e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Qacar İranında din, siyasət və maarifçilik: Mirzə Mülküm xan nümunəsi Religion, Politics and Enlightenment in Qajar Iran: An Example of Mirza Malkum Khan Религия, политика и просвещение в гаджарском иране: пример мирзы мулькум-хана

Əli Fərhadov Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi

Necə istinad edilir

Zotero Mendeley EN EndNote

Xülasə

Məqalədə Qacarlar dövrü İranının dini, siyasi, maarifçilik durumu Mirzə Mülküm xanın yaradıcılığı əsasında tədqiq, təqdim və təhlil olunub. XIX-XX əsrlərdə yaşamış Qacarlar dövlətinin ictimai-siyasi xadimi Mirzə Mülküm xanın maarifçilik fəaliyyəti mövcud mənbə və ədəbiyyatlar sayəsində müasir Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq kompleks şəkildə araşdırılır. Qacarlar dövrünün ən məşhur ziyalılarından biri Mirzə Mülküm xan olub. Müsəlman xalqlarının maariflənməsi yolunda fəaliyyət göstərən Mirzə Mülküm xanın yaradıcılığı M.F.Axundzadə, C.Məmmədquluzadə, C.Əfqani, S.H.Tağızadə kimi azərbaycanlı ziyalılar tərəfindən təqdir edilmişdir. Mirzə Mülküm xanın fikirləri məşrutə dövrünün Cənubi Azərbaycandan olan ziyalılarına böyük təsir göstərmişdir. İranda məşrutə inqilabının qələbə çalmasında Mirzə Mülküm xanın ideyaları dayaq rolu oynamışdır. “Molla Nəsrəddin” jurnalında Mirzə Mülküm xanın demokratik ideyaları təbliğ edilirdi. Şahlıq rejiminə və xurafatçı ruhanilərə qarşı demokratik ideyaları müdafiə edən Mirzə Mülküm xan ərəb əlifbasının islahatını, din xadimlərinin nüfuzunun azaldılmasını, feodalların zülmünə son qoyulmasını, parlamentarizm və demokratik quruluşun bərpasını istəyirdi. O, müsəlmanların elmi, ictimai-siyasi inkişafı üçün demokratik Avropa qanunlarının İranda tətbiqini zəruri sayırdı. Mirzə Mülküm xanın Londonda çap etdirdiyi “Qanun” qəzeti İrandakı feodalizm rejimini ciddi tənqid edirdi və bu səbəbdən, İrana gətirilməsi qadağan idi. Xurafatçı ruhanilərə və şahlıq rejiminə qarşı mübarizə aparan Mirzə Mülküm xanın əsərlərinin tədqiqi XIX və XX əsrin əvvəlləri İran və Yaxın Şərq tarixinin öyrənilməsi baxımından və mütəfəkkirin Azərbaycanla əlaqəsini tədqiq etmək üçün xeyli əhəmiyyətə malikdir. Məqalədə bu məsələlər təqdim edilib.
The article discusses, presents and analyzes the religious, political and educational situation of Iran in the Qajar period based on the works of Mirza Malkum Khan. The educational activities of Mirza Malkum Khan, a sociopolitical figure in the Qajar state, who lived in the 19th and early 20th centuries, are first studied in a complex way thanks to available sources and literature. One of the most famous intellectuals of the Qajar period was Mirza Malkum Khan. Enlightening Muslim peoples, Mirza Malkum Khan’s oeuvre was highly appreciated by Azerbaijani intellectuals such as M.F.Akhundzade, J.Mammadguluzade, J.Afgani, and S.Kh. Taghizade. Mirza Malkum Khan’s thoughts had a great influence on the intellectuals from the constitutional period of South Azerbaijan. The ideas of Mirza Malkum Khan played a supporting role in the victory of the constitutional revolution in Iran. The journal of Molla Nasraddin promoted the democratic ideas of Mirza Malkum Khan. Defending democratic ideas against the monarchy and superstitious clergy, Mirza Malkum Khan wanted to reform the Arabic alphabet, reduce the prestige of the clergy, put an end to the oppression of the feudal lords, restore parliamentarism and democratic order. He considered the application of democratic European laws in Iran necessary for the scientific, socio-political development of Muslims. The Kanun newspaper published in London by Mirza Malkum Khan, sharply criticized the feudal regime in Iran and was therefore banned from dissemination in Iran. Studying Mirza Malkum Khan’s works is of great importance from the aspect of studying the history of Iran and the Middle East in the 19th early 20th centuries and the relationship of the thinker with Azerbaijan. The article discusses these questions.
В статье рассматривается и анализируется религиозно-политическая и просветительская ситуация в Иране в гаджарский период на основе произведений Мирзы Мулькум-хана. Просветительная деятельность Мирзы Мулькум-хана, общественно-политического деятеля гаджарского государства, жившего в XIX начале XX века, впервые изучается подробно благодаря имеющимся источникам и литературе. Он был одним из самых известных интеллектуалов гаджарского периода. Творчество Мирзы Мулькум-хана, работавшего во имя просвещения мусульманских народов, высоко оценили такие азербайджанские интеллектуальные деятели и просветители, как М.Ф.Ахундзаде, Дж.Мамедгулузаде, Дж.Афгани, С.Х.Тагизаде. Мысли Мирзы Мулькум-хана оказали большое влияние на интеллектуалов конституционного периода из Южного Азербайджана. Идеи Мирзы Мулькум-хана сыграли свою роль в победе конституционной революции в Иране. Журнал «Молла Насреддин» пропагандировал демократические идеи Мирзы Мулькум-хана. Отстаивая демократические идеи, направленные против монархии и суеверного духовенства, Мирза Мулькум-хан хотел реформировать арабский алфавит, снизить престиж духовенства, положить конец притеснению простых людей феодалами, установить парламентаризм и демократический порядок. Он считал применение демократических европейских законов в Иране необходимым для научного, социально-политического развития мусульман. Газета «Канун» Мирзы Мулькум-хана, публиковавшаяся в Лондоне, подвергала резкой критике феодальный режим в Иране и поэтому была запрещена к ввозу в Иран. Изучение творчества Мирзы Мулькум-хана, боровшегося с монархией и реакционным суеверным духовенством, имеет большое значение с точки зрения изучения истории Ирана и Ближнего Востока в XIX начале XX веков и взаимоотношений мыслителя с Азербайджаном. В статье рассмотрены эти вопросы.

Açar sözlər

İran, Mirzə Mülküm Xan, Din, Siyasət, Maarifçilik
Iran, Mirza Malkum Khan, The Religion, Politics, Enlightenment
Иран, Мирза Мулькум-хан, Религия, Политика, Просвещение

Referanslar

  • Axundzadə M.F. (2005). Əsərləri. Üç cilddə. II cild. Tərtib edən: H.Məmmədzadə. Bakı: Şərq-Qərb, (376 s.).
  • Alam Tabriz A. (2004). Aydınların, dini liderler ve esnafın İranın yakın dönem toplumsal hareketlerindeki ve devrimlerindeki rollerinin incelenmesi. Ankara: Ankara Üniversitesi, (256 s.).
  • Algar H. (1989). Ahundzade Mirza Feth Ali // TDV İslam Ansiklopedisi, II cild, İstanbul, (s.186-190).
  • Algar H. (1973). Mirza Malkum Khan. A Biographical Study in Iranian Modernism. California: University Press of California, (337 p).
  • Algar H. (2005). Mirza Melkum han // TDV İslam Ansiklopedisi, XXX cild, İstanbul, (s.164-166).
  • Algar H. (1980). Religion and the State in Iran, 1785–1906: The Role of the Ulama in the Qajar Period. California: University of California Press, (286 p).
  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. (2008). Red: Anar və b. Bakı: Şərq-Qərb, (320 s.).
  • Devebakan M. (2008). İranın modernleşme ve meşrutiyete geçiş sürecin- de önemli bir aktör: Mirza Malkum Han (1833–1908). Tokat: Gaziosmanpaşa Üniversitesi, (135 s.).
  • Əkinçi. (2005). 1875-1877. Tam mətni. Transliterasiya: T.Həsənzadə. Bakı: Avrasiya, (496 s.).
  • Həsənzadə T. (2007). XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ictimai-siyasi xadimlər (Mehdi Bamdadın “Tarixi-ricali-İran” əsəri əsasında). Bakı: Nurlan, (319 səh.).
  • Hüseynzadə Ə. (2008). Seçilmiş əsərləri. II cild. Bakı: Çaşıoğlu, (579 s.).
  • İmamoğlu O. (2019). Mirza Malkum hanın risalelerinde İran modernleşmesi. Van: Van Yüzüncü Yıl Üniversitesi, (105 s.).
  • Karadeniz Y. (2011). İran Batılılaşma Hareketinde Mirza Malkum Han’ın Rolü (1833-1908) // SDÜ Fen Edebiyat Fakültesi Sosyal Bilimler Dergisi, Sayı: 23, (s.103-111).
  • Kəsrəvi Ə. (2003). İranın məşrutə inqilabının tarixi. I cild. Tərc: A.Ə.Haşimi (Cavanşir). Essen, (528 s.).
  • Kəsrəvi Ə. (1343). Tarixe-məşruteye-İran. Tehran: Müəssəseye-intişarate- Əmir Kəbir, (906 s.).
  • Kurtuluş R. (2016). Ahter // TDV İslam Ansiklopedisi, Ek-1-ci cild, İstanbul, (s. 56-57).
  • Kurtuluş R. (2012). Tütün // TDV İslam Ansiklopedisi. 42-ci cild. İstanbul, (s. 4-5). Məmmədquluzadə C. (2004). Əsərləri. II cild. Bakı: Öndər nəşr., (584 s.).
  • Məmmədquluzadə C. (2004). Əsərləri. IV cild. Bakı: Öndər nəşr., (472 s.).
  • Şəfiyeva Ə. (2009). S.H.Tağızadənin elmi-pedaqoji fəaliyyəti // Tarix və onun problemləri, №3, (s.182-185).
  • Tərbiyət M. (1314). Danişməndane-Azərbaycan. Tehran, (414 s.).
  • Tərbiyət M. (2012). Danişməndani-Azərbaycan. Bakı: Elm və təhsil, (129 s.).
  • Uyar M. (2008). İranda modernleşme ve din adamları. İstanbul, Emre yay., (336 s.).
  • Рзаев А. (1989). Мухаммед Али Мирза Казем-Бек. Москва: Наука, (199 с.).