Fəxrəddin Razi və Almalılı Həmdi Yazırın təfsiri əsasında dağlarla əlaqəli ayələrə elmi yanaşma The Scientific Approach to Verses About the Mountains on the Basis of Interpretation of Fakhruddin Razi and Almalily Hamdi Yazir Научный подход к аятам корана по теме гор на основе толкований фахраддина рази и эльмалылы хамди языра
Xülasə
Peyğəmbərlərin Allahdan vəhy alma məkanlarından biri sayılan dağlar səmavi dinlərdə mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. İslam dininin müqəddəs kitabı olan və həyatın bütün sahələrindən bəhs edən QuraniKərimdə də dağların yaradılışı və məqsədi haqqında müəyyən məlumatlar verilmişdir. Təfsirçilər bu yaradılış və onun funksiyası barəsində zamanzaman fərqli fikirlər səsləndirmişlər. Klassik və müasir təfsirçilər arasında bu mövzuda böyük fikir ayrılığı mövcuddur. Fəxrəddin Razi klassik təfsirçilərin görkəmli nümayəndələrindən biri hesab edildiyi kimi, son dövrün böyük təfsirçilərindən biri də Almalılı Həmdi Yazır sayılır. Bu səbəbdən məqaləmizdə dağlarla əlaqəli ayələr çərçivəsində bu iki təfsirçinin fikirlərini müqayisə etməyə çalışdıq. Eyni zamanda, bu iki təfsirçinin görüşlərinin müsbət elmin həqiqətlərinə uyğun olub-olmadığını araşdırdıq. Razinin fikrincə, ehtimal olunur ki, dağlar yer üzünə kənardan gətirilib qoyulmuşdur. Həmçinin dağların olması səbəbindən Yer kürəsi hərəkətsiz dayanmış və beləliklə, ora canlıların yaşaması üçün əlverişli vəziyyətə gəlmişdir. Almalılı isə bu iddianı qəbul etməmiş, dağların müəyyən təbii proses nəticəsində meydana gəldiyini bildirmiş, eyni zamanda, Quran ayələri ilə elm arasında hər hansı bir uyğunsuzluğun olmadığını göstərməyə çalışmışdır. Nəticə etibarilə, Qurani-Kərim ayələrini hər hansı bir dövrdə ortaya çıxan elmi nəzəriyyələrlə təfsir etmək bəzi hallarda təfsirçilərin xətalı fikirlər irəli sürməsinə gətirib çıxara bilər. Həmçinin bu növ təfsir metodunun Quranın ümumbəşəri mesajlarını müəyyən dövrə məxsus etmə təhlükəsi ilə üz-üzə qoyması da mümükündür.
Being considered one of the revelation sites of the Prophets from God, mountains have spiritual significance in divine religions. In the Qur'an, where all aspects of life are mentioned, certain information is given about the creation and designation of mountains. However, interpreters of the Qur'an often expressed different opinions about this creation and its functions. Opinions on this topic between the classical and modern interpreters of the Qur'an are very different. Fakhruddin Razi is considered one of the eminent representatives of classical interpreters of the Qur'an and one of the great interpreters the last period is Elmalily Hamdi Yazir. In this article we tried to compare the thoughts of these two interpreters of the Qur'an within the framework of verses related to the mountains. At the same time, we examined whether the views of these two interpreters of the Qur'an coincide with the realities of science. According to Razi, it is assumed that the mountains were brought in from the outside and were fixed to the surface of the Earth. The Earth is immovable because of the mountains and therefore, it became suitable for the existence of living beings. However, Elmalily did not accept this statement and acknowledged that the mountains were formed as a result of certain natural processes, and tried to show that there are no discrepancies between the verses of the Qur'an and science. As a result, the verses of Koran interpreting according to scientific theories that have emerged at any time in some cases which can lead for erroneous ideas of commentators. It is possible that this kind of interpretation method make the universal messages of the Qur’an relevant for certain periods.
Горы, считающиеся одним из мест получения откровения Пророками от Бога, имеют огромное духовное значение в авраамических религиях. В Коране, являющемся священной книгой исламской религии, и где упоминаются все аспекты жизни, дается определенная информация о создании и назначении гор. Толкователи Корана временами высказывали различные мнения об этом создании и их функциях. Между мнениями классических и современных толкователей Корана на эту тему существуют большие противоречия, разногласия. Фахраддин Рази считается одним из выдающихся представителей классических толкователей Корана, а одним из великих толкователей Корана последнего периода является Эльмалылы Хамди Языр. В этой статье мы попытались сравнить мнения этих двух толкователей Корана в рамках аятов, связанных с горами. В то же время мы исследовали, совпадают ли взгляды этих двух толкователей Корана с реалиями науки. По мнению Рази, предполагается, что горы были доставлены извне и были закреплены на поверхность Земли. А также из-за гор Земля стала неподвижна и поэтому стала пригодной для появления живых существ. Однако Эльмалылы не принял это утверждение и заявил, что горы образовались в результате определенных природных процессов, и попытался показать, что между аятами Корана и наукой не имеются никаких расхождений. Таким образом, интерпретация аятов Корана с научными теориями, которые появляются в любой период времени, может привести в некоторых случаях к ошибочным мнениям толкователей. Также возможно, что этот метод тафсира сталкивается с опасностью принадлежности общечеловеческих посланий Корана к определенному периоду.
Açar sözlər
Quran, Dağ, Razi, Almalılı
Qur`an, Mountain, Razi, Almalily
Коран, Гора, Рази, Эльмалылы
Referanslar
- Beğenç Cahit. (1967). “Anadolu Mitolojisi”. “Milli Eğitim Bakanliği Bilim Eserleri Serisi”. İstanbul.
- Buxari. (1422). Əbu Abdullah Mühəmməd ibn İsmail əl-Cufi, “əl-Səhih”. “Daru təvqin ən-nəcat”. h.
- Can Şefik. (1963). “Klasik Yunan Mitolojisi”. İstanbul: İnkılap ve Aka Kitabevi.
- Cerrahoğlu İsmail. (1996). “Tefsir Tarihi”. Ankara: Fecr Yayınevi.
- Çağatay Neşet. (1971). “İslam Öncesi Arap Tarihi ve Cahiliye Çağı”. “İlahiyat Fakültesi Yayınları”. Ankara.
- Əhmədov Aydın. (2001). “Geofiziki Məlumatlar və Onların İnterpretasiyası”. Bakı: Qanun Nəşriyyatı.
- Harman Ömer Faruk. (1993). “Dağ”, DİA, İstanbul: TDV.
- İbn Kəsir. (1999). Əbül-fida İsmail ibn Ömər “Təfsirul-Quranil-əzim”. “Daru təyyibə”. Riyad.
- Ketin İhsan. (1967). “Umumi Jeoloji (I kısım)”. İstanbul: Ofset Baskı Otelyesi.
- Kərimov Zahid Hacıbala. (2007). “Geodinamika”. Bakı: Elm Nəşriyyatı.
- Kırca Celal. (1981). “Kur’an ve modern ilimler”. İstanbul: Marifet Yayınları.
- Qütb Seyyid. (1991). “Fi zilalil-Quran”. İstanbul: Dünya Yayıncılık.
- Nisaburi Hakim. (1990). “əl-Müstədrək”. “Darul-kutubil-ilmiyyə”. Beyrut.
- Razi Fəxrəddin. (1990). “Məfatihül-qeyb”. “Darul-kutubil-ilmiyyə”. Beyrut.
- Tanyu Hikmet. (1973). “Dinler Tarihi Araştırmaları”. Ankara: Ankara Üniversitesi Basımevi.
- Yazır Elmalılı Hamdi. (1979). “Hak Dini Kuran Dili”. İstanbul: Eser Neşriyat.