e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Fəlsəfə

Əxlaqın psixoloji və epistemoloji mənbəyi problemi: Məhəmməd Əmin Sədrəddin Şirvaninin fəlsəfəsi nümunəsində The Problem of Psychological and Epistemological Source of Morality: on the Example of the Philosophy of Mohammad Amin Sadraddin Shirvani «проблема психологических и эпистемологических источников морали на примере философии мухаммеда амина садраддина ширвани »

Anar Qafarov Azərbaycan İlahiyyat İnstututu, AMEA Fəlsəfə İnstitutu

Necə istinad edilir

Qafarov, Anar , Qafarov, A , , Din Araşdırmaları Jurnalı, Əxlaqın psixoloji və epistemoloji mənbəyi problemi: Məhəmməd Əmin Sədrəddin Şirvaninin fəlsəfəsi nümunəsində, 3, 4, 2020, 171-185, 2020

Zotero Mendeley EN EndNote

Xülasə

Hər bir millətin və xalqın mövcudluğunu qoruması onun özünü milli, mədəni və tarixi aspektlərdən tanıması ilə düz mütənasibdir. Bu mənada, dərin tarixi-mədəni köklərə malik olan xalqımızın hər bir fərdinin və aliminin üzərinə Azərbaycan mədəni irsinin əsas nümayəndələri olan mütəfəkkirlərin əsərlərini gün üzünə çıxararaq onları tədqiq etmək, xalqa və hətta dünyaya çatdırmaq, qısası, Azərbaycan mədəni irsinə sahib çıxmaq kimi mühüm bir vəzifə düşür. “Əxlaqın psixoloji və epistemoloji mənbəyi problemi: Məhəmməd Əmin Sədrəddin Şirvaninin (v.1036/1627) fəlsəfəsi nümunəsində” adlı hazırlamış olduğumuz məqalə də məhz belə bir vəzifə şüurunun əsəridir. Tədqiqatın əsas məqsədi ölkəmizdə, demək olar ki, çox da araşdırılmayan Məhəmməd Əmin Şirvaninin əxlaqın psixoloji və epistemoloji mənbəyinə dair fikir və yanaşmalarını gün üzünə çıxarmaq, onun əxlaq düşüncəsini etikanın əsas problemləri müstəvisində müzakirə obyektinə çevirməkdir. Məqalə üç əsas tezisi ehtiva edir: 1. Məhəmməd Əmin Şirvani, sadəcə, Qafqaz bölgəsində deyil, eyni zamanda, Osmanlı hüdudlarında da öz elmi yanaşma və xidmətləri ilə tanınan bir mütəfəkkirdir. 2. Şirvaniyə görə, həm xarakter və qabiliyyət, həm də davranış olaraq əxlaqın mənbəyi insan ruhu, etik mühakimələrin müəyyənləşdirilməsi etibarilə epistemoloji mənbəyi isə ağıldır. 3. Onun əxlaq düşüncəsi Antik dövr yunan əxlaq fəlsəfəsi, Orta əsr İslam əxlaq fəlsəfəsi, xüsusilə də bu istiqamətdəki fəlsəfəni İslam düşüncəsində daha da sistematik hala gətirən Nəsirəddin Tusinin əxlaq fəlsəfəsinin izlərini daşıyır.
The preservation of the existence of each nation and people is directly proportional to its recognition of itself in terms of national, cultural and historical aspects. In this sense, it is duty on every person and scientist of the Azerbaijani people, having profound historical and cultural roots, to explore and to study the works of the main thinkers of the cultural heritage of Azerbaijan and to discover truthes related to them and declare them to the public and even to the world, and shortly, to protect the cultural heritage of Azerbaijan. The article “The problem of psychological and epistemological source of morality: on the example of the philosophy of Mohammad Amin Sadraddin Shirvani (v.1036 / 1627)” is a result of the duty consciousness. The main purpose of the research is to explore the facts about the Muhammad Amin Shirvani’s thought and approach related to the problem of source of morality which is almost never studied in our country, to make his ethical thought a subject of discussion in the context of the main ethical problems. The article contains three main thesis: 1. Mohammed Amin is a thinker who is known not only in the Caucasus, but also in the Ottoman borders with his scientific approach and services; 2. According to Shirvani, the source of morality as both character and ability, and behavior is the human spirit, but the epistemological source of morality in terms of defining ethical judgments is just the mind. His moral thought has traces of Ancient Greek moral philosophy, the medieval Islamic moral philosophy, especially traces of the moral philosophy of Nasiruddin Tusi who makes the philosophy even more systematic in Islamic thought; 3. With the tradition comes from Aristotle and Farabi, Mohammad Amin Shirvani's philosophy make politics a subject of discussion as a problem of ethics.
Сохранение существования каждой нации и народа прямо пропорционально его признанию себя с точки зрения национальных, культурных и исторических аспектов. В этом смысле, в обязанность каждого индивида и ученого нашего народа, имеющего глубокие исторические и культурные корни, входит выявление и изучение произведений основных мыслителей культурного наследия Азербайджана, а также доведение их народу и даже всему миру, то есть защита культурное наследие Азербайджана. Подготовленная нами статья под названием «Проблема психологических и эпистемологических источников морали: на примере философии Мухаммеда Амина Садраддина Ширвани (т.1036 / 1627)» является результатом такого сознания. Основная цель исследования выявить мнения и взгляды Мухаммеда Амина Ширвани относительно проблемы источника морали, которые почти никогда не изучались в нашей стране, превратить их в предмет обсуждения в контексте основных этических проблем сознания морали. Статья содержит три основных тезиса: 1. Мухаммед Амин мыслитель, которого с его научным подходом и заслугами известен не только на Кавказе, но и в Османской империи; 2. Согласно Ширвани, источником морали как характера, способностей и поведения является человеческий дух, а эпистемологическим источником морали с точки зрения определения этических суждений является только разум. 3. Его моральная мысль носит следы древнегреческой философии морали, средневековой исламской философии морали, особенно следы философии морали Насируддина Туси, который систематизировал философию в исламском мышлении.

Açar sözlər

Məhəmməd Əmin Şirvani, İslam Fəlsəfəsi, Əxlaq, Nəfs, Ağıl
Mohammed Amin Shirvani, Islamic Philosophy, Ethics, Soul, Mind
Мухаммед Амин Ширвани, Исламская Философия, Мораль, Нафс, Разум

Referanslar

  • Acluni. (1351). Kəşfu'l-hafa, Məktəbətü’l-Qüdsi, Qahirə.
  • Akseki Ahmet Hamdi. (1968). Ahlak dersleri, Üçdal Yayınları, İstanbul.
  • Altıntaş Ramazan. (2010). “Şirvani Sadreddinzade” maddəsi. DİA. İstanbul. c. 39, (s. 208).
  • Aristoteles. (1998). Nikhomakhos’a etik, trc.: Saffet Babür, Ayraç Yay. Ankara.
  • Aristoteles. (1993). Politika, trc.: Mete Tunçay, Remzi Kitabevi, İstanbul.
  • Cihan Ahmet Kamil. (2013). “Şirvani’nin ilimlerin tanımı ve meseleleri ile ilgili eseri: əl-Fəvaidü’l- həqqaniyyə”, The Journal of Acedemical Social Sciences, Volume 6, Issue 4, April. (s. 229-243).
  • Çağrıcı Mustafa. (1991). Anahatlarıyla İslam ahlakı, Ensar Yay, İstanbul. Çelik Ömer. (1991) “Muhammed Emin b. Sadruddin eş-Şirvani’nin hayatı ve Feth Suresi tefsirinin tahkiki” (Marmara Üniversitesi Sosyal Bilimler Enstitüsü Tefsir Hadis Bölümü Tefsir Anabilim Dalı, basılmamış yüksek lisans tezi.).
  • Çağrıcı Mustafa. (1995-1997). “Muhammed Emin b. Sadruddîn eş- Şirvânî’nin Hayatı, İlmî Kişiliği ve Eserleri” Marmara Üniversitesi İlahiyat Fakültesi Dergisi, sayı: 13-14-15, (s. 211-224).
  • Durusoy Ali. (1992). İbn Sina felsefesi’nde nefs, akıl ve ruh, (Basılmamış Doktora Tezi), Marmara Üniversitesi Sosyal bilimler Enstitüsü, İstanbul.
  • Erdem Hüsamedin. (2002). Ahlak felsefesi, Hü-Er Yayınları, Konya. Fərabi. (1993). Fusulu’n-müntəzəa, nəşr. Fevzi M. Nəccar, Beyrut.
  • Erdem Hüsamedin. (1985). Kitabü arai əhli’l-mədinəti’l-fazıla, tah. Elbir Nasri Nadir, Darü’l-Məşriq, Beyrut.
  • Erdem Hüsamedin. (1986). Kitabü’s-siyasəti’l-mədəniyyə, tah. Fəvzi Mitri Neccar, Beyrut.
  • Erdem Hüsamedin. (1992). Kitabu’t-tənbih ala səbili’s-saadə, (əl-A’malü’l- Fəlsəfiyyə içində) tah. Cafər al-Yasin, Beyrut.
  • Qafarov Anar. (2014). “İslam fəlsəfəsinin inkişafında rol oynamış Azərbaycanlı filosoflar”, Azərbaycanda ənənəvi din, redaktorlar: Aqil Şirinov və Nahid Məmmədov, Bakı, (s. 132-196).
  • Gafarov Anar. (2011). Nasiruddin Tusi`nin ahlak felsefesi, İsam Yay, İstanbul.
  • İbn Miskeveyh. (1924). Təhzibu’l-axlaq və tathiru’l a’raq, tah. İbnu’l Xatib, Matbaatü’l-Mısrıyyə, Qahirə.
  • İbn Sina. (1992). ən-Nəcat, tah. Abdurrahman Uməyrə, Daru’l-Cil, Beyrut.
  • İbn Sina. (1911). “Kitabu’s-siyase li-İbn Sina”, Makalatün fəlsəfətun qadimətun li ba’zi məşahiri fəlasifəti’l-ərəb içində, nşr. Louis Maaluf, Beyrut.
  • İbn Sina. (2005). Metafizik, trc.: Ekrem Demirli-Ömer Türker, Litera yayınları, İstanbul.
  • İbn Sina. (1953). Uyunü’l-hikmə, nəşr: H. Ziya Ülken, Ankara.
  • İbn Sina. (tarixsiz). Risalə fi aksami’l-ulumi’l-akliyyə, Tis`u rəsail fi’l-hikməti və’t-tabiiyyat içində, 2. Baskı, Darü’l-Arab, Qahirə, (s. 104-118).
  • Kınalızade Ali Çelebi. (1248). Ahlak-ı Alai, Bulak Matbaası, Misir.
  • Kınalızade Ali Çelebi. (t.y.). Devlet ve aile ahlakı, haz. Ahmet Kahraman, Tercüman 1001 Temel Eser, İstanbul.
  • Məmmədov Zakir. (2006). Azərbaycan Fəlsəfəsi tarixi, Bakı: Şərq-Qərb nəşriyyatı.
  • Nasr Seyyid Hüseyin. (2010). “Azərbaycan məktəbi və onun islam fəlsəfəsi ənənəsi ilə əlaqəsi”, İbnül-Ərəbi və Klassik Azərbaycan Ədəbiyyatı (konfrans materialları məcmuəsi), Azərbaycan Milli Elmlər Akademiyası, Bakı, (s. 122-123).
  • Platon. (2001). Devlet, çev. S. Eyüboğlu-M. Ali Cimcoz, Türkiye İş Bankası Kültür yayınları, İstanbul.
  • Platon. (1989). Menon, çev. Ahmet Cevizci, Gündoğan Yay., Ankara. Şərifov Kamandar. (2017). “Muhammed Emin Şirvânî Üsküdârî”, Uluslararası Üsküdar Sempozyumu IX, 11-13 Kasım, 2016, Bildiriler, c. II, Editör: Dr. Çoşkun Yılmaz, İstanbul: Bilnet Matbaacılık, (səh. 217-221).
  • Şirvani Muhammed Emin. əl-Fəvaidu’l-haqqaniyyə, Süleymaniye Kütüphanesi Amcazâde Hüseyin Paşa 321/1.
  • Şirvani Muhammed Emin. əl-Fəvaidu’l-haqqaniyyə, Raşid Efendi Kütüphanesi 600. Tûsî Nasîruddîn. (1369). Ahlâk-ı Nâsirî, tenkit ve tashih: Ali Rıza Haydari, Mücteba Minovi, 4. baskı, Tahran: Şirket-i Sihami.
  • Şirvani Muhammed Emin. (2007). Ahlak-ı Nasıri, trc.: Anar Gafarov-Zaur Şükürov, Litera yayınları, İstanbul.
  • Yalın Salih. (2013/1). “Şirvani`de Ahlak ve Siyaset”, Bilimname: Düşün- ce Platformu, sayı: 24, (s. 9-30).

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri