əlaqəli mətn içindəki yeri qruplaşdırılıb. Daha sonra aşağıdakı suallar kvalitativ metodla təhlil olunub: “Həyat bilgisi” dərsliklərində bütünlükdə din necə təmsil olunub? Din, əsasən, hansı anlayışlarla əlaqələndirilərəktəqdim olunub? Dini biliklərin verilməsi zamanı hansı üslubdan istifadə olunub? Dinlər məzhəblərüstü yanaşma ilə təqdim olunubmu? Azərbaycanın özünəməxsus dini demoqrafiyası hansı səviyyədə diqqətə alınıb?
Açar sözlər
Referanslar
- Andreassen Bengt-Ov, (2014). Theoretical Perspectives on Textbooks/Textbooks in Religious Studies Research, Textbook Gods: Genre, Text and Teaching Religious Studies (Edited by Bengt-Ove Andreassen, James R. Lewis), Sheffield, Equinox, p.1-15.
- Azərbaycan Respublikasının Ümumtəhsil Məktəbləri Üçün Həyat Bilgisi Fənni Üzrə Təhsil Proqramı (Kurikulumu) (I-IX siniflər), Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, Bakı, 2013.
- Brian J. Grim, (2006). “International Religion Indexes: Government Regulation”, Interdisciplinary Journal of Research on Religion, Vol 2, (p. 1-40).
- Eisner Elliot W., (1987). Why the textbook influences curriculum, Curriculum Review, 26 (3), (11–13).
- Əzizova Elnurə, (2015). Azərbaycan cəmiyyətindəki dindarlıq səviyyəsinin İslam dünyasındakı dindarlıq səviyyəsi ilə müqayisəsi, Azərbaycanda İslam: Dini Araşdırmalar Mərkəzinin keçirdiyi sosial sorğu nəticəsində hazırlanmış məqalələr toplusu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı, (s. 52-75).
- Fleming Dan. (1990). High school social studies textbooks: Good or bad compared to what? The International Journal of Social Education, 4, 7–9.
- Hahl Kaisa. (2015). Diversities and Interculturality in Textbooks: Finland as an Example (ed. Kaisa Hahl, Pia-Maria Niemi, Rita Johnson Longfor and Fred Dervin), Cambridge Scholars Publishing, UK.
- İbrahimova Aybəniz, Mehdiyeva Gülər, İbrahimov Saməddin. (2014). Həyat bilgisi – 2, Aspoliqraf, Bakı.
- Jackson Robert, Miedema Siebren, Weisse Wolfram, Willaime Jean-Paul (Eds), (2007). Religion and Education in Europe Developments: Contexts and Debates, Munster: Waxmann Verlag GmbH.
- Kərimova Bahar, Mehdiyeva Gülər. (2018). Həyat Bilgisi – 1, Aspoliqraf – Bakı.
- Kramsch Claire. (2013). History and memory in the development of intercultural competence. In F. Sharifian & M. Jamarani (Eds.), Language and Intercultural Communication in the New Era (pp. 23–37). New York, NY: Routledge.
- Mehdiyeva Gülər, Bayramova Firəngiz. (2014). Həyat Bilgisi – 3, Aspoliqraf, Bakı.
- Mehdiyeva Gülər, Kərimova Bahar. (2015). Həyat Bilgisi – 4, Aspoliqraf, Bakı.
- Məmmədova Nüşabə, Bəhramova Sevinc. (2015). Həyat Bilgisi – 8, “Şərq-Qərb”, Bakı.
- Məmmədova Nüşabə, Mahmudova Könül. (2017). Hayat Bilgisi- 6, “Şərq-Qərb”, Bakı.
- Məmmədova Nüşabə, Mahmudova Könül, Bağmanlı Aynur. (2016/1). Həyat Bilgisi – 5, “Şərq-Qərb”, Bakı.
- Məmmədova Nüşabə, Mahmudova Könül, Bəhramova Sevinc. (2014). Həyat Bilgisi – 7, “Şərq-Qərb”, Bakı.
- Məmmədova Nüşabə, Mahmudova Könül, Bəhramova Sevinc. (2016/2). Hayat Bilgisi -9, “Şərq-Qərb”, Bakı.
- Pingel Falk. (2010). UNESCO Guidebook on Textbook Research and Textbook Revision. Paris, France: UNESCO.
Lisenziya
Müəllif hüququ (c) 2018 Elnurə Əzizova
Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.