İbn Sinanın məad anlayışı Ibn Sina’s Thoughts on the Return Мысли ибн сины о воскресении
Xülasə
Məad məsələsi, bu ad altında olmasa da, nəfsin ölümsüzlüyünü qəbul edən Antik yunan filosoflarından başlayaraq müzakirə edilən fəlsəfi problemlərdən biridir. Bu anlayış dinlərdə, xüsusilə də İslamda müstəsna əhəmiyyətə malikdir. Fəlsəfi problem olması, dini baxımdan mərkəzi önəmə yiyələnən məsələlərdən biri olmasından əlavə, İslam filosofları bu mövzuya xüsusi diqqət ayırmışlar. İslam filosofları arasında sözügedən mövzu ilə ciddi şəkildə məşğul olan və məsələ ilə bağlı xeyli yazı qələmə alan mütəfəkkirlərdən biri də İbn Sinadır. İbn Sina “Kitabuş-şifa”, “Kitabun-nəcat”, “Daneşnamei-Alai”, “Əzhəviyyə fıl-məad”, “əl-Məbdə vəl-məad”, “Məad risaləsi” və “Nəfs risaləsi” kimi əsərlərində bu problemi araşdırıb fikirlərini ortaya qoymuşdur. İbn Sina həm ruhani, həm də cismani məad anlayışını qəbul edir. Buna baxmayaraq, ona görə, bu iki məad formasının fəlsəfi olaraq əsaslandırılması mümkün olan ruhani məad anlayışıdır. O, əsərlərində peyğəmbərin xəbər verdiyi cismani məadı qəbul etdiyini iddia etsə də, bu məad formasının fəlsəfi isbatını mümkün hesab etməmiş, ağlın cismani məadı deyil, ruhani məadı qəbula yanaşdığını irəli sürmüşdür. Filosof məad problemi ilə bağlı qələmə aldığı “Əzhəviyyə ” risaləsində ruhani məadı sübut etməyə çalışmaqla yanaşı, digər əsərlərində etdiyi kimi, cismani məadı rəvayətlərə əsasən qəbul etdiyini vurgulamamış, həmçinin dini mətnlərdəki axirətlə bağlı xəbərlərin təvil edilməli olduğunu bildirmişdir. Nəticədə, filosofun məadla bağlı fikirləri özündən sonra gələn bir çox mütəfəkkir tərəfindən tənqid edilmiş, hətta onun təkfir olunmasına qədər belə gətirib çıxarmışdır. Bu məqalədə İbn Sinanm cismani və ruhani məad haqqında olan görüşləri araşdırılmış, habelə filosofun dini mətnlərdəki cismani axirət təsvirləri barədə olan düşüncələrinə yer verilmişdir.
The problem of the Return, if not under this title, has always been amongst those much-discussed philosophical matters since ancient Greek philosophers who thought of self/human soul to be immortal. However, the Return is rather significant issue in religions, particularly in Islam. Due to both its philosophical importance and its importance in religion, Islamic philosophers have paid special attention to this issue. One of those thinkers who contemplated about and wrote many writings on the matter was Ibn Sina. The Kitab al-Shifa (The Book of Healing), Kitab al-Najat (The Book of Deliverance), Danishnameyi Alai (Alai Book of Knowledge), Adhawiyya filmaad (Epistle on the Return for the sacrifice holiday), al-Mabda va al-Maad (The Beginning and the Return), Kitab al-Maad (Book of the Return) and the Risalat fil-Nafs (Treatise on the self/soul) are of those books in which he dealt with this issue. Ibn Sina accepts both physical and spiritual resurrections; however, he thinks that only the spiritual one is philosophically supportable. Although he claims in his writings that he accepts the physical resurrection announced by the Prophet, he did not consider it possible to prove this form of resurrection philosophically, and puts forward that reason is more inclined to accept the spiritual one. In Adhawiyya, beyond trying to support spiritual resurrection, he does not even mention that he accepts physical resurrection based on Prophet’s sayings, which is the case in his other works, and states that bodily descriptions of the Hereafter in the religious texts should be interpreted. In consequence, the philosopher’s views pertaining to the Return were criticized by many later thinkers, and even led to his takfir. The article deals with Ibn Sina’s views on the bodily and spiritual Return, as well as the philosopher’s interpretation of the physical descriptions of the Hereafter in religious texts is provided.
Проблема "ма'ад" (воскресения), пусть и под иным названием, всегда была среди широко обсуждаемых философских вопросов, начиная с древнегреческих философов, веривших в бессмертность человеческой души. Воскресение является довольно важным вопросом в религиях, особенно в исламе. Ввиду его философской важности и важности для религии исламские философы уделяли этому вопросу особое внимание. Одним из мыслителей среди исламских философов, размышлявших и написавших много работ на эту тему, был Ибн Сина. Китаб аш-шифа (Книга исцеления), Китаб ан-наджат (Книга освобождения), Даниш-намэ-и-алаи (Книга научного знания), аль-Адхавиййа фи алъ-ма'ад (Освещение), алъ-Мабда ва-ль-ма'ад (Исхождение и возвращение), Китаб алъ-ма'ад (Книга возвращения) и Рисала фи-н-нафс (Трактат о душе) относятся к тем книгам, в которых философ рассматривал этот вопрос. Ибн Сина принимает концепцию как духовного, так и физического воскресения. Однако, по мнению философа, только одна из этих концепций духовное воскресение может быть философски обоснована. Хотя, он утверждает в своих трудах, что принимает физическое воскресение, о котором говорил Пророк, все же он считал невозможным доказать эту форму воскресения философским путем и заявляет, что разум более склонен принимать духовное воскресение. В отличие от других своих работ, в трактате Адхавиййа философ пытался доказать только духовное воскресение и не упоминал о принятии им физического воскресения в соответствии с писаниями, даже заявлял, что сведения об ахирате (жизни после смерти, загробной жизни) в религиозных текстах должны быть подвергнуты "та’вилъ". Вследствие этого взгляды философа, относящиеся к воскресению, подвергались критике со стороны многих более поздних мыслителей и даже привели к его такфиру (обвинение в неверии). В статье рассматриваются взгляды Ибн Сины на физическое и духовное воскресение, а также нашли место мысли философа об описании физической жизни после смерти в религиозных текстах.
Açar sözlər
İbn Sina, Məad, Cismani Məad, Ruhani Məad, Axirət
Ibn Sina, The Return, Bodily Resurrection, Spiritual Resurrection, Hereafter
Ибн Сина, Ма'ад, Физическое Воскресение, Духовное Воскресение, Ахират
Referanslar
- Alper Ömer Mahir. (2010). İbn Sina, Ankara: TDV Yayın Matbaacılık ve Ticaret İşletmesi, (192 s.).
- Arslan Ahmet. (2013). İslam Felsefesi Üzerine. İslanbul: İstanbul Bilgi Üniversitesi Yayınları, (380 s.).
- Dinani İbrahimi. (2012). Məad. Tehran: İntişarate Hekmət, (345 s.).
- Əkbəri Rıza. (2009). “Təsvire zendegiye pəs əz mərg dər fəlsəfəye İbn.
- Sina”, Fəslnameye fəlsəfə və kəlame İslami. Dəftəre 1, payiz və zemestan, (səh. 11-27).
- İbn Sina Hüseyn ibn Abdullah. (1960). əş-Şifa əl-ilahiyyat. I-II. thq. G.C. Anawati, Səid Zayed. Qahirə: Vizarətus-səqafə, (525 s.).
- İbn Sina Hüseyn ibn Abdullah. (2007). hvalun-nəfs. Paris: Dar Biblion, (203 s.).
- İbn Sina Hüseyn ibn Abdullah. (2011). əl- zhəviyyə fil-məad. Felsefe ve Ölüm Ötesi içində, haz. Mahmut Kaya, İstanbul: Klasik Yayınları, (səh. 1-46).
- İbn Sina Hüseyn ibn Abdullah. (1985). Kitabun-nəcat. thq. M. Fəxri. Beyrut: Dar əl-afaq əl-cədid, (344 s.).
- Mütəhhəri Mürtəza. (2010). Məad. Qum: İntişarate Sədra, (232 s.).
- Muslim Sadiq. (2009). İbdaatu Sadruddin əş-Şirazi əl-fəlsəfiyyətu ən-nəfs nəmuzəcən. Dəməşq: Dar neynəva, (225 s.).
- Tusi Xacə Nəsrəddin. (2008). ət-Təzkirətu fi’l-məbdə və’l-mə’ad. şrh. H. Amili. trc. Sadiq Cəfər əş-Şətti. Beyrut: Dar əl-Hadi, (223 s.).