e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Nizami Gəncəvi yaradıcılğında Mehdilik (xilaskarlıq) inancı ilə bağlı təsəvvürlər The Manifestation of the Mahdist Beliefs in the Work of Nizami Ganjavi Проявление махдистских верований в творчестве низами гянджеви

Elnur Mustafayev AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi

Necə istinad edilir

Mustafayev, Elnur , Mustafayev, E , , Din Araşdırmaları Jurnalı, Nizami Gəncəvi yaradıcılğında Mehdilik (xilaskarlıq) inancı ilə bağlı təsəvvürlər, 4, 6, 2021, 63-74, 2021

Zotero Mendeley EN EndNote

Xülasə

Məqalədə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yaradıcılığında təzahür edən Mehdilik (xilaskar gözləntisi) problemi tədqiq edilmişdir. Mehdilik anlayışı İslam dininin ən əhəmiyyətli mövzularından biri sayıldığından, tarixən Azərbaycan alimlərinin və ədiblərinin maraq dairəsində olmuşdur. Müəllif ilk olaraq “Mehdi” ifadəsinin etimoloji və semantik təhlillərini aparmış, İslam mənbələrində işlənmə dərəcələrini müəyyən etmişdir. Bununla yanaşı, məqalədə Mehdilik inancının psixoloji, sosioloji və psixo-sosial səbəbləri qeyd edilmişdir. Bu baxımdan, Mehdilik inancı aktual bir mövzu kimi həm azərbaycanlı ilahiyyatçı və filosofların, həm də şair və incəsənət xadimlərinin yaradıcılığında geniş şəkildə işlənilmişdir. Müəllif məqalədə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin (1141-1209) yaradıcılığında müxtəlif istiqamətlərdə Mehdilik (xilaskarlıq) inancı ilə bağlı düşüncələri araşdırmışdır. Mehdilik inancının mahiyyətində ümumbəşəri dəyərlər, ədalətli dövlət və cəmiyyət, xoşbəxt və firavan həyat kimi ideyalar dayandığına görə, şairlər üçün ən yaxşı mövzulardan biri olmuşdur. Dahi Azərbaycan şairi “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Yeddi gözəl” və “İsgəndəmamə” (“Şərəfnamə”) poemalarında Mehdilik probleminə müxtəlif aspektlərdən toxunmuş, İslam etiqad sistemində xüsusi yer tutmuş “xilaskar gözləntisi” məsələsini bədii ifadə vasitələri ilə müsbət istiqamətdə tərənnüm etmişdir. Nizami Gəncəvi öz yaradıcılığında bu anlayışın ideyalarından istifadə edərək, dövrün hakimlərini və cəmiyyəti xeyirxah işlər görməyə, insanlara xidmət göstərməyə, həmçinin ədalətli dövlətlərin qurulmasına, fərdi və ictimai təkamülə dəvət etmişdir. Bu baxımdan, müəllif məqalədə Nizaminin dünyagörüşündə yer alan Mehdilik inancının dini-siyasi və ictimai cəhətlərini tədqiq etmiş, həmçinin mövzunun İslam təlimləri ilə müqayisəli təhlillərini aparmışdır.
This article investigates the issue of Mahdist beliefs (salvation expectation) as manifested in the work of the great Azerbaijani poet Nizami Ganjavi. The Mahdist concept, which has long piqued the interest of Azerbaijani scholars and writers, is one of the most prominent issues in Islam. From this perspective, Azerbaijani theologians and philosophers have extensively developed the topic of belief in Mahdi. In this article, the author delves into several aspects of Mahdist ideas (salvation) in the work of Nizami Ganjavi, a brilliant Azerbaijani poet and thinker regarded as one of the world's best representatives of literature (1141-1209). Belief in the Mahdi has been one of the most inspiring topics for poets because it is founded on universal values, a just state and society, and a happy and prosperous life. Nizami Ganjavi used the ideas of this concept in his work to call on the judges and society of the time to do good deeds, serve people, and build just states, as well as individual and social evolution.
В данной статье исследуется проблема махдистских верований (ожидания спасения), проявляющаяся в творчестве великого азербайджанского поэта Низами Гянджеви. Концепция махдизма является одной из важнейших тем в исламе. Она исторически интересовала азербайджанских ученых и писателей. Автор впервые провел этимологический и семантический анализ понятия «Махди» и установил частоту его использования в исламских источниках. Помимо этого, в статье упоминаются психологические, социологические и психосоциальные причины веры в Махди. С этой точки зрения вера в Махди приобрела актуальность и получила широкое распространение в трудах азербайджанских богословов и философов, а также в творчестве поэтов и деятелей искусств. В статье автор исследует мысли о вере в Махди в различных направлениях в творчестве выдающегося представителя мировой литературы, гениального азербайджанского поэта и мыслителя Низами Гянджеви (1141-1209). Вера в Махди была одной из лучших тем для поэтов, потому что она основана на универсальных ценностях, справедливом государстве и обществе, а также на счастливой и процветающей жизни. Великий азербайджанский поэт с разных сторон затронул проблему Махди в своих поэмах «Сокровищница тайн», «Хоеров и Ширин», «Семь красавиц» и «Искандер-наме» («Шараф-наме»), с помощью художественного выражения он в положительном ключе воспел проблему «ожидания спасения», занимающую особое место в исламе. Используя идеи этой концепции в своем творчестве, Низами Гянджеви призывал правителей и общество того времени совершать добрые дела, служить людям и строить справедливые государства, приглашал к индивидуальной и социальной эволюции. В связи с этим автор исследует религиозные, политические и социальные аспекты веры в Махди, занявшей место в мировоззрении Низами, а также проводит сравнительный анализ темы с исламскими учениями.

Açar sözlər

Xilaskarlıq, Fəlsəfə, Ədəbiyyat, Mehdi, İnanc, Din
Salvation, Philosophy, Literature, Mahdi, Faith, Religion
Спасение, Философия, Литература, Махди, Вера, Религия

Referanslar

  • Bertels Yevqeni Eduardoviç. (1940). Böyük Azərbaycan şairi Nizami. trc. Z. Abdullayev. – Bakı: EAAzF.
  • Gəncəvi Nizami. (2004/1). Sirlər xəzinəsi. trc. Ulutürk X.R. – Bakı: Lider.
  • Gəncəvi Nizami. (2004/2). İsgəndərnamə (Şərəfnamə). trc. Abdulla Şaiq.
  • Gəncəvi Nizami. (1983). Yeddi Gözəl. trc. ed. Rahim. M. - Bakı: Yazıçı.
  • Mustafayev Elnur. (2020). Mehdilik inancının mənşəyi ilə bağlı elmi nəzəriyyələr. Bakı: Din Araşdırmaları Jurnalı. № 1 (4), - s. 93-105.
  • Sarıkçıoğlu Ekrem. (1997). Dinlerde Mehdi tasavvurları. Samsun: Sidre.
  • Sezen Yümni. (1990). Sosyolojide ve din sosyolojisinde temel bilgiler ve tartışmalar. İstanbul: İlahiyat fakültesi vakfı.

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri