e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Məqalələr

Platon və Aristotelin nəfs və onun bədənlə olan münasibətinə dair düşüncələri Plato and Aristotle’s Thoughts on the Soul and its Relations to the Body Мысли платона и аристотеля о душе и ее связи с телом

İbrahim Bağırov AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı və elmi işçisi 0000-0002-2976-2119

DOI

10.30546/s8d47d29

Necə istinad edilir?

Zotero Mendeley EN EndNote

Xülasə

Bu məqalədə fəlsəfə tarixinin ən məşhur filosofları – Platon və Aristotelin “nəfs” anlayışı və filosofların nəfslə-bədən arasındakı münasibətlərin keyfiy- yətinə dair düşüncələri analiz edilir. Yazıda Platonun bir sıra əsərinə istinad olunmaqla yanaşı, əsas kimi, onun “Fedon” dialoqundan və Aristotelin “De Anima”sından istifadə edilmişdir.
Platon fəlsəfə tarixində dualizmin müdafiəçisi kimi çıxış etmiş və hazırda da onun bu mövqeyi tanınır. Bəzən onu dualizmi sistemləşdirən filosof kimi qəbul edənlər də olmuşdur. Platonun bu ideyanı ən açıq şəkildə dəstəklədiyi və müzakirə etdiyi əsəri – “Fedon” dialoqudur. “Fedon” dialoqundakı insan nəfsinin bəsitliyi, onun bədəndən öncə və ondan müstəqil olmasına dair arqu- mentlərdən çıxış edərək, Platonun nəfsi bədəndən ayrı, ona ehtiyac duymadan var ola bilən müstəqil substansiya kimi gördüyünü demək mümkündür. Buna baxmayaraq, filosofun digər bəzi dialoqlarında nəfsin fərqli mərtəbələrindən bəhs etdiyi müşahidə olunur. Bu da onun bəsit ruhani nəfs fikrindən uzaqlaşdığı təəssüratını yaradır. Məqalədə göstərilir ki, Platonun “qeyri-maddi nəfs” anlayışı bütün dialoqlarında “Fedon”da olduğu qədər açıq olmasa da, filosofun dualist düşüncədən tamamilə uzaqlaşdığını söyləmək doğru deyildir. Platondan fərqli olaraq, məsələyə daha çox elmi nöqteyi-nəzərdən yanaşan Aristotel nəfsi bədənin mükəmməlliyi və ya entelexiası hesab edir. Aristotelə görə, nəfs maddə deyil, bədən də nəfs deyil, ancaq nəfsə sahibdir, yaxud nəfsi, ruhu mövcuddur. Qüvvə olan bədən nəfsin maddəsidir, nəfs isə bədənin
forması, onun aktuallığıdır. Bunların bir, yaxud iki fərqli substansiya olması məsələsinə gəldikdə, Aristotel Platondan fərqli olaraq, nəfs və bədəni bir- birindən ayrı iki müstəqil substansiya hesab etmir.
This paper examines the teachings of Plato and Aristotle, two of the most famous world philosophers, on the soul and their interaction. The author relies heavily on Plato's Phaidon and Aristotle's On the Soul in this paper, among other sources.
Plato is widely regarded as a supporter of dualism in the history of philosophy. He is known as a philosopher who systematized the dualistic worldview. Plato’s Phaidon dialogue was the book in which he explicitly discussed this idea. Arguments in Phaidon about the simplicity of soul, pre- existence, and independence before earthly life show that Plato thought of the soul as a separate substance from the body. However, in some of his other dialogues, he divides the soul into different parts, leading some to believe that the philosopher has abandoned his previous theory. This paper states that, while the concept of an immaterial soul is not as prominent in Plato’s dialogues as it is in Phaidon, this does not imply that he rejected the dualistic approach entirely. Aristotle, who, unlike Plato, takes a more scientific approach, defines the soul as the first entelechy of a natural body. According to him, the soul is not matter, nor is the body soul, but the latter owns the former, or, to put it another way, the body has a soul. The body, which contains the potential for life, is matter for the soul, but the soul is the form or actuality of the body. Nonetheless, unlike Plato, Aristotle believes that the body and soul are not made of different substances.
В данной статье анализируется концепция души самых известных философов в истории философии- Платона и Аристотеля и их мысли о качестве взаимоотношений между душой и телом. Хотя статья ссылается на ряд других произведений, в основном использовались диалог «Федон» Платона и «О душе» Аристотеля.
Платон известен в истории философии как философ, отстаивавший идею дуализма, и сейчас признается его эта позиция. Иногда находятся те, кто представляет его как философа, систематизировавшего дуализм. Произведение Платона, в котором эта идея наиболее ярко выражена, — это диалог «Федон». Основываясь на простоте души в диалоге «Федон» и рассуждениях о том, что она предшествует телу и независима от него, можно сказать, что Платон видит душу как самостоятельную суб- станцию, которая может существовать без потребности в теле. Тем не менее, в некоторых других диалогах философа наблюдается, что он говорит о разных уровнях души, из-за чего создается впечатление, что он отдаляется от простого представления о душе. В статье показано, что хотя концепция нематериальной души у Платона не столь ясна, как в «Федоне», во всех его диалогах, нельзя сказать, что философ полностью отдалился от дуалистического мышления. В отличие от Платона, Аристотель, который больше подходит к вопросу с научной точки зрения, считает душу совершенностью или энтелехией тела. По мнению Аристотеля, душа не есть субстанция, и тело не есть душа, но оно имеет душу. Тело субстанция души, а душа форма тела, его актуальность. Что касается того, являются ли они одной или двумя различными субстан- циями, Аристотель, в отличие от Платона, не считает душу и тело двумя отдельными самостоятельными субстанциями.

Açar Sözlər

Ruh-Bədən Problemi, Fedon Dialoqu, “De Anima”, Qeyri-Maddi Ruh, Entelexiya, Nəfs
Soul-Body Problem, Phaidon Dialogue, De Anima, İmmaterial Soul, Entelechy
Проблема Души И Тела, Диалог «Федон», «О Душе», Нематериальная Душа, Энтелехия, Душа

Referanslar

  • Aquinas Thomas. (1999). A Commentary on Aristotle’s De anima, tr. Robert Pasnau, New Haven – London: Yale Univercity Press.
  • Annas Julia. (1981). An Introduction to Plato’s Republic, Oxford: Clarendon Press.
  • Aritoteles. (2019). Ruh Üzerine. çev, Ö.Aygün, Y.G.Sev, İstanbul: Pinhn. Arslan Ahmet. (2007). İlkçağ Felsefesi Tarihi. C 3. İstanbu: Bilgi Üniversitesi Yayınları.
  • Baghirov İbrahim. (2016). Molla Sadrâ'da Beşerî Nefislerin Meâdi. Yüksek lisans tezi. Süleyman Demirel Üniversitesi.
  • Burnyeat Myles. (1992). Is an Aristotelian philosophy of mind still credible? (A draft). In Martha C. Nussbaum & Amelie Oksenberg Rorty (eds.), Essays on Aristotle’s de Anima. Clarendon Press. pp. 15-26
  • Carone Gabriela Roxana. (2005). Mind and body in late Plato. Archiv für Geschichte der Philosophie, 18 vol. 87 iss. 3. pp. 227-269.
  • Crane Tim and Sarah Patterson (eds). (2002). History of the mind-body problem. London and New York: Routledge, Taylor & Francis Group.
  • Dorter Kenneth. (2003). Plato, Phaedo (ca. 385 BC). From J. Gracia, G. Reichenberg, B Schumacher (eds), The Classics of Western Philosophy: A Reader’s Guide. Oxford: Blackwell, (pp. 10-19).
  • Frederich Copleston. (1993). A History of Philosoph Volume 1: Greece and Rome. Image Books.
  • Fronterotta Francesco. (2007). Carone on the mind-body problem in late Plato. Archiv für Geschichte der Philosophie. 20 vol. 89 iss. 2. (pp. 231-236).
  • Henrik Lagerlund; Juha Sihvola. (2014). Sourcebook for the history of the philosophy of mind (psychology from Plato to Kant), Dordrecht: Springer.
  • Horgan John. (2018). Mind-body problems: Science, subjectivity, and who we really are. John Horgan.
  • Johansen Kjeller Thomas. (2012). The Powers of Aristotle’s Soul. Oxford.
  • John Dillon. (2009). How does the soul direct the body? After all? Traces of a dispute on mind-body relations in the Old Academy. Body and Soul in Ancient Philosophy (Dorothea Frede, Burkhard Reis). Berlin: Walter de Gruyter. (pp. 349-356).
  • Kenny Anthony. (2004). Ancient Philosophy: A New History of Western Philosophy, Volume 1. Oxford: Clarendon Press.
  • Kerferd G.B. (2006). Psyche. Encyclopedia of Philosophy (Donald M. Borchert ed.). Thomson Gale. V 8, (p. 103).
  • Koç Turan. (2021). Ölümsüzlük Düşüncesi. İstanbul: İz Yayıncılık. Lagerlund Henrik. (2007). Introduction: The mind/body problem and late medieval conceptions of the soul. Forming the mind: Essays on the internal senses and the mind/body problem from Avicenna to the Medical Enlightenment, (1-15).
  • Lagerlund Henrik; Juha Sihvola. (2014). Ancient theories. Sourcebook for the History of the Philosophy of Mind: Philosophical Psychology from Plato to Kant, (11-21).
  • Macdonald Paul. (2017). History of the Concept of Mind (Volume 1: Speculations About Soul, Mind and Spirit from Homer to Hume). London and New York: Routledge.
  • Martin Raymond; Barresi John. (2006). The Rise and Fall of Soul and Self / R. Martin, J. Barresi, – New York: Columbia University Press.
  • Məlikov Ələddin. (2023). Sokrat üç filosofun təqdimatında. “Sosial elmlər” jurnalı (AMEA). № 1.
  • Peters R.S.; Mace C.A. (2006). Psychology. Encyclopedia of Philosophy (Donald M. Borchert ed.). Thomson Gale. v 8. (117-150).
  • Platon. (2017). Dialoglar. İstanbul: Remzi Kitabevi.
  • Priest Stephen. (2019). Zihin Üzerine Teoriler. çev, Ayhan Dereko, İstanbul: Litera Yayncılık.
  • Robinson Thomas More. (2018). Plato’s Psychology. Toronto – Buffalo –
  • London: University of Toronto Press.
  • Sir David Ross. (1995). Aristotle. New York – London: Routledge.
  • Skirbekk Qunnar; Gilye Nils. (2007). Fəlsəfə tarixi. tr. Adil Əsədov, Bakı: Zəkioğlu nəşriyyatı.
  • Stace Walter Terence. (2012). A Critical History of Greek Philosophy. Duke Classics.
  • Şirinov Aqil. (2012). Fəlsəfə tarixində ruh-bədən əlaqəsi problemi (qədimdən günümüzə). Fəlsəfə və sosial-siyasi elmlər. 1 (33), .9 (s. 36-49).
  • Warburton Nigel. (2016). Felsefenin Kısa Tarihi. çev. Güçlü Ateşoğlu, İstanbul: ALFA.

Lisenziya

Müəllif hüququ (c) 2024 İbrahim Bağırov
Creative Commons License

Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri