e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Allahın zati adlarının dini-elmi təhlili (Azərbaycan əlyazmalarına əsasən) Religious-scientific Analysis of the Names of God (On the Basis of Azerbaijani Manuscripts) (Part One) Религиозно-научный анализ сущностных имен аллаха (на основе азербайджанских рукописей)(часть первая)

Yeganə Rəhnulla AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi

Necə istinad edilir

Rəhnulla, Yeganə , Rəhnulla, Y , , Din Araşdırmaları Jurnalı, Allahın zati adlarının dini-elmi təhlili (Azərbaycan əlyazmalarına əsasən), 4, 6, 2021, 119-135, 2021

Zotero Mendeley EN EndNote

Xülasə

Bütün səmavi dinlərdə olduğu kimi, İslam dinində də Allahın ad və sifətləri Quran ayələri və hədislərə əsaslanaraq geniş tədqiq olunur. Allahın bu atributları “Əsmaul-husna” dini terminində cəm olaraq ilahiyyatın müxtəlif sahələrinin, əsasən, kəlam elminin bölməsini təşkil edir. Kəlam elminin mübahisəli bölməsi olan ilahi sifətlər haqqında alimlərin bir-birlərindən fərqli fikirləri var. Bütün bu fikirləri cəmləşdirərək, məşhur İslam alimi Əbu İsa ət-Tirmizinin “Əsmaul-husna” təsnifatı əsasında Allahın sifətlərinin üç hissəyə zati adlar, kəvniyaradılışla, varlıqla bağlı adlar və insanla əlaqəli adlara ayrıldığını əsas götürmək olar. Bu məqalə özündə Allahın zati adlarının bir hissəsinin, yəni Allah adından başlayaraq, əl-Məcid adma kimi olan adların Azərbaycanda saxlanılan Sədrəddin əl-Konəvinin “Şərhi-əsma-Allahil-husna”, Sədrəddin əşŞirazinin “Təfsir əl-Quran” və müəllifi məlum olmayan “Şərh əsmAllah” əsərlərinin əlyazma nüsxələri əsasında dini-elmi təhlilini ehtiva edir. “Şərh əsmAllah ” əsərinin müəllifi məlum olmasa da, Allahın gözəl isimlərindən bəhs edən əlyazmalar arasında öz iri həcmi və adların geniş şərhi ilə fərqlənir. AMEA Məhəmməd Füzuli adma Əlyazmalar İnstitutunda Sədrəddin əş-Şirazinin “Təfsir əl-Quran” əsərində Allahın gözəl adları ilə bağlı olan hədisin şərhində isimlərin siyahısı, mənası, şərhi mükəmməl şəkildə təqdim olunmuşdur. Sədrəddin Konəvinin “Şərhi-əsma-Allahil-husna” əsərində qeyd etdiyi irfani fikrinə görə, insan əxlaqının inkişafı və həqiqətə çatması “Əsmaulhusna”mn öyrənilməsi ilə mümkündür. Bu səbəbdən, Allahın gözəl adlarının təsəvvüfdə izahı, şərhi və tədqiq edilməsi önəmli sahələrdən biri olaraq geniş yayılmışdır.
The names and attributes of Allah, as in all monotheistic religions, are thoroughly studied based on Quranic ayats and hadiths. Under the religious term "asmaul-husna," these attributes of Allah constitute the main branch of various theological fields, particularly the science of discourse (science of kelam). Scholars have different opinions and serious disputes about the divine attributes, a controversial branch of the science of discourse. Summarizing all these ideas, the attributes of Allah are divided into three parts essential names, names related to creation, existence, and the names related to human being, according to the classification of the “Asmaul-husna” of Abu Isa at-Tirmizi, a famous Islamic scholar. This article contains the religious-scientific analysis of the manuscript copies of Sadraddin al-Konavi's work "Sharh asma Allah al-husna", Sadraddin alShirazi's work "Tafsir al-Quran" and the other one named “Sharh asmallah” by an unknown author. These mentioned works that are kept in Azerbaijan contain the names of Allah beginning from Allah to al-Majid. Although the author of “Sharh Asmallah” is not known, it is distinguished by its large volume and extensive interpretation of names among the manuscripts about the beautiful names of Allah. The work “Tafsir al-Quran” Mahammad ash-Shirazi written İn the Institute of Manuscripts named after Mahammad Fuzuli of ANAS. Besides the interpretation of the surahs and ayats of Quran, the interpretation of the hadiths written on various themes is also given in this work. In the interpretation of the hadith on Allah’s beautiful names perfectly presented the lists of the names, their meanings and interpretations. According to Sadraddin al-Konavi's erudite opinion in his work “Sharh Asma Allah al-Husna”, the development of human morality and the attainment of truth is possible through the study of “Asmaul-Husna”. For this reason, the explanation, interpretation and the research of Allah's beautiful names in Sufism widely spread as one of the most important fields.
В исламе, как и во всех мировых религиях, имена и атрибуты Аллаха широко изучаются на основе хадисов и аятов из Корана. Эти атрибуты Аллаха, сгруппированные в религиозном термине «Асма аль-хусна», вместе образуют основной раздел различных теологических дисциплин, особенно науки "калам". Ученые расходятся во мнениях и имеют серьезные разногласия по поводу божественных атрибутов противоречивой ветви калама. Обобщая все эти идеи, на основе классификации «Асма аль-Хусны» известного исламского ученого Абу Иса ат-Тирмизи атрибуты Аллаха можно разделить на три части: зати (сущностные), кавни связанные с созданием и существованием, и имена, связанных с человеком. Данная статья содержит религиозно-научный анализ ряда сущностных (зати) имен Аллаха, включая само имя Аллаха до имени аль-Маджид, на основе, содержащихся в Азербайджане, рукописных копий «Шарх асма Аллах аль-хусна» Садраддина аль-Конави, «Тафсир алъ-Коран» Садраддина аш-Ширази и «Шарх асмАллах» неизвестного автора. Хотя автор «Шарх асмАллах» не известен, среди рукописей, описывающих имена Аллаха, произведение отличается большим объемом и подробными толкованиями имен. В Институте рукописей имени Мухаммеда Физули НАНА сохраняются произведения Садраддина аш-Ширази «Тафсир алъ-Коран». В толковании хадиса о прекрасных именах Аллаха превосходно представлен список имен, их значения и толкования. Согласно просвещенному мнению Садраддина Конави, отмеченному в произведении «Шарх асма Аллах аль-хусна», развитие человеческой нравственности и достижение им истины возможно через изучение «Асма аль-хусна». По этой причине раскрытие, толкование и изучение прекрасных имен Аллаха в суфизме является одной из самых важных областей.

Açar sözlər

İslam, Quran, Hədis, Təsəvvüf Kəlam, “Əsmaul-Husna” (Allahın Gözəl Adları), Əlyazma
Islam, Quran, Tasavvuf (Sufism), Hadith, Theology "Asma Alhusna"
Ислам, Коран, Хадис, Тасаввуф (суфизм), Калам, «асма Аль-хусна» (прекрасные Имена Аллаха), Рукопись

Referanslar

  • İmam Gazali. (2005). Esmaü-l hüsna şerhi. İstanbul, Ferşat, (245s.).
  • Konəvi S. Şərh əsma Allah əl-husna. A-409 Əlyazmalar məcmuəsi. AMEA Əlyazmalar İnstitutu, (v. 90b-167a).
  • Qənbəri H. (2014). İsmi zəm və smaül-hüsna duaları. Tərcümə edən Nur. Bakı: Kövsər, (111 s.).
  • Qurani-kərim. (1991). Tərcümə edənlər: Bünyadov Z., Məmmədəliyev V. Bakı: Azərnəşr, (710 s.).
  • Müqtədiri M. (2013). smaul-hüsna – Quranda Allahın gözəl adları. Bakı: Nurlar, (158 s.).
  • Şərhu əsmallah. (müəllifi məlum deyil) B-2195 Əlyazmalar məcmuəsi. AMEA Əlyazmalar İnstitutu, (v. 2b-11a).
  • Şirazi S. (1724) Təfsir əl-Quran. B-2872. AMEA Əlyazmalar İnstitutu, Trabzon, 299 v.
  • Yurdagür M. (1999) Ayet və hadislerde sma-i-Hüsna, Allahın İsimleri. İstanbul: Kardeşler, (272 s.).
  • Dua. (müəllifi məlum deyil). A-573 Əlyazmalar məcmuəsi. AMEA Əlyazmalar İnstitutu, (v. 31b-34a).

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri