Ахбаризм: умеренные и ярые ахбариты в период сефевидов Əxbarilik: Səfəvilər dövründə mötədil və mütəşəddid (qatı) əxbarilər Akhbarism: Moderate and Extremist Akhbaris During the Safavid Era
Аннотация
Статья написана на основании древних и современных источников. Цель написания статьи заключается в изучении ахбаризма и его некоторых представителей с умеренной и ярой позицией в период государства Сефевидов. Научная новизна при исследовании темы заключается в малом количестве информации. Ахбаризм, являющийся одной из школ мыслей ислама, сформировался в IV веке хиджры - в период великого сокрытия Имама аль-Махди. Пройдя несколько этапов, это направление систематизировалось в X-XI веке хиджры. В связи с тем, что ахбариты придавали особое значение хадисам (ахбарам) их называли «Ахбари». Первыми ахбаритами считаются Шейх Садуг аль-Aввал, Шейх Садух ас-Cани и Шейх Кулейни. Наряду с тем, что они придерживались позиции ахбари и их некоторые мысли отличались, они написали некоторые важные книги-источники шиизма. Спустя некоторые время после первых ахбаритов эта школа мысли ослабла, на ее место пришла полностью противоположная ей школа мысли, называемая «усулизм». Направление усулизм возникло в период власти Сефевидов в Азербайджане и существовало до тех пор, пока не появился Мухаммад Амин аль-Астарабади, систематизировавший ахбаризм и создавший условия для повторного распространения и доминирования этой школы мысли среди ученых. В своем труде «Фаваид аль-Маданийя» он систематизировал ахбаризм. Этот труд стал одной из основных книг ахбаритов. Некоторые ученые, следовавшие мысли ахбари, вновь начавшей доминировать благодаря Астарабади, в отличие от первых ахбаритов придерживались ярой позиции. Между ними и усулитами возникали острые конфликты. Наряду с этим, большинство представителей ахбаризма, вновь систематизированного в период Сефевидов, появившихся после Астарабади следовали умеренному пути. Самыми известными среди них являлись Алламе Мухаммед Багир аль-Маджлиси и Шейх аль-Хурр аль-Амили. В отличие от Астарабади их отношения с учеными-усулитами были не такими суровыми. Несмотря на это, они не переставали критиковать и приводить доводы против ученых-усулитов. После Астарабади не было ученых, попавших под влияние возрожденного им ахбаризма, однако были те, кто попал под влияние его ярой позиции, фанатизма и строгого отношения. Одним из таких лиц является Абдулла ас-Самахиджи, который был более суровым и фанатичным по сравнению с Астарабади. Хурр аль-Амили и Абдулла ас-Самахиджи, являющиеся учеными, обладающими умеренной и строгой позицией, указали различия между усулитами и ахбаритами в своих трудах «Фаваидут-тусия» и «Мунятул-мумарисин».
Məqalə qədim və müasir mənbələrdən istifadə edilərək qələmə alınıb. Məqalənin yazılma məqsədi əxbariliyi və onun Səfəvilər dövləti zamanındakı mötədil və qatı mövqeyə sahib olan nümayəndələrindən bəzilərinin tədqiq edilməsidir. Bu mövzuda məlumatların azlığı mövzunun tədqiqində olan elmi yenilikdir. İslamın düşüncə məktəblərindən biri olan əxbarilik hicrətin IV əsrində – İmam Mehdinin (ə) böyük qeybət dövründə formalaşmış və bir neçə mərhələ keçdikdən sonra, hicrətin X-XI əsrlərində sistemləşmişdir. Əxbarilər daha çox hədisə (əxbara) önəm verdikləri üçün “Əxbari” olaraq adlandırılmışlar. İlk əxbarilər, əsasən, Şeyx Saduq – əl-əvvəl, Şeyx Saduq – əs-sani və Şeyx Küleyni sayılırlar. Onlar əxbari mövqeyinə və bəzi fərqli fikirlərə sahib olmaqla yanaşı, şiənin önəmli mənbə kitablarından bəzilərini qələmə almışlar. İlk əxbarilərdən bir müddət sonra bu düşüncə məktəbi zəifləmiş, beləliklə, yerini “üsulilik” adlandırılan və əxbariliyin tam əksi olan düşüncə məktəbinə vermişdir. Üsuli düşüncə istiqaməti Azərbaycanda Səfəvilər dövləti hakimiyyətdə olduğu dövrdən başlayaraq, Məhəmməd Əmin əl-Əstərabadinin ortaya çıxması, əxbariliyi sistemləşdirərək bu düşüncə məktəbinin yenidən alimlər arasında yayılmasına və hakim olmasına gətirib-çıxarıncayadək davam etmişdir. Əstərabadi “Fəvaidul-mədəniyyə” əsərində əxbariliyi sistemləşdirmişdir. Bu əsər əxbarilərin əsas kitablarından birinə çevrilmişdir. Əstərabadi ilə yenidən hakim olan əxbari düşüncəyə malik alimlərdən bəziləri ilk əxbarilərdən fərqli olaraq qəti mövqe tutmuş və üsuli alimlərlə sərt mübahisələr yaşamışlar. Bununla yanaşı, Səfəvilər dövründə yenidən sistemləşən əxbariliyin Əstərabadidən sonrakı nümayəndələrinin çoxu mötədil yol izləmişdir. Onlardan ən məşhurları isə – Əllamə Məhəmməd Baqir əl-Məclisi və Şeyx əl-Hürr əl-Amili olmuşlar. Əstərabadidən fərqli olaraq bu şəxslərin üsuli-üləma ilə münasibətləri bir qədər yumşaq idi. Bununla yanaşı, üsuli alimlərini tənqid etməkdən və onlara qarşı dəlil gətirməkdən də geri qalmırdılar. Əstərabadidən sonra, onun yenidən dirçəltdiyi əxbarilikdən təsirlənən olmamış, onun qatı mövqeyindən, təəssübkeşliyindən və sərt müamiləsindən təsirlənənlər də olmuşlar. Onlardan biri – Əstərabadidən daha qatı və təəssübkeş olan Abdulla əs-Səmahici olmuşdur. Mötədil və qatı mövqeyə sahib olan əxbari alimlərindən Hürr əl-Amili və Abdullah əs-Səmahici üsulilərlə əxbarilər arasında olan fərqi özlərinin “Fəvaidut-tusiyyə” və “Munyətul-mumarisin” adlı əsərlərində ortaya qoymuşlar.
This article was written using both ancient and modern sources. The goal is to study Akbarism and some of its representatives who held a moderate and extremist position during the Safavid state. The lack of information on this topic is a scientific breakthrough in the field of study. Akhbarism, one of the Islamic schools of thought, was founded in the 4th century of Hijra - during the period of Imam Mahdi’s disappearance, and after several stages, it was systematized in the 10th-11th centuries of Hijra. Akhbaris are referred to as “Akhbari” because they placed greater emphasis on hadith (akhbar). Sheikh Saduq - al-Awwal, Sheikh Saduq - al-Sani, and Sheikh Kulaini are widely regarded as the first akhbaris. They not only had a akhbari position and some dissenting opinions, but they also wrote some of the most important Shia source books. This school of thought weakened after the early akhbaris, giving way to the school of thought called “usulism”, which is the exact opposite of Akhbarism. The usuli direction of thought began during the reign of the Safavid state in Azerbaijan and continued until the appearance of Muhammad Amin al-Astarabadi, who systematized akhbarism, which led to the spread and dominance of this school of thought among scholars. Astrabadi systematized Akhbarism in his work “Fawaid al-Madaniyyah”. This work has since become one of the most important books for akhbaris. Unlike the early akhbaris, some scholars with akhbari thought, which became dominant again with Astrabadi, took a firm stance and engaged in heated debates with usuli scholars. At the same time, after Astrabadi, most of the representatives of Akhbarism, which was resystematized during the Safavid era, took a more moderate path. Allama Muhammad Baqir al- Majlisi and Sheikh al-Hurr al-Amili were two of the most well-known. Unlike Astarabadi, these people had friendly relations with the usuli scholars. However, they did not hesitate to criticize and bring evidence against their usuli scholars. Following Astarabadi, there were those who were not only affected by his reviving akhbarism, but also were those who were affected by his rigid position, bigotry, and harsh treatment. Abdulla al-Samahiji, one of them, was stricter and more bigoted than Astrabadi. Hurr al-Amili and Abdulla al- Samahiji, moderate and extremist akhbari scholars, revealed the difference between usulis and akhbaris in their works “Fawaid al-Tusiyyah” and “Munyat al-Mumarisin”.
Ключевые слова:
Библиографические ссылки
- Algar Hamid. (1998). Hürr el-Amili. TDV İslam Ansiklopedisi, 18, (493-494). Atik Sefa. (2019). Şiilikte klasik bir ayrişma olan Ahbari-Usuli iki alimin tartışmasındaki eleştirel dilin doğası üzerine. Eleştirinin ötekinin dünyasındaki örnekleri (Milletlerarası Tartışmalı İlmi Toplantılar dizisi 26), (541-551).
- əl-Amili Muhəmməd bin əl-Həsən. (h/q. 1423 - 2002). Fəvaidut-Tusiyyə. Qum: Məktəbətul-Məhəllati ikinci nəşr. (562 səhifə).
- əl-Əstərabadi Muhəmməd Əmin. (h/q. 1426 - 2005). əl-Fəvaidul-Mədəniyyə. Qum: Muəssəsətun-Nəşril-İslamiyyə. (592 səhifə).
- əl-Huseyni Seyid Əhməd. (1410 h/q. - 1989/1990). Təlamizətul-Əllamə əl-Məclisi. Qum: Məktəbətu Ayətullah əl-Mərəşi əl-Ammə.
- Əliyev Rafiq. (2007). Ərəbcə-azərbaycanca lüğət. Bakı (2 cilldə): Şərq-Qərb. əl-Musəvi Şirin Hadi Deli. (h/q. 1437 - 2016). əl-Xilaf beynəl-Əxbariyyin vəl-Usuliyyin əl-Əllamə əs-Seyyid əl-Mirza Muhəmməd əl-Əxbari unmuzəcən. Bağdad: Mənşurat darul-huseyn. (300 səhifə).
- əl-Xuşn Huseyn Əhməd. (2009). əl-Hurr əl-Amili Məvsuətu əl-Hədis və əl-Fiqh və əl-Ədəb. Beyrut: Darul-Məlak. (456 səhifə).
- əs-Saduq Əbu Cəfər Muhəmməd. (2017). Etiqadlar (Tərcümə: Hilal Ağamoğlanov). Bakı: Nurlar. (192 səhifə).
- əs-Saduq Əbu Cəfər Muhəmməd. (2021). Tövhid (Tərcümə: Əli Abdullah). Bakı: Nurlar. (712 səhifə).
- əs-Səmahici Abdullah. (2013). İmamiyye Şiasının iki ekolu Ahbariler və Usuliler arasındaki temel farklar. Şirnak Üniversitesi İlahiyat Fakultesi Dergisi (Tərcümə: İbrahim Kutulay), (137-153).
- əş-Şəhristani Muhəmməd bin Abdul-Kərim. (h/q. 1414 - 1993). əl-Miləl vən-Nihəl. Beyrut (3 cilldə): Darul-Mərifə.
- Gümüş Sebahattin. (2020). Sahabeyle İlişlilendirilen Ayetlerin Şii Tefsirindeki Ahbari və Usuli Yorumu. FSM İlmî Araştırmalar İnsan ve Toplum Bilimleri Dergisi (20 cilddə), 299-340.
- İbn Mənzur. (h/q. 1405 - 1984). Lisanul-Ərəb. Qum (15 cilddə): Ədəbul-Hövzə.
- Aqil Şirinov, Əhməd Niyazov, Mübariz Camalov. (2020). İzahlı dini terminlər lüğəti. Azərbaycan İlahiyyat İnstitutu. Bakı: Nurlar. 320 səhifə.
- Kartaloğlu Habib. (2011). İmamiyyede Ahbari-Usuli farklılaşması Şeyh Saduk və Şeyh Müfid örneği (24. sayı, 13.cild). Sakarya Üniversitesi İlahiyat Fakültesi Dergisi (46 sayı, 24 cilddə), (193-216).
- Kutluay İbrahim. (2021). Sistematik Ahbariliğin Kurucusu Emil el-Este-rabadinin el-Fevaidul-Medeniyye Adlı Eserinde İctihad ve Taklid Hakkında Görüşlerin Tahlili. Mizanul-Hak İslami İlimler Dergisi (12 cilddə), (13-40).
- Öz Mustafa. (1999). İbn Babeveyh, Şeyh Saduk. TDV İslam Ansiklopedisi. İstanbul (46 cilddə): Diyanet Vakfı. (345-348).
- Öz Mustafa. (2002). Küleyni. TDV İslam Ansiklopedisi. Ankara (46 cilddə): Diyanet Vakfı. (538-539).
- Öz Mustafa. (2003). Meclisi, Muhammed Bakır. TDV İslam Ansiklopedi-si (46 cilddə). (253-255).
- Quliyev İbrahim. (2013). Hədisşünaslığın Əsasları. Bakı: Elm nəşriyyatı. (686 səhifə).
- Quliyev İbrahim. (2018). Əllamə Məclisi və onun ""Biharul-Ənvar"" əsərinin hədis tarixində yeri. Bakı: Nurlar. (232 səhifə).
- Uyar Mazlum. (2000). İmamiyye Şiasında Düşünce Ekolleri Ahbarilik. İstanbul: Ayışığıkitapları. (400 səhifə).
- Yurdagür Metin. (1988). Ahbariyye. TDV İslam Ansiklopedisi (46 cilddə), (490-491).
- Yurdagür Metin. (1997). Haşeviyye. TDV İslam Ansiklopedisi (46 cilddə), (426-427).
- https://ar.wikipedia.org/wiki/(الإخبارية_(مدرسة. (tarixsiz).
Лицензия
Copyright (c) 2024 Məhəmməd Məmmədov
Это произведение доступно по лицензии Creative Commons «Attribution-NonCommercial» («Атрибуция — Некоммерческое использование») 4.0 Всемирная.