e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Ümumi qaydalar

Ümumi qaydalar

Müəllif məqaləsini göndərmək üçün “Din araşdırmaları” jurnalının saytında  qeydiyyatdan keçərək, şəxsi kabinet yaratmalıdır.  Məqalələr yalnız sayt üzərindən qəbul edilir.

Əvvəllər hər hansı bir mənbədə dərc olunmamış və dəyərləndirmədə olmayan məqalə dərc olunmaq üçün jurnala göndərilə bilər.

Xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.

Açar sözlərin 5-8 sözdən ibarət olması tələb edilir. Açar sözlər ümumidən-xüsusiyə doğru sıralanmalı, ilk açar söz məqalənin aid olduğu elm sahəsinin adı olmalıdır.

Jurnalımız göndərilən bütün məqalələri plagiatın qarşısını almaq üçün Turnitin proqramı ilə yoxlayır. Jurnalımıza göndərilən məqalələrdə oxşarlıq faizi maksimum 15% olmalıdır.

Məqalədə iqtibas, istinad və ədəbiyyat siyahısı yazının ümumi həcminin 30 faizindən çox olmamalıdır.

Göndərilən məqalə redaktor tərəfindən qəbul edilir və anonimlik qorunaraq baş redaktora yönləndirilir. Baş  redaktor məqalənin dəyərləndirilməsi üçün müvafiq iki rəyçini müəyyənləşdirir.

Məqalə redaktor tərəfindən müəllif göstərilmədən, iki tərəfli kor rəyçilik çərçivəsində ən azı iki rəyçiyə göndərilir.

Rəyçilərin hər ikisindən müsbət cavab gəldiyi təqdirdə, məqalə redaktə olunması üçün ədəbi redaktorlara göndərilir. Əgər rəyçilərdən biri mənfi rəy verərsə, o zaman üçüncü rəyçi təyin olunur.

Məqalədə hər hansı düzəlişə ehtiyac olarsa,  düzəldilməsi üçün müəllifə  göndərilir, müəllif düzəlişlərini fərqli rənglərdə qeyd edərək geri göndərir.

Rəyçilər tərəfindən dərc edilməsi təsdiq olunan və ədəbi redaktorlar tərəfindən yoxlanılan məqalələr baş redaktor tərəfindən təsdiqlənərək çapa göndərilir.

Məqalənin dəyərləndirilməsi müddətində rəyçilərin, ədəbi redaktorların və müəlliflərin aşağıdakı qeyd olunanları nəzərə almaları tələb olunur. 

İlk dəyərləndirmə (hər iki rəyçi): 10 gün

Üçüncü rəyçinin dəyərləndirməsi: 10 gün

Məqalənin düzəliş olunması: 10 gün

Ədəbi redaktor yoxlanışı (hər məqalə üçün): – 3 gün