Mehdilik inancının sosial, psixoloji və siyasi səbəbləri Social, Psychological and Political Reasons of Mahdist Beliefs Социальные, психологические и политические причины махдистских верований
Xülasə
Məqalədə mehdilik inancının formalaşmasında əsas rol oynayan amillər tədqiq edilmişdir. Təbii fəlakətlər, kataklizmlər və müharibələr səbəbindən yaranmış siyasi, iqtisadi çətinliklər vaxtı insanın fitri olaraq xilaskar gözləməsi faktı dinlərin diqqət ayırdığı ən aktual mövzulardan biri olmuşdur. Mehdilik inancı dinlərin ortaq cəhətlərindən biridir və əksər dinlərdə xilaskara inam kimi inancları görmək mümkündür. Mehdilik inancına dinlərin müraciət etməsinin sosial, psixoloji və siyasi səbəbləri ola bilər. Qeyd etmək lazımdır ki, bəzi din və ideoloji cərəyanlarda mehdilik inancına səthi yanaşılsa da, bəzi dinlərdə bu inanc çox güclüdür. Başqa bir ifadə ilə desək, mehdilik inancı bəzi dinlərin əsas prinsiplərindən birinə çevrilmiş və həmin dinlərin enerji mənbəyi kimi özünü göstərmişdir. Təbii ki, dinlərin xilaskarla bağlı düşüncələri birmənalı deyildir, ortaq və fərqli cəhətlər vardır. Ortaq cəhət ümumi olaraq xilaskara inamda, fərqli cəhətlər isə daha çox təfərrüatlarda özünü göstərir. Belə ki, bir xilaskarın gələcəyi inancı əksər dinlərdə ortaq cəhət olaraq mövcuddur, lakin dünyanı xilas edəcək xilaskarın kimliyi, şəxsiyyəti və sahib olduğu xüsusiyyətlər kimi mövzular dinlərə görə dəyişən problemlərdir.
This article explores the origins of Mahdhist beliefs and the reasons for this belief. Man instinctively awaits a savior in times of political and economic difficulties caused by natural disasters, cataclysms and wars, and this fact is one of the most pressing problems for religions. Mahdist beliefs is one community of religions and beliefs such as salvation can be seen in most religions. It should be noted that faith in the Mahdi is superficial in some religions and ideological movements; it is very strong in some religions. Mahdist beliefs became one of the basic principles of some religions and proved to be a source of energy for these religions. Of course, the religious approach to the savior is ambiguous and there are common features and differences. Issues such as the identity and characteristics of the savior who will save the world are different depending on religion.
В данной статье изучены факторы, сыгравшие важную роль в сформировании веры в Махди. Человек инстинктивно ждет спасителя во времена политических и экономических трудностей, вызванных стихийными бедствиями, катаклизмами и войнами, и этот факт является одной из наиболее актуальных проблем для религий. Махдистское верование является одной из общих черт религий и веру в пришествие спасителя можно увидеть в большинстве религий. Следует отметить, что вера в Махди является поверхностной в некоторых религиях и идеологических течениях, а в некоторых религиях она очень сильна. Иными словами, вера в Махди стала одним из основных принципов некоторых религий и проявила себя как источник энергии для них. Конечно, религиозный подход к спасителю неоднозначен и есть общие черты и отличия. Общая черта заключается в вере в пришествие спасителя, а отличительная черта проявляется во многих деталях. Так, вера в пришествие спасителя присуща большинству религий, однако такие вопросы, как личность и особенности спасителя мира отличаются в зависимости от религии.
Açar sözlər
Psixologiya, Din, İdeologiya, Xilaskarlıq, Cəmiyyət
Psychology, Religion, Ideology, Salvation, Society
Психология, Религия, Идеология, Спасение, Общество
Referanslar
- Ali Yasin Məhəmməd Həsən. (2011). “əl-Məhdiyy-ul-muntəzər beyn-ət- təsəvvur val-təsdiq”. Nəcəf .
- Aristotel. (1934). “Metafizika” (tər: A.B.Kubiçkova). Moskva.
- Cəfər Mehdi Xəlil. (2009). “əl-İmam əl-Mehdi fil-ədyan”. Beyrut.
- Deursen Arie Van. (1931). “Der Heilbringer”. Den Haag, Wolters.
- D.Chryssides George. (2009). “Exploring new religions”. New York.
- ət-Tureyhi, Fəxrəddin. (2008). “Məcmə-ul-bəhreyn”. Beyrut.
- Guglielmo Guariglia. (1959). “Prophetismus und Heilserwartungs-Bewegungen als völkerkundliches und religionsgeschichtliches Problem”. Vyana.
- Ğalayyini Mustafa. (2011). “Camiud-durusil-arabiyyə”. Beyrut.
- Həsəni Nəzir Yəhya. (2003). “əl-Muslih əl-Aləmi". Beyrut.
- Kutluay Yaşar. (2005). “İslam ve Yahudi Mezhepleri”. Ankara.
- Le Bon Gustave. (1979). “Kitleler Psikolojisi”. İstanbul.
- Müller Max. (1870). “Introductıon the scıence of relıgıon”. London.
- Şəhristani Əbdurriza. (2006). “əl-Məhdiyy-ul-məud və dəf - uş- şübəhat anhu”. Beyrut.
- Tümer Günay. (2002). “Dinler Tarihi”. Ankara.