Müəllif bələdçisi
Din Araşdırmaları Jurnalı
Təsisçisi Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi olan, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası (AAK) tərəfindən elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmiş “Elmi Məcmuə”nin 2004-cü ildən fasiləsiz olaraq ildə 2 dəfə, ümumilikdə, 29 sayı nəşr olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, BDU İlahiyyat fakültəsinin bazasında Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yaradıldı. Sözügedən məcmuə Azərbaycan İlahiyyat İnstitutu tərəfindən Din Araşdırmaları Jurnalı adı altında nəşr olunmağa davam etdi. Hər iki jurnalın redaksiya heyətində beynəlxalq nüfuzlu alimlər yer alıb. Din Araşdırmaları Jurnalı 2018-ci ilin dekabr ayından etibarən çap olunur, 2020-ci ildən isə Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib. Jurnal 2023-cü ildən etibarən elektron formada məqalə qəbuluna başlayıb.
Din Araşdırmaları Jurnalında dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən tədqiq olunduğu məqalələrin qəbulu aparılır.
Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc edərək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir. Din Araşdırmaları Jurnalı qeyd edilən yöndə araşdırma aparan alimlər, ilahiyyatçılar, dinşünaslar, filosoflar, o cümlədən bu sahəyə marağı olan tələbələr, oxucular və qurumlar üçün nəzərdə tutulub.
Aİİ-nin Din Araşdırmaları Jurnalı Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə ildə iki dəfə nəşr olunur və yayımlanır.
Jurnalda dərc olunan məqalələrin müəllif hüquqları yalnız yazı müəllifinə aiddir. Elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Məqaləsi nəşr olunan hər bir müəllif jurnalın çap nüsxəsindən hər hansı ödəniş etmədən redaksiyadan əldə edə bilər. Jurnalda dərc olunacaq hər məqalə üçün DOI (Digital Object Identifier) təsisçi tərəfindən təmin ediləcək.
Jurnala orijinal, əvvəllər heç bir yerdə dərc olunmamış və ya nəşr olunmaq üçün təqdim edilməmiş məqalələr qəbul edilir.
Jurnala elmi dərəcəsi olan xarici ölkə və yerli alimlərin, o cümlədən doktorantların, həmçinin magistrantların məqalələri qəbul edilir.
Müəlliflərin vəzifələri
Müəllif araşdırma və nəşr qaydalarına riayət etməlidir.
Müəllif eyni məqaləni birdən çox yerdə dərc etməyə təşəbbüs göstərməməlidir.
Müəllif məqalənin yazılması zamanı istifadə etdiyi əsərləri yazının ədəbiyyat siyahısında və istinadlarda qeyd etməli, qarşı tərəfin müəlliflik hüququnu qorumalıdır.
Ümumi qaydalar
Əvvəllər hər hansı bir mənbədə dərc olunmamış və dəyərləndirmədə olmayan məqalə dərc olunmaq üçün jurnala göndərilə bilər.
Müəllif məqaləsini göndərmək üçün Din Araşdırmaları Jurnalının saytında qeydiyyatdan keçərək, şəxsi kabinet yaratmalıdır. Məqalələr yalnız sayt üzərindən qəbul edilir.
Məqalələr plagiatla bağlı müvafiq elmi tədqiqat bazalarında yoxlanılır. Uyğunluq göstəricisi isə 15 %-dən yüksək olan məqalələr qəbul edilmir.
Məqalədə iqtibas, istinad və ədəbiyyat siyahısı yazının ümumi həcminin 30 faizindən çox olmamalıdır.
Göndərilən məqalə redaktor tərəfindən qəbul edilir və anonimlik qorunaraq baş redaktora yönləndirilir. Baş redaktor məqalənin dəyərləndirilməsi üçün müvafiq iki rəyçini müəyyənləşdirir.
Redaktor tərəfindən anonimlik qorunaraq, məqalə hər iki rəyçiyə yönləndirilir.
Rəyçilərin hər ikisindən müsbət cavab gəldiyi təqdirdə, məqalə redaktə olunması üçün ədəbi redaktorlara göndərilir. Əgər rəyçilərdən biri mənfi rəy verərsə, o zaman üçüncü rəyçi təyin olunur.
Məqalədə hər hansı düzəlişə ehtiyac olarsa, düzəldilməsi üçün müəllifə göndərilir, müəllif düzəlişlərini fərqli rənglərdə qeyd edərək geri göndərir.
Rəyçilər tərəfindən dərc edilməsi təsdiq olunan və ədəbi redaktorlar tərəfindən yoxlanılan məqalələr baş redaktor tərəfindən təsdiqlənərək çapa göndərilir.
İlk dəyərləndirmə (hər iki rəyçi): 10 gün
Üçüncü rəyçinin dəyərləndirməsi: 10 gün
Məqalənin düzəliş olunması: 10 gün
Ədəbi redaktor yoxlanışı (hər məqalə üçün): – 3 gün
Məqalə göndərmək üçün tələb olunan qaydalar:
- Məqalənin mətni “A4” formatında, “Arial” 12 şriftlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə, 1 intervalla, 1 nüsxədə olmalıdır.
- Məqalənin ümumi həcmi 5000-9000 sözdən ibarət olmalıdır.
- Hər bir məqalədə UOT (Universal Onluq Təsnifatı) indekslər və ya PACS (Picture Archiving and Communication) tipli kodlar göstərilə bilər. Kodlar məqalə başlığından yuxarıda, səhifənin solunda yuxarıda qeyd olunmalıdır.
- Təqdim olunan araşdırmanın əvvəlində məqalənin adından sonra müəllifin adı, elmi dərəcəsi və ya elmi adı, işlədiyi (təmsil etdiyi) müəssisə, vəzifəsi, şəhər və ölkə, elektron poçt ünvanı və ORCID-kod göstərilməlidir.
- Daha sonra məqalə yazılan dildə xülasə yazılmalı və açar sözlər qeyd edilməlidir. Xülasələrin həcminin 200-250, açar sözlərin isə 5-8 sözdən ibarət olması tələb edilir. Açar sözlər ümumidən-xüsusiyə doğru sıralanmalı, ilk açar söz məqalənin aid olduğu elm sahəsinin adı olmalıdır.
- Xülasə və açar sözlər, ən azı, 3 (üç) dildə (məqalənin yazıldığı dil, rus və ingilis dilində) verilməlidir. Hər bir xülasədə məqalənin və müəllifin adı, elmi dərəcəsi və ya elmi adı, işlədiyi (təmsil etdiyi) müəssisə. vəzifəsi, şəhər və ölkə, elektronpoçt ünvanı və ORCID-kod tam göstərilməlidir. Məqalənin yazıldığı dildə, həmçinin digər dillərdə olan xülasə və açar sözlər girişdən əvvəl yerləşdirilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və yazının məzmununa uyğun gəlməlidir. Müəllifin gəldiyi elmi nəticə, işin yeniliyi, əhəmiyyəti və s. xülasədə yığcam şəkildə qeyd olunmalıdır.
- Daha sonra giriş, ən azı, 2 (iki) yarımbaşlıq, nəticə və ədəbiyyat siyahısı olmalıdır.
- Mövzu ilə bağlı son 10 ilin də elmi mənbələrinə istinadlar vacibdir.
- Ədəbiyyat siyahısında olan digər dillərdəki adlar transliterasiya olunaraq yazılmalıdır.
İstinadın verilmə qaydaları:
- Əsas qayda olaraq məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizə içərisində müəllifin soyadı, nəşr ili və səhifənin nömrəsi ardıcıl verilməlidir. Nümunə: (Bünyadov, 2007, 17-21).
- Əgər istinad bir neçə əsərə aiddirsə, məlumatlar nöqtəli vergüllə (;) bir-birindən ayrılır. Nümunə: (Bünyadov, 2007, 17-21; Yolçuyev, 2000, 45).
- İstinadda kitabların cild nömrəsini göstərmək üçün cild və səhifə nömrəsi maili xətlə (/) bir-birindən ayrılır. Cild nömrəsi rum rəqəmi ilə (II, III) qeyd edilir. Nümunə: (Bünyadov, 2007, II/34-35).
- Əgər tarixi bilinməyən əsərdirsə, “tarixsiz” yazılır. Nümunə: (Bünyadov, tarixsiz, 17-21).
- Müəllifi göstərilməyən əsərdirsə, əsərin adı, nəşr ili və səhifə yazılır. Nümunə: (Azərbaycan folkloru, 2008, 34-37).
- Əgər əsərin ikidən çox müəllifi varsa, ilk iki müəllifin soyadı yazıldıqdan sonra “və b.” (müəllifin soyadı “və b.” vergül işarəsi ilə ayrılır) yazılmalıdır. Nümunə: (Bünyadov, Yolçuyev, və b., 2007, 11-23).
- Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, bu halda (Bünyadov, 2007 (1), 31-36) və ya (Bünyadov, 2007 (2), 42-55) kimi qeyd olunur.
- Çoxcildli nəşrlərə istinad olunarsa: Nümunə: (Azərbaycan Milli Ensiklopediyası, 2018, 78).
- Jurnal məqalələri və konfrans materiallarına istinad olunarsa, soyad, il, səhifə. Nümunə: ( Rüstəmov, 2005, 67).
Məqalənin ikidən artıq müəllifi varsa: Nümunə: (Rüstəmov, Yolçuyev və.b., 2005, 67).
10. Müdafiə (magistr, doktorantura, dissertantura və sair) işlərinə istinad olunarsa, müəllifin soyadı, il qeyd olunur. Nümunə: (Məmmədov, 2022).
11. Normativ-hüquqi sənədlərə istinad olunarsa, rəsmi sənədin adı, nəşr ili. Nümunə: (Azərbaycan Respublikasının Konstitusiyası, 2002).
- Qəzet məqalələrinə istinad olunarsa, müəllifin soyadı, il. Nümunə: (Abdullayev, 9 noyabr 2019).
13. Arxiv sənədlərinə istinad olunarsa, sənədin yerləşdiyi müəssisənin adı, fondun nömrəsi, siyahının nömrəsi, işin nömrəsi, səhifə. Nümunə: (ADTA, Fond №31, Siyahı №1, İş №46, s. 6-8).
14. İnternet resurslarından götürülmüş məqalə, araşdırma: link.
15. Qurani-Kərim məalından istinad edilərkən: mətniçi ayələrdən istinad edilərsə, məal dırnaqda, kursivlə yazılır. İstinadda qeyd edilərkən, surə adları “əl-” artikli ilə nəşr ilindən sonra dırnaqda verilməlidir. Nümunə: (Qurani-Kərim məalı, 2009, “əl-Bəqərə”, 2/12).
16. Müqəddəs kitablardan istinad olunarkən; Nümunə: (Müqəddəs Kitab, Yaradılış, 1:12); (Müqəddəs Kitab, Elçilər, 12:10-12); (Tövrat, Çıxış, 5:22).
17. Hədis kitablarından istinad verilərkən, müəllifin adı, bölmənin adı, hədisin nömrəsi. Nümunə: (Buxari, Mənaqib, 24).
18. Əlyazma əsərlərə istinad olunarsa, müəllifin soyadı, il, səhifə. Nümunə: (Şirvani, 1025/1616, 5-17).
Ədəbiyyat siyahısının yazılma qaydaları
Ədəbiyyat siyahısında göstərilən hər bir istinad haqqında məlumat beynəlxalq elmi-tədqiqat üsuluna və AAK-ın tələblərinə uyğun olaraq, aşağıdakı qaydalarda verilməlidir.
- Müəllif (soyadı, inisialları). Nəşr ili. Əsərin adı. Şəhər: nəşriyyatın adı. (Həcmi).
Nümunə 1: İsmayılov, G. (2014). Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz. Bakı: Nurlar NPM. (240 s.).
Nümunə 2: Nagiev, T.M. (2007). Coherent Synchronized Oxidation reactions by Hydrogen Peroxide. Amsterdam: Elsevier. (340 p.).
- Müəllifi göstərilməyən nəşrlərə istinad olunarsa: Əsərin adı. (Nəşr ili). Redaktor, tərtib edəni (inisiallar, soyadı). Şəhər: nəşriyyat. (Həcmi).
Nümunə: Azərbaycan folkloru: (məktəblilər üçün seçmələr). (2005). tərt. ed.: B.Abdulla. Bakı: Şərq-Qərb. (360 s.).
- Əgər istinad olunan əsərin ikidən artıq müəllifi varsa: İlk iki müəllifin soyadı və inisialları və b. (Nəşr ili). Əsərin adı. Nəşr yeri: nəşriyyatın adı. (Həcmi).
Nümunə: Paşayev, A.M., Quliyev, H.İ. və b. (2007). Atmosfer proseslərinin fiziki əsasları. / Dərslik. Bakı: Nafta-Press. (416 s.).
- Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa: Müəllif (soyadı və inisialları). Nəşr ili göstərildikdən sonra, mötərizə içərisində bir və ya iki rəqəmləri nömrələnir. Nəşr ili ilə rəqəmlər maili xətlə (/) ayrılır.
Nümunə: İsmayılov, G. (2014/2). Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz. Bakı: Nurlar NPM. (240 s.).
- Çoxcildli nəşrlərə istinad olunarsa: Müəllif (soyadı və inisialları). Nəşr ili. Əsərin adı. Cildlərin sayı/cild. Şəhər: nəşriyyatın adı. (Həcmi).
Nümunə 1: Əliyev H.Ə. (2013). Müstəqilliyimiz əbədidir. 8 cilddə / c. 5. Bakı: Azərnəşr. (384 s.).
Nümunə 2: Əsərin adı. (Nəşr ili). / Red. hey. və b. Şəhər: nəşriyyat. Cildin nömrəsi. (Həcmi).
- Azərbaycan Milli Ensiklopediyası. (2018). Red. hey. sədri İ.H.Əliyev. Bakı: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi. c. 8: Enollar – Fedin. (598 s.).
- Jurnal məqalələrinə istinad olunarsa: Müəllif (soyadı, inisialları). Nəşr ili. Əsərin adı // Şəhər: jurnalın adı, cildin nömrəsi, jurnalın nömrəsi, (səhifə).
Nümunə 1: Həbibbəyli İ.Ə. (2018). Maarifçilik və realizm // Bakı: Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Humanitar elmlər seriyası, №1, (s. 3-10).
Nümunə 2: Rüstəmov Q.Ə., Yolçuyev, İ.A. və.b. (2005). Vibrasiyalı kəsmə prosesində müqavimət momenti dəyişməsinin tədqiqi // Bakı: Milli Aviasiya Akademiyasının Elmi Əsərləri, №1, (s. 80-86).
- Konfrans materiallarına istinad olunarsa: Müəllif (soyadı, inisialları). Nəşr ili. Məruzənin adı // Konfransın adı, tarixi. Şəhər: nəşriyyatın adı. (səhifə).
Nümunə: Абдуллаев, С.К., Карамалиев, Н.Р. (2006). Весовые оценки сингулярных, слабо сингулярных интегралов, максимальных и дробно максимальных функций, ассоциированных обобщенным сдвигом // Труды IV Международного симпозиума «Ряды Фурье и их приложения». 28 мая – 3 июня 2006 г. Ростов-на-Дону: (с. 44-52).
- Müdafiə (magistr, doktorantura, dissertantura və sair) işlərinə istinad olunarsa: Müəllifin (soyadı və inisialları). İl. Müdafiə işinin adı / iddia olunan elm sahəsi göstərilməklə elmi dərəcə. Şəhər. (Həcmi).
Nümunə 1: Qüdrət, N.C. (2022). Yeniyetmələrdə dini biliklərin aşılanması. Bakı. (79 s.).
Nümunə 2: Səmədov, S.Y. (1997). Hədislər konseptində Hz. Peyğəmbərin bədəviləri İslam toplumu ilə bütünləşdirmə siyasəti. / fəlsəfə üzrə fəlsəfə doktoru. Türkiyə. (132 s.).
- Normativ-hüquqi sənədlərə və statistikaya istinad olunarsa: Rəsmi sənədin adı. (Nəşr ili). // qəbul edilməsi və dəyişikliklər haqqında məlumat. Şəhər: nəşriyyat. (Həcmi).
Nümunə 1: Azərbaycan Respublikasının Konstitusiyası. (2002). // 12 noyabr 1995-ci ildə qəbul edilmişdir (24 avqust 2002-ci il tarixdə olan dəyişiklik və əlavələr). Bakı: Qanun. (48 s.).
Nümunə 2: Международная конвенция об охране нематериального культурного наследия. (2011). // Организация Объединенных Наций по вопросам образования, науки и культуры. Париж: ЮНЕСКО. VII, (103 с.).
11. Qəzet məqalələrinə istinad olunarsa: Müəllif (soyadı, inisialları). (Nəşr ili, tarixi.). Məqalənin adı // nəşrin adı. (səhifə).
Nümunə: Abdullayev, F. (9 noyabr, 2019). Azərbaycanı Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir // Respublika. (s. 2).
12. Arxiv sənədlərinə istinad edilərsə: Sənədin adı // arxivin adı, fondun nömrəsi, siyahının nömrəsi, işin nömrəsi, vərəqlərin sayı.
Nümunə: Ümummilli Lider Heydər Əliyevin məruzəsi (9 dekabr 1998-ci il) // Azərbaycan Respublikası Dövlət Arxivi, Fond №1031, Siyahı №1, İş № 46, vərəq-1.
13. İnternet resurslarından götürülmüş məqalə, araşdırmaya istinad olunarsa: Müəllifin adı və soyadı. (Nəşr ili, tarixi). Məqalənin adı. Keçid üçün link.
Nümunə: Qüdrət Nəbiyev. (21.22.2022). “Milli kimlik və din”. (https://ait.edu.az/az/tedqiqat/elmi-jurnal/).
- Əgər əsər tərcümədirsə: Müəllifin (soyadı və inisialları). Nəşr ili. Kitabın adı. Tərcümə edənin adı və soyadı. Şəhər: nəşriyyatın adı. (Həcmi).
Nümunə: Abdullah Kahraman. (2022). “Fiqh üsulu”. Tərc. ed.: Hilal Ağayev. Bakı: Nurlar. (356 s.).
- Qurani-Kərim Məalından istinad edilərkən: Adı. (Nəşr ili). Tərc. ed. adı və soyadı. Şəhər: nəşriyyatın adı.
Nümunə: Qurani-Kərim Məalı. (1990). Tərc. Ed. Vasim Məmmədəliyev. Bakı: Nurlar. III nəşr.
Əgər tərcüməçi bir neçə nəfərdirsə: İlk tərcüməçinin adı və soyadından sonra “və b.” yazılır.
Nümunə: Qurani-Kərim Məalı. (1990). Tərc. Vasim Məmmədəliyev və b. Bakı: Nurlar. III nəşr.
- Müqəddəs kitablardan istinad olunarsa: Müqəddəs kitabın adı. (Nəşr ili). Tərc. ed. adı və soyadı. Şəhər: nəşriyyatın adı. (Həcmi).
Nümunə: Tövrat. (1998). Tərc. ed. Etimad Başkeçid. Bakı: Mütərcim. (s. 567).
17. Hədis kitablarından istinad olunarsa: Müəllifin adı. (Nəşr ili (hicri/miladi). Tərc ed. Cild. Şəhər: nəşriyyatın adı. (Həcmi).
Nümunə: Buxari. (1423/1997). Tərc. ed. Muhəmməd Muhsin Xan. II c. Beyrut: Dar əl-Fikir. I nəşr. (973 səh.)
- Əlyazma əsərlərə istinad olunarsa, müəllifin soyadı və adı. (İl). Əlyazmanın adı. Kitabxananın yerləşdiyi şəhər: Kitabxananın adı, saxlanma yeri, qeydiyyat nömrəsi, həcmi.
Nümunə: Məhəmməd Əmin ibn Sədrəddin Şirvani. (1025/1616). Fəvaidül-xaqaniyyə. Bakı: Azərbaycan Milli Kitabxanası, ANL Nadir kitablar və kitabxana muzeyi şöbəsi, B8-10, 3 qutuda 183 v.