e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Gəncənin ənənəvi memarlıq üslublarının tədqiqində İmamzadə abidəsinin əhəmiyyəti Importance of Imamzadeh Monument in Research of the Traditional Architectural Styles of Ganja Значение святилища имамзаде в исследовании традиционных архитектурных стилей гянджи

Elnur Həsənov AMEA Gəncə Bölməsinin baş mütəxəssisi, Elm üzrə Prezident mükafatçısı

Necə istinad edilir

Həsənov, Elnur , Həsənov, E , , Din Araşdırmaları Jurnalı, Gəncənin ənənəvi memarlıq üslublarının tədqiqində İmamzadə abidəsinin əhəmiyyəti, 2, 3, 2019, 187-198, 2019

Zotero Mendeley EN EndNote

Xülasə

Gəncə şəhərinin səciyyəvi memarlıq və inşaat ənənələrinin tədqiqində müqəddəs ziyarətgah olan İmamzadə abidəsinin mənbəşünaslıq əhəmiyyəti elmi əsərdə tədqiq olunmuşdur. Müsəlman Şərqinin qədim tarixi-memarlıq abidəsi, ziyarətgahı olan İmamzadə türbəsi şəhərin yeddi kilometrliyində, Gəncə çayının sağ sahilində yerləşir.Ölkəmizin mühüm elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərinin əsas göstəricilərindən hesab edilən abidə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. İmamzadə türbəsi beşinci imam Məhəmməd Baqirin oğul övladı İbrahimin məzarı üzərində 739cu ildə inşa edilmişdir. Abidədə mühüm tarixi mənbələr olan epitafiyalar qəbirüstü yazılar və kitabələr aşkar edilmişdir. Türbə XIV əsrin sonu XV əsrin birinci yarısında əsaslı şəkildə ucaldılmışdır. XVII XVIII əsrlərdə tikilinin ətrafında məscid, türbələr və digər obyektlər inşa edilmişdir. Əsrlərboyu Gəncə İmamzadə abidəsini Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin qonşu müsəlman ölkələrindən çoxsaylı zəvvarlar ziyarət edirlər. XIX əsrdə Gəncənin görkəmli sərkərdəsi Cavad xan abidənin təmir və yenidənqurulması ilə bağlı göstəriş vermiş, 1878-1879-cu illərdə isə rus ordusunun ikinci müsəlman atlı qoşununun komandanı, general-mayor İsrafil bəy Yadigarzadə türbənin bərpasına yardım etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar əsasında Gəncə İmamzadə Türbə-Kompleksi milli memarlıq ənənələrimizə uyğun surətdə əsaslı şəkildə abadlaşdırılmış, təmir edilmiş və yenidən qurulmuşdur. Elmi əsərdə şəhərin çoxəsrlik yerli memarlıq üslublarının öyrənilməsində bu mühüm tarixi abidənin dəyəri elmi mənbələr, maddi-mədəniyyət nümunələri, daş kitabələr (epiqrafik nümunələr) əsasında araşdırılmışdır.
Historical significance of the medieval monument Imamzadeh Mosque Complex as an important source in the study of ancient architectural features of Ganja, one of the ancient scientific and cultural centers of our country, was studied in this research. Imamzadeh mosque, the main and ancient historical monument of Muslim East civilization, is situated 7 kilometres from the city of Ganja, on the right shore of Ganjachai river. It is recognized as one of the basic symbols of the city and located in the territory of Ganja State Historical and Cultural Reserve. Ganja Imamzadeh Complex was built in 739, around the grave of Ibrahim, son of the fifth muslim imam Muhammed Bagir. Significant historical sources such as epitaphs and stone inscriptions were found in the territory of the monument. Imamzadeh Mosque Complex was completely built in the late 14th and early 15th century. However, in the 17th and 18th centuries, a mosque, several temples and other constructions were built around the monument. During the centuries many visitors, guests from different parts of Azerbaijan, also from the other muslim countries visited Ganja Imamzadeh monument. In the 19th century this historical complex was repaired by the Ganja commander Javad khan, but then in 1878-1879 years by major-general of the second muslim-cavalry regiment of Russian army Israfil bay Yadigarzadeh. President of the Azerbaijan Republic Mr. Ilham Aliyev signed the orders about the restoration and repair of Imamzadeh Mosque Complex based on local national architectural and constructive traditions. This article investigates the importance of this historical monument in the study of centuries-old local architectural styles of the city on the basis of scientific sources, samples of material culture and stone books (epigraphic samples).
В данной научной работе было исследовано значение святилища Имамзаде как важного источника в изучении традиционных архитектурных особенностей Гянджи одного из основных научных и культурных центров нашей страны. Древний историко-архитектурный памятник, святилище мусульманского Востока мавзолей Имамзаде находится в 7 километрах от города, на правом берегу реки Гянджячай. Памятник является одним из основных символов Гянджи и находится на территории Гянджинского Государственного Историко-Культурного Заповедника. Имамзаде было возведено в 739 году над могилой сына пятого шиитского имама Мухаммеда Багира, Ибрагима. В этом памятнике были обнаружены важные исторические источники эпитафии, надгробные надписи. Мавзолей был полностью построен в конце XIV начале XV веков. В XVII XVIII веках возле гробницы были возведены мечеть, мавзолей, другие постройки. На протяжении столетий большое число паломников, гостей из разных уголков Азербайджана, а также из других мусульманских стран посещают памятник Имамзаде в Гяндже. В XIX веке великий полководец, Гянджинский хан Джавад хан дал распоряжение о ремонте и реставрации памятника, а также в 1878-1879 годах Имамзаде был восстановлен командиром второго мусульманского отряда, генерал-майора Русской армии Исрафил беком Ядигарзаде. Президент Азербайджанской Республики господин Ильхам Алиев подписал распоряжения о реставрации, реконструкции комплекса Имамзаде на основе национальных архитектурных традиций. В данной научной статье значение этого важного исторического памятника в изучении многовековых местных архитектурных стилей города изучалось на основе научных источников, образцов материальной культуры, каменных книг (эпиграфических образцов).

Açar sözlər

Gəncə, Azərbaycan, Ənənəvi Sənətkarlıq, Memarlıq, İmamzadə Ziyarətgahı
Ganja, Azerbaijan, Traditional Craftsmanship, Architecture, Imamzadeh Mosque
Гянджа, Азербайджан, Традиционное Ремесло, Архитектура, Святилище Имамзаде

Referanslar

  • Ализаде А.А. (1956). Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв. Баку: Изд-во АН Аз. ССР. (с. 17).
  • Azərbaycan arxeologiyası. (2008). 6 cilddə, VI c. Bakı: Şərq-Qərb nəşriyyatı, (632 s.).
  • Azərbaycan etnoqrafiyası. (2007). 3 cilddə. I c. Bakı: Şərq-Qərb, (544 s.). Azərbaycan incəsənəti. (1959). VIII cild. Bakı: Elm, (276 s.).
  • Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə şəhər filialı. F. 20, s. 1, iş 17.
  • Əhmədov F.M. (2007). Gəncənin tarix yaddaşı. Gəncə: Elm, (246 s.).
  • Əhmədov F.M. (1989). XIX-XX əsrlərin hüdudlarında Gəncənin yaşayış məhəllələri və ticarət obyektləri / Azərbaycanın qərb regionunun problemlərinə həsr olunmuş elmi-tədqiqat işlərinin yekunları elmi-təcrübi konfransının materialları. Bakı, (s. 247.).
  • Guliyeva N.M., Hasanov E.L. (2013). “Investigation of basic decorative-applied arts of Ganja on the basis of some innovative arguments and technologies” / Science and Society: Proceedings of the 3rd International scientific-practical conference. London: Scieuro, (p. 281-291.).
  • Hasanov E.L. (2015). To the Question on Research of Craftsmanship Traditions of Ganja of XIX – First Half of XX Centuries // Mediterranean Journal of Social Sciences. vol. 6, № 1, part S1, p. 433-437. Doi:10.5901/mjss.2015.v6n1s1p433.
  • Hasanov E.L.(2018). Applied significance of investigation of handicrafts branches in Ganja city based on innovative technologies (Historical-ethnographic research). Prague: Vědecko vydavatelské centrum «Sociosféra-CZ» (Czech Republic), (110 p.) ISBN 978-80-7526-323-0.
  • Hasanov S.L., Hasanov E.L. (2018). “Applied features of comparative technical, sociological investigation of historical and contemporary heritage of Azerbaijan” // International Scientific Journal Theoretical & Applied Science, Issue 1, vol. 57, part 1. (p. 9-16.).
  • Häsänow E.L. (2014). “Ethno-anthropologische merkmale der Gändschänischen Teppiche von XIX-XX jahrhundert (auf die 220-jährige jubiläum der Aserbaidschanischen gelehrten und dichter gewidmet Mirsä Schäfi Waseh)”. // Austrian Journal of Humanities and Social Sciences, №1, (p. 3-4.).
  • Həsənov E.L. (2012) Azərbaycan ziyarətgahları: Gəncə İmamzadə türbəsi. Bakı: Elm və təhsil, (268 s.).
  • Həsənov E.L. (2015) “Gəncə İmamzadə türbəsi ənənəvi multikulturalizm abidəsi kimi”. / Qafqazda mədəni-dini irsin qorunması mövzusunda beynəlxalq konfransın materialları. Bakı, (s. 117-120.).
  • Məmmədov F.N. (1976). XIX əsrdə Gəncə şəhərinin ərazisi, əhalisi və idarəsi (1868-ci ilə qədər) // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri (Tarix, fəlsəfə və hüquq seriyası), № 3, (s. 30-37).
  • Mustafayev A.N. (2001). Azərbaycanda sənətkarlıq. Bakı: Altay, (232 s.).
  • Mustafayev C.M. (1998). Orta əsrlərdə sənətkar təşkilatları // Cahan jurnalı, № 4, (s. 17-21).
  • Нейматова М. (1991). Эпиграфические памятники Гянджи. Баку, (с. 4-7).

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri