e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Din sosiologiyası

Sosioloji baxımdan din Religion From A Sociological Point of View Pелигия с социологической точки зрения

Elnarə Orucova Azərbaycan İlahiyyat İnstitutunun magistrantı

Necə istinad edilir

Orucova, Elnarə , Orucova, E , , Din Araşdırmaları Jurnalı, Sosioloji baxımdan din, 5, 8, 2022, 7-18, 2022

Zotero Mendeley EN EndNote

Xülasə

Bu məqalədə din və onun əhəmiyyəti, eyni zamanda, dinin cəmiyyətdəki təzahür formaları nəzəriyyələr və praktiki əsaslarla araşdırılmışdır. Din və onun təzahür formaları din sosiologiyasının aktual mövzusudur və bu istiqamətdə bir çox əsərlər meydana gəlmişdir. Bizim bu mövzuya toxunmağımızda məqsəd sosioloji baxımdan dini təhlil edərək, onun cəmiyyətdəki rolunu və ya funksiyasını aşkar etməkdir.
Məqalənin ilkin mərhələsində din anlayışı, dinin meydana gəlməsi və əhəmiyyəti ilə bağlı mövzulara toxunulmuşdur. Bu çərçivədə qeyd olunur ki, cəmiyyət üzvlərinin bir-birinə bağlanmalarında bir çox amil mühüm rol oynayır və bu faktorlar arasında din bağı önəmli yer tutur. Din həyatın hər bir sahəsində, o cümlədən mədəni, siyasi, sosial, iqtisadi və digər sahələrdə təzahür etməkdədir. Din öz mənsublarını bir araya gətirərək, dindar cəmiyyəti yaradır. Dindar cəmiyyət dedikdə, dinə bağlı olan və dinin tələblərini yerinə yetirən qruplar nəzərdə tutulur. Sonrakı mərhələdə isə dinin insan həyatındakı funksiyası nəzərdən keçirilmişdir. Bu isə üç istiqamətdə – mədəniyyət olaraq din, kimlik olaraq din, ibadət olaraq din kimi təhlil edilmişdir. Beləliklə, aydın olur ki, din insan mövcud olan zamandan var olmuş və öz varlığını bugünümüzə qədər davam etdirməkdədir. Dini düşüncə və yaşayışda mühüm fərqliliklər meydana gəlsə də, bu fərqliliklər zərurətdən doğan fərqliliklərdir, yəni digər fenomenlər kimi din də yeniliyə açıq olan bir fenomendir.
This article examines religion and its harms, as well as the manifestations of religion in society on a theoretical and practical basis. Religion and its manifestations are a topical issue in the sociology of religion, and many works have been published on this topic. Our goal in solving this problem is to reveal its sociological role or function in terms of sociological and religious analysis.
The article discusses the initial concept, religious events, and potential threats. In this context, it is noted that many factors play an important role in the coexistence of human organs, and the religious bond is one of these factors. Religion is present in all aspects of life, including cultural, political, social, economic, and other aspects. Religion brings its members together to form a religious community. When we say believers, we mean groups who adhere to religious rules. In the latter case, the function of religion on man is controlled. Religion is valued in three ways: as culture, as identity, and as a form of worship. Religion has clearly existed since the beginning of time and continues to exist today, despite significant differences in religious thought and life. These distinctions are the result of necessity; religion, like other events, is open to innovation.
В данной статье рассматривается религия и ее значение, а также формы проявления религии в обществе на теоретической и практической основе. Религия и формы ее проявления являются актуальным вопросом социологии религии, и на эту тему появилось множество работ. Цель нашего подхода к этой теме заключается в раскрытии роли или функции религии в обществе, анализируя ее с социологической точки зрения.
На начальном этапе статьи затронуты темы, связанные с понятием религия, ее возникновением и значением. В этом контексте отмечается, что многие факторы играют важную роль в объединении членов общества, и среди этих факторов важное место занимает религиозная связь. Религия проявляется во всех сферах жизни, включая культурную, политическую, социальную, экономическую и другие сферы. Религия создает религиозное общество, объединяя своих членов. Религиозное общество – это группа людей, которые привержены религии и следуют ее требованиям. На следующем этапе рассматривается функция религии в жизни человека. Это анализируется в трех направлениях: религия как культура, религия как идентичность и религия как поклонение. Таким образом, ясно, что религия существовала со времен существования человечества и продолжает существовать по сей день. Несмотря на возникновение важных различий в религиозном мышлении и жизни, они обусловлены необходимостью, то есть религия, как и другие феномены, открыта для нововведений.

Açar sözlər

Din, Cəmiyyət, Mədəniyyət, İbadət, Kimlik, Dəyər
Religion, Society, Culture, Worship, İdentity, Value
Религия, Общество, Культура, Поклонение, Иден-Тичность, Ценность

Referanslar

  • Asar Muhammet Ali. (2020). “İbadet Ahlak İlişkisi: Hadisler Bağlamında
  • Bir İnceleme”. İhya Uluslararası İslam Araştırmaları Dergisi 6 / 1, (297- 314).
  • Coşkun Ali. (2014). “Din ve Kimlik”. İlahiyat Fakültesi Dergisi 0 / 24, (5-23) Çertel Hüseyin. (1999). “Dini Heyatta İbadetin Yeri ve Önemi”. Dini Araştırmalar Dergisi 1 / 4, (209-22).
  • Ertit Volkan. (2020). Sekülerleşme Teorisi. Ankara: Liberte Yayınları.
  • Giddens Anthony. (2008). Sosyoloji. İstanbul: Kırmızı Yayınları.
  • Günay Ünver. (2003). Din Sosyolojisi. İstanbul: İnsan Yayınları. Qənbərov Asəf. (2018). Din Sosiologiyası. Bakı: Turna Printing, Publishing, Packaging.
  • Solmaz Bünyamin. (1996). “Dinin Toplum ve Kültür Üzerine Etkileri”. İlahiyat Fakültesi Dergisi 6 / 6, (125-145).
  • Tanrıverdi Hasan. (2018). “Din-kültür İlişkisi Üzerine Bir Değerlendir-me”. Ordu Üniversitesi Sosyal Bilimlər Araştırmaları Dergisi 8 / 3, (595-601)
  • Turkkan Zeynep. (2011). “Kimliğin Oluşumunda ve Korunmasında Dinin Rolü”. Ankara Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Felsefe ve Din Bilim-leri Ana Bilim Dalı (Neşr Olunmamış Maqistr Tezi) Ankara.

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri