e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Sovet hakimiyyəti illərində Azərbaycanda dövlət-din münasibətləri State-Religious Relations in Azerbaijan During the Soviet Era Государственно-религиозные отношения в Азербайджане в годы советской власти

i.f.d. Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru

DOI

10.30546/spj9vz76

Necə istinad edilir

Məmmədov, Ceyhun , Məmmədov, C , , Din Araşdırmaları Jurnalı, Sovet hakimiyyəti illərində Azərbaycanda dövlət-din münasibətləri, 2, 2, 2019, 193-212, https://doi.org/10.30546/spj9vz76, 2019

Zotero Mendeley EN EndNote

Xülasə

       Məqalədə sovet dövründə Azərbaycanda dövlət-din münasibətlərindən, bu sahədə həyata keçirilən dövlət siyasətindən bəhs edilir. O dövrün Azərbaycan tarixinin ən gərgin mərhələlərindən biri olduğu, həmin illərdə dini ibadət ocaqlarının fəaliyyətinə qadağaların tətbiq edildiyi, böyük əksəriyyətinin dağıdıldığı və din xadimlərinin qətlə yetirildiyi bildirilir.


       Dövlət-din münasibətlərinin tənzimlənməsi məqsədilə yeni qanunvericilik aktlarının hazırlandığı, bir sıra dövlət qurumlarının yaradıldığı və bu sahəyə nəzarətin daha da gücləndirildiyi barədə məlumat verilir. O dövrdə din xadimlərinin Azərbaycanın Rusiyaya ilhaqı ilə barışmadığı və mübarizəyə qalxdığı qeyd olunur. Sonrakı illərdə Sovet İttifaqının süqutuna yaxın dinə münasibətin dəyişildiyi, bir sıra güzəştlərin tətbiq edildiyi bildirilir.


       1928-ci ilin sonunda Azərbaycanda dinə qarşı mübarizənin yeni mərhələsinin başladığı, məscidlərin fəaliyyətinin dayandırıldığı, bir sıra ibadət ocaqlarının klublara və digər mədəni-maarif müəssisələrinə çevrildiyi qeyd olunur. Almaniyanın 1941-ci ildə Sovet İttifaqına hücumundan sonra, sovet rejiminin İslam dininə münasibətində yumşalmanın hiss olunduğu, alman qoşunlarının Şimali Qafqazı işğal edərkən İslam dininə qarşı xoş məram nümayiş etdirdikləri, hətta alman generallarından bəzilərinin Şimali Qafqazın işğalaltındakı ərazilərinə gələrək, nümayişkaranə şəkildə İslam dinini qəbul etdiyini bildirdikləri və məscidlərdə namaz qıldıqları məlum olur.


       1985-ci ilin martında M.S.Qorbaçovun Sov.İKP MK-nın Baş Katibi seçildikdən sonra, “yenidənqurma” siyasəti həyata keçirdiyi və İslama qarşı yumşalmanın baş verdiyi, İslam haqqında bir sıra kitabların hazırlandığı barədə məlumat verilir. Sonda Sovet Hökumətinin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan xalqının öz adət-ənənələrindən, dini etiqadından uzaqlaşmadığı, milli mentalitetini, mənəvi dəyərlərini qoruyub saxlamağı bacardığı vurğulanır. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra, uzun illər tətbiq edilən qadağa və məhdudiyyətlərə son qoyulduğu, ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığının təmin edildiyi, dini qurumların fəaliyyətinə və dini ayinlərin icrasına şərait yaradıldığı qeyd olunur.

        The article covers the state-religious relations in Azerbaijan in Soviet era and the state policy implemented in this area. This period was one of the most difficult stages in the history of Azerbaijan. The activities of the places of religious worship were banned, the overwhelming majority of them were destroyed, and clergies were killed.


          It is reported that new legislative acts had been developed to regulate state-religious relations, a number of state structures had been created, and control over this area had been further strengthened. It is noted that clergies did not accept the annexation of Azerbaijan by Russia and rose up for fight. In subsequent years, closer to the fall of the Soviet Union, attitude towards religion had changed, a number of concessions had been applied.               At the end of 1928, a new stage in the struggle against religion started in Azerbaijan, the work of mosques was suspended, and multiple worship centers were turned into clubs and other cultural and educational institutions.


          After the German invasion of the Soviet Union in 1941, the Soviet regimebecame more loyal to Islam, seeing that German troops showed good attitudetowards Islam during the occupation of the North Caucasus, and some German generals, arriving in the occupied territories of the North Caucasus, even converted to Islam and performed namaz in mosques.


           In March 1985, after the election of M.S.Gorbachev as General Secretary of the Central Committee of the CPSU, he started the policy of “restoration” and the attitude towards Islam relented; a number of books on Islam were prepared.


           It is emphasized that the Azerbaijani people did not abandon their traditions and religious beliefs despite all the attempts of the Soviet government. They managed to preserve their national mentality and moral values. It is noted that after the restoration of state independence of Azerbaijan, the prohibitions and restrictions applied for many years were ceased, the citizens’ freedom of religion and conscience was ensured, the conditions were created for the activities of religious organizations and the performance of religious rites.

           В статье повествуется о государственно-религиозных отношениях в Азербайджане в советское время и государственной политике, осуществляемой в этой области. Данный период был одним из самых тяжелых этапов в истории Азербайджана, на деятельность мест религиозного поклонения был наложен запрет, подавляющее их большинство было уничтожено, а религиозные деятели были убиты.


          В статье сообщается, что для регулирования государственно-религиозных отношений были разработаны новые законодательные акты, создан ряд государственных структур и еще более усилен контроль над этой сферой. Отмечается, что религиозные деятели не смирились с присоединением Азербайджана к России и поднялись на борьбу. В последующие годы, ближе к распаду Советского Союза, отношение к религии изменилось, был применен ряд уступок.


           В конце 1928 года в Азербайджане начался новый этап борьбы с религией, работа мечетей была приостановлена, а многие центры поклонения стали клубами и другими культурными и образовательными учреждениями.


           После вторжения Германии в Советский Союз в 1941 году советский режим стал более лояльным к исламу, видя, что немецкие войска проявляли хорошее отношение к исламу во время оккупации Северного Кавказа, и некоторые немецкие генералы, прибыв на оккупированные территории Северного Кавказа, даже демонстративно приняли ислам и совершали намаз в мечетях.


             В статье говорится о том, как в марте 1985 года после избрания М.С.Горбачева Генеральным секретарем ЦК КПСС им начала осуществляться политика «восстановления» и отношение к исламу смягчилось; был подготовлен ряд книг об исламе.


            Подчеркивается, что несмотря на все попытки советского правительства, азербайджанский народ не отказался от своих традиций и религиозных убеждений и сумел сохранить свой национальный менталитет и моральные ценности. Отмечается, что после восстановления государственной независимости Азербайджана был положен конец запретам и ограничениям, применяемым на протяжении многих лет, была обеспечена свобода вероисповедания и совести граждан страны, были созданы условия для деятельности религиозных организаций и исполнения религиозных обрядов.

Açar sözlər

Tarix, din, İslam, etiqad, qadağa, inqilab, sovet, kommunist
History, religion, Islam, faith, prohibition, revolution, Soviet, communist
История, религия, ислам, вера, запрет, революция, советская, коммунистическая

Referanslar

  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, (2004). 2 cilddə, I c., başred. Mahmudov Y., Bakı: Lider nəşriyyatı, (444 s.)
  • Balayev M.A. (1991). İslam və onun ictimai-siyasi həyatda rolu. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, (155 s.)
  • Cavadlı Q.A. (2009). İslam və KİV. Bakı, (180 s.)
  • Əhədov A.F. (1991). Azərbaycanda din və dini təsisatlar. Bakı: Azərnəşr, (200 s.).
  • Əliyev H.Ə. (1999). Dinimiz xalqımızın milli-mənəvi sərvətidir. Bakı: Əbilov, Zeynalov və oğulları, (165 s.).
  • İsgəndərov A.C., Mövlayi A. (2016). Şeyxülislamlığın tarixi. Bakı: Elm vətəhsil, (448 s.).
  • Orucov H.X. (2012). Azərbaycanda din: ən qədim dövrdən bu günədək. Bakı: İdrak İB, (388 s.).
  • Paşazadə A.Ş. (1991). Qafqazda İslam. Bakı: Azərnəşr, (224 s. ).
  • Quluzadə M.N. (2002). Azərbaycanda dövlət-din münasibətləri (İslam dininin timsalında 1920-2000-ci illər). Bakı: Açıq dünya, (300 s.).
  • XX əsr Azərbaycan tarixi. (2009). 7 cilddə, II c., Ali məktəblər üçün dərslik / Vəliyev T.T. ümumi redaktəsi ilə. Bakı: Təhsil, (560 s.).
  • Yunusov A.S. (2004). Azərbaycanda İslam. Bakı: Zaman. КлочковВ.В. (1978). Религия, государство, право. Москва: Мысль, (278 с.).

Lisenziya

Müəllif hüququ (c) 2019 i.f.d. Ceyhun Məmmədov
Creative Commons License

Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri