e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Cənub bölgəsinin tanınmış din xadimləri Outstanding Religious Figures of the Southern Region (Xix-xx Centuries) Выдающиеся религиозные деятели южного региона (xix-xx вв.)

Samid Quliyev Qafqaz Müsəlmanları İdarəsi, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı

Necə istinad edilir

Quliyev, Samid , Quliyev, S , , Din Araşdırmaları Jurnalı, Cənub bölgəsinin tanınmış din xadimləri, 2, 3, 2019, 213-232, 2019

Zotero Mendeley EN EndNote

Xülasə

İslam dininin təşəkkül tapdığı gündən dövrümüzədək Azərbaycanın görkəmli zəka sahibləri İslam elminin inkşaf etməsində müstəsna xidmət göstərmişlər. Tarixi mənbələrdə deyildiyi kimi, uzun illər alimlər fətvalarını Bakıdan, Naxçıvandan, Ərdəbildən, Lənkərandan, Gəncədən, İrəvandan və onlarla bu kimi şəhərlərdən müsəlmanlara çatdırmışlar. Belə tanınmış alimlər haqqında ayrı-ayrı kitablarda məlumatlar verilsə də, onların heç də hamısı barədə geniş elmi araşdırmalar aparılmamışdır. Hazırda İraqın Nəcəf, İranın Qum və Məşhəd şəhərlərində Azərbaycandan olan çoxlu din alimlərinin məzarları vardır. Əfsuslar olsun, bu cür böyük alimlərin adları kitablara düşməmişdir. Azərbaycanda Sovet hökumətinin qurulması və hakim olan siyasət nəticəsində ruhanilər doğma vətənindən didərgin düşmüş, öz adlarını dəyişərək qürbət ölkələrdə nəzərdən yayınmış, bəziləri isə kommunist hakimiyyətinin istəyi ilə məxfi şəkildə qətlə yetirilmişlər. Cənub zonası, öz növbəsində, Azərbaycan ruhaniliyinə daim töhfəsini vermişdir. Həqiqi islami dəyərlərlə yaşayan din xadimlərimiz təkcə İslam dəyərlərini xalqa çatdırmamış, həmçinin təhsil mərkəzlərində dünyəvi elmləri də tədris etmiş, elmi əsərlər yazmış, lazım olduğu təqdirdə, əhalini düşmənə qarşı vuruşmağa səfərbər etmiş və özləri də ön cərgələrdə düşmənə sinə gərmişlər. Vətənimizin bütün bölgələrindən olan insanlar elm və mədəniyyətimizin inkişafında öz xidmətlərini göstərmişlər. Cənub bölgəsinin dini tarixi araşdırılarkən məlum olur ki, sözügedən bölgənin sakinləri daha çox dini mədəniy-yətə öz töhfələrini vermişlər. Buna görə də məqalədə Cənub bölgəsində XIXXX əsrlərdə yaşamış ruhanilər və din xadimləri haqqında tədqiqat aparılmışdır. Tədqiqat zamanı arxiv sənədlərə, əlyazma mənbələrinə və xalqın yaddaşına daha çox istinad edilmişdir.
Since the advent of Islam, prominent scholars of Azerbaijan contributed to the development of Islamic sciences with their exceptional services. As stated in historical sources, scholars announced their fatwa (law, legal opinion) to Muslims from Baku, Nakhchivan, Ardabil, Lenkaran, Ganja, Yerevan and dozens of other cities. Although separate books contain information about these scholars, substantial researches about them have not been carried out. The graves of many religious figures from Azerbaijan are currently located in the city of Najaf (Iraq), Qum and Mashhad (Iran). Unfortunately, the names of such great scholars are not mentioned in the books. As a result of the establishment of the Soviet government and dominant policy in Azerbaijan, many religious figures fled from their homeland, changed their names to avoid exile, and some were secretly killed at the request of the communist government. The southern zone, in turn, has always contributed to the development of clergy and spiritual environment in Azerbaijan. Living with true Islamic values, our religious figures passed them on to people, taught secular science in educational centers apart from Islamic sciences, wrote scientific works, mobilized the population to fight the enemy when necessary and fought on the front lines themselves. People from all regions of the country rendered their services in the development of science and culture. Studying the religious history of the southern region, it becomes clear that the inhabitants of this region have made a greater contribution to our religious culture. Therefore, the article discusses spiritual people and religious figures who lived in the southern region in the 19th and 20th centuries. During the study, archival documents, manuscript sources and people's memoirs have been used.
Со дня зарождения исламской религии и по сегодняшний день выдающиеся ученые деятели Азербайджана имели исключительные за-слуги в развитии исламской науки. Как и говорится в исторических источниках, в течение многих лет ученые, передавали свою фетву мусульманам из Баку, Нахчивана, Ардебиля, Лянькарана, Гянджи, Ере-вана и десятков других городов. Хотя сведения о таких выдающихся ученых даются в отдельных книгах, широкие научные исследования на всех из них не проводились. В настоящее время в городе Наджафе (Ирак), Кум и Мешхеде (Иран) находятся могилы многих религиозных деятелей из Азербайджана. К сожалению, имена таких великих ученых не были отмечены в произведениях. В результате установления совет-ского правительства и доминирующей политики в Азербайджане духов-ные деятели были депортированы из своей родины, многие поменяли свои имена для того, чтобы скрыться от изгнания, а некоторые были тайно убиты по требованию коммунистического правительства. Южная зона, в свою очередь, всегда вносила свой вклад в духов-ность Азербайджана. Наши религиозные деятели, которые живут с истинными исламскими ценностями, не только передавали их людям, они также преподавали светскую науку в образовательных центрах, писали научные произведения, в случае необходимости мобилизовывали население для борьбы с противником, сами также стояли на первых рядах фронта. Люди из всех регионов нашей страны оказали свои услуги в раз-витии науки и культуры. При изучении религиозной истории южного региона становится ясно, что жители этого региона внесли больший вклад в нашу религиозную культуру. Поэтому в статье рассматриваются духовные люди и религиозные деятели, которые жили в южном регионе в 19 и 20 веках. Во время исследования использовались архивные документы, источники рукописей и память народа.

Açar sözlər

Azərbaycan Ruhaniliyi, İslam İlahiyyatı, Cənub Bölgəsi
Azerbaijani Clergy, Islamic Theology, Southern Region
Азербайджанская Духовность, Исламское Богословие, Южный Регион

Referanslar

  • Abbasov Yaqub. (2008/1). İslam alimləri. 2 cilddə. II c. Bakı.
  • Abbasov Yaqub. (2010/2). Şeyx Məhəmməd Axund. Bakı.
  • İsmayıllı Elşən. (2019). Lənkəran qəzasının maarifçi din alimləri. Bakı.
  • Kərimli Əhmədağa. (2000). Lənkərandan olan ziyalılar. Bakı.
  • Quliyev Samid. (2014/1). İmam Axund. Məşəl jurnalı. 4-cü say.
  • Quliyev Samid. (2014/2). İslamda orta yol sahibləri. Haqqın nuru qəzeti. 25 aprel-01 may.
  • Quliyev Samid. Vəliyev Etibar. (2018/3). Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları. Bakı.
  • Mövlayi Adil. (2013). Qafqazda elm dünyasının ulduzları. Bakı.
  • Şükürlü İdris. (2013). Şeyx Qələm Axund. Bakı.
  • Talışlı Mirhaşım, Əhədov Etibar. (2017). Lənkəran ensiklopedik məlumat. Bakı.