e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Din psixologiyası

Uşağın dini inkişafında ailənin rolu The Role of Family in the Development of Child’s Religious Beliefs Роль семьи в религиозном развитии ребенка

Azad Məmmədov Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq ixtisasının magistrantı

Necə istinad edilir

Məmmədov, Azad , Məmmədov, A , , Din Araşdırmaları Jurnalı, Uşağın dini inkişafında ailənin rolu, 2, 3, 2019, 27-38, 2019

Zotero Mendeley EN EndNote

Xülasə

Uşaqlıq dövrü inkişafın sürətli olduğu bir mərhələdir. Digər dövrlərdən fərqli, olaraq uşaqlar daha tez böyüyür və inkişaf edirlər. Bu dövrdə ediləcək erkən müdaxilələr fərdlərin idrak qabiliyyəti, şəxsiyyətləri və ictimai davranışları üzərində ardıcıl təsir göstərir. Yaş mərhələləri içərisində ən önəmli yerə sahib olan bu dövrdə uşağın inkişafı düzgün və uyğun yollarla təmin edilməlidir. Bu baxımdan, uşaqları düzgün tanımaq və dəyərləndirmək önəmlidir. Bu dövrdə inkişafın bütün sahələrinin fərdin gələcək həyatına təsir etdiyi qəbul edilir. Duyğu, düşüncə və davranışlar uşaqlıq dövründə formalaşır. Doğulmasından etibarən fərdin şəxsiyyəti öncə ailə, sonra isə məktəb və ictimai mühitin təsiri ilə formalaşır. Uşaq bu dövrdə çevrəsinin davranışlarını müşahidə edərək, həyatına məna qatmağa çalışmaqdadır. İnsanın şəxsiyyətinin formalaşdığı uşaqlıq dövrü onun dini şəxsiyyətinin də formalaşmasında böyük önəmə sahibdir. Uşaqda potensial olaraq dini inanc və duyğu hissləri vardır. Yetkinlik dövründəki dini təcrübə uşaqlıq mərhələlərində atılan təməllərə əsaslanır. Bu müddət ərzində uşaq üzərində ən təsirli rola malik ana və atalar onlar üçün bir örnək modeldir. Uşağın fitrətən inkişafa açıq olan dini inanc və duyğularının valideyn tərəfindən düzgün istiqamətləndirilməsi, onun gələcək həyatında dini idrak və dinə münasibətinə mühüm təsir göstərən amillərdəndir. Bu araşdırmanın təməl məqsədi uşaqların dini inanclarının inkişafında valideynlərin dini təlqin və davranışlarının rolunu ortaya qoymaqdır.
Childhood is a period of rapid development. Unlike other stages, children grow and develop more rapidly. Early directions and assistance during this period can have a lasting impact on individuals’ cognitive abilities, personality and social behavior. This is the most important stage where the development of a child should be controlled in a true and appropriate way. From this point of view, it is important to recognize and value children properly. It is generally accepted that all areas of development affect the individual’s future life. Emotions, thoughts, and behaviors are formed in childhood. Since the day they have been born, the personality of individuals is formed first by the influence of their family and further school as well as the social environment. During this time individuals are trying to make sense of their life by observing the behavior in their environment. Being a major period for an individual’s personality development, childhood plays an important role in the formation of one’s religious identity. The child is a potential believer who has feelings and believes naturally. The religious experience of adulthood is based on its childhood foundations. During this time, mothers and fathers who have the significant influence on children are their role models. Proper parenting of the child's religious beliefs and emotions, which are open to development, is one of the important factors that influences his religious cognition and attitude to religion in his future life. The main purpose of this study is to reveal the role of parents’ religious instruction and behavior in the development of children’s religious beliefs.
Период детства это быстрый период развития. В отличие от других периодов, дети растут и развиваются быстрее. Ранние вмешательства, которые должны быть предприняты в течении этого периода, оказывают длительное влияние на познавательные способности индивидов, личностей и их социальное поведение. Среди возрастных групп самое важное место в этом периоде занимает обеспечение развития ребёнка правильными и соответствующими путями. С этой точки зрения важно правильно распознавать и оценивать детей. Общепринято, что в этом периоде все сферы развития оказывают влияние на будущую жизнь человека. Эмоции, мышления и поведения формируются в периоде детства. С момента рождения личность индивида формируется под влиянием сначала семьи, а затем школы и социальной среды. Ребёнок пытается осмыслить свою жизнь, наблюдая за поведением своего окружения в этот период. Период детства, в который формируется личность человека, также имеет большое значение в формировании его религиозной личности. У ребёнка потенциально имеется религиозная вера и чувства. Религиозный опыт в подростковом возрасте основан на заложенном фундаменте в периоде детства. Имеющие в течении этого времени самую влиятельную роль на ребёнка мать и отец являются для них образцовыми моделями. Правильно направленная родителями открытая для развития ребенка религиозная вера и эмоции влияют на религиозные представления и религиозные отношения в его бyдущей жизни. Основная цель данного исследования раскрыть роль религиозных мотивов и поведения родителей в религиозном развитии детей в детстве.

Açar sözlər

Uşaqlıq Dövrü, Ailə, Dini Duyğu, Dini Təsəvvür, Davranış, Dini İnac, İnkişaf Mərhələləri
Childhood, Family, Religious Feelings, Religious Imagination Behavior, Religious Beliefs, Stages Of Development
Период Детства, Семья, Религиозное Чувство, Религиозное Представление, Поведение, Религиозная Вера, Этапы Развития

Referanslar

  • Warren Robert Baller and Don C.Charles. (1961). The Psychology of Human Growth and Development. New York.
  • Alfred Bandura. (1991). Social Cognitive Theory of Moral Thought and Action. New Jersey.
  • Hayati Hökelekli. (1993). Din Psikolojisi. Türkiye Diyanet Vakfı yayınları. Ankara.
  • Mehmet Emin Ay. (1979). “Aile Ortamında Yerine Getirilen İbadetlerin Çocuk Üzerindeki Etkisi”, Din Eğitimi Araştırmaları Dergisi, Sayı: 1.
  • Jersild A. Günçe G (Çev). (1979). “Çocuk Psikolojisi”, Ankara: Ankara Üniversitesi Edebiyat Fakültesi Yayınları No79.
  • Öztürk O. (1990). Ruh Sağlığı ve Bozuklukları. İstanbul: Evrim Yayınevi. Ziyalar A. (1999). Sosyal Psikiyatri. İstanbul: Yüce Yayınevi.
  • Yavuz K. (1983). Çocukta Dini Duygu ve Düşüncenin Gelişmesi.
  • Ankara: Diyanet İşleri Başkanlığı Yayınları.
  • Pıaget J. (1971). Psychologie der Intellingenz. Walter Werlog: Olten und Freiburg Br.
  • Egemen. (1952). Din Psikolojisi. Ankara: TTK Basımevi.
  • Öcal. (2013). Din Eğitimi ve Öğretiminde Metotlar. Diyanet Vakfı Yayınları, 9. Baskı.
  • Tarhan. (1959). “İnanç Psikolojisi Ruh, Beyin ve Akıl Üçgeninde İnsanoğlu” Nurettin Topçu. Değerler Psikolojisi. İstanbul: Kurtuluş Matbaası. N.İbrahim Özgür. (1979). Çocuk Psikolojisi. İstanbul.
  • Buxari Cənaiz 80, 92, 93.
  • Müslim Qədər 22, 23.
  • Hayrani Altıntaş. (1981). Çocukluk Devresinde Ailede Din Eğitimi. Ankara: T.İ.D.E.S.İ.
  • Hüseyin Peker. (1998). Din ve Ahlak Eğitimi Psikolojik ve Metodik Esaslar. Samsun: Aksiseda Matbaası.
  • Hüseyin P. (2008). Din psikolojisi. İstanbul: Çamlıca Yay.
  • R.Şahinkaya. (1979). Psikososyal yönleriyle Aile. Ankara: Kardeş Basımevi.
  • Uğurel-Şemin R. (1979). Ruh Sağlığı. İstanbul: Nazım Terzioğlu Mate-matik Araştırma Enstitüsü Baskısı.
  • Warren Robert Baller and Don C.Charles. (1961). The Psychology of Human Growth and Development. New York.
  • Şemin R. (1971). Çocuk ve Gençlik Psikolojisi. İstanbul: İ.Ü. Edebiyat Fakültesi. Yay.

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri