e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

XX əsrdə Müsəlman dünyasında həmrəylik modeli axtarışları: panərəbizmdən İslam həmrəyliyinədək Searches of Solidarity Model in the 20th Century Muslim World: From Pan-arabism to Islamic Solidarity Поиск модели солидарности в мусульманском мире в двадцатом веке: от панарабизма к исламской солидарности

f.f.d. Elvüsal Məmmədov Azərbaycan İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının müəllimi, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi

DOI

10.30546/mz63vz14

Necə istinad edilir

Məmmədov, Elvüsal , Məmmədov, E , , Din Araşdırmaları Jurnalı, XX əsrdə Müsəlman dünyasında həmrəylik modeli axtarışları: panərəbizmdən İslam həmrəyliyinədək, 2, 2, 2019, 257-270, https://doi.org/10.30546/mz63vz14, 2019

Zotero Mendeley EN EndNote

Xülasə

            Məqalədə XX əsr ərzində Müsəlman dünyasını məşğul etmiş həmrəylik və formaları problemi tədqiq olunur. Göstərilir ki, birləşmə və həmrəylik çağırışları yeknəsəq olmamış, bu və ya digər siyasi hadisənin təsiri ilə fərqli məzmun kəsb etmişdir. Belə ki, başlanğıcda həmrəyliyin əsas ideoloji platforması olaraq millətçilik panərəbizm seçilmiş, 1950-1970-ci illərdə bu ideologiya sosializm ideyaları ilə çulğalaşmışdır. Həm daxili, həm də xarici səbəblərdən həmrəyliyin millətçi forması müvəffəqiyyətsizliyə uğramış, yerini başqa ideoloji baza axtarışına vermişdir.


            1970-ci illərdən etibarən, din həmrəylik çağırışlarında əsas müraciət olunan konsepsiya halına gəlmiş, ilk mərhələdə millətçiliklə birlikdə addımlamış, nəhayət, nasirçiliyin iflasından sonra millətçi ideyalardan sıyrılaraq təkbaşına həmrəylik formalaşdırmaq iddiası ilə çıxış etmişdir. Nəticə etibarilə XX əsrin 70-ci illərindən başlayaraq, xüsusən ərəb ölkələrində qeyri-dini ideologiyaların millətçilik və sosializmin ərəbləri birləşdirmədə, Fələstin münaqişəsinin həllində iflasa uğramasından sonra, İslam həmrəyliyi aktuallıq kəsb etmişdir. Birgə fəaliyyətin zəruriliyini dərk edən hökumət dairələri yeni əsasa söykənəcək birlik və həmrəylik forması haqqında düşünmüş, ideoloji bazasını İslamın əmələ gətirdiyi həmrəylik modelini işləyib-hazırlamışlar. Tarixi təcrübənin diktəsi və qeyri-islam ideyalarının vəhdəti təmin etmədə qənaətbəxş olmaması İslamın ərəb-müsəlman ölkələrinin növbəti mərhələdəki həmrəyliyində əsas rol oynamasına səbəb oldu.


            Müəllif qeyd etmişdir ki, İslam həmrəyliyi ideoloji baza olaraq islam nöqteyi-nəzəri, ümmət və qardaşlıq konsepsiyalarına söykənir, nəzəri olmayıb, həm də müxtəlif illərdə yaradılmış ayrı-ayrı qurumlarda öz əməli təsdiqini tapmışdır.

          The article examines the problem of solidarity and its forms which intrigued the Muslim world in the 20th century. It emphasizes that solidarity challenges were not repetitious and monotonous, on the contrary, they possessed different content under the influence of certain political events. Initially, nationalism and pan-Arabism was chosen as the major ideologicalplatform for solidarity, however, in 1950-1970 it was gradually eroded by theideas of socialism. The nationalist solidarity failed both for internal and externalreasons and gave its place to the searches for another ideological base.


             From 1970s, religion became a fundamental point for solidarity challenges, advanced together with nationalism initially and appeared with the ideas of establishing solidarity drifting from nationalism after its collapse. Consequently, Islamic solidarity became topical since the 70s of the 20th century, especially after the failure of non-religious ideologies such asnationalism and socialism in the solution of the Palestinian conflict. Understanding the necessity for united activity, the government circles were concerned with a new model of solidarity and developed a solidarity model based on Islam. Historical experiences and the failure of non religious ideologies in the unification process caused Islam to play a dominant role in the solidarity of Arab-Muslim countries for the next stage.


               According to the author, based on the concepts of ummah and fraternity, Islamic solidarity is not theoretical and found its practicality in the activities of separate institutions established in different years.

               В статье рассматривается проблема солидарности и ее форм, которые захватили мусульманский мир в двадцатом веке. Показано, что призывы слияний и солидарности не имели единогласия и имеют разное содержание с влиянием того или иного политического события. Первоначально национализм панарабизм был выбран в качестве основной идеологической платформы солидарности, в 1950-х и 1970-х эта идеология была разрушена идеями социализма. Националистическая форма солидарности, как внутренняя, так и внешняя, потерпела неудачу и стали искать другую идеологическую базу.


           С 1970-х годов религия стала основным ориентиром для призывов к солидарности и, в вначале была вместе с национализмом и, наконец, выдвинула националистические идеи для формирования солидарности отказавшись от идей национализма. В результате исламская солидарность стала актуальной с 70-х годов двадцатого века, особенно после объединения не религиозных идеологий, таких как национализм и социализм, в арабском мире и провал решения палестинского конфликта. Понимая необходимость совместных действий, правительственные круги разработали модель солидарности ислама, основанную на единстве и солидарности, основанную на новом фундаменте. Диктатура исторического опыта и отсутствие согласованности не исламских идей заставили Ислам играть ключевую роль в солидарности арабо-мусульманских стран на следующем этапе.                Автор указал, что исламская солидарность основана на идеологических основах исламской мысли, сообщества и братства, а не теоретически, и нашла свою практичность в отдельных институтах, созданных в разные годы.

Açar sözlər

Həmrəylik, İslam, panərəbizm, İslam həmrəyliyi , ərəb millətçiliyi, sosializm
Solidarity, Islam, pan-Arabism, Islamic solidarity, Arab nationalism, socialism
Солидарность, ислам, панарабизм, исламская солидарность, арабский национализми социализм

Referanslar

Lisenziya

Müəllif hüququ (c) 2019 f.f.d. Elvüsal Məmmədov
Creative Commons License

Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri