e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Azərbaycanlı hədisşünas Bərdici və onun “Tabakat əl-Əsma əl-Müfrədə” əsərinin hədis ədəbiyyatındakı yeri The Place of Al-bardiji the Azerbaijani Hadithscholar and His Work Tabaqat Al-asma Al-mufradain Hadith Sciences Азербайджанский хадисовед Бардиджи и место его работы, так называемая “Табакат аль-Асма аль-Муфрада” в литературе хадисоведения

f.f.d. Rüfət Şirinov Gəncliyə Yardım Fondu Təhsil şöbəsinin müdiri

DOI

10.30546/q0y2qs25

Necə istinad edilir

Şirinov, Rüfət , Şirinov, R , , Din Araşdırmaları Jurnalı, Azərbaycanlı hədisşünas Bərdici və onun “Tabakat əl-Əsma əl-Müfrədə” əsərinin hədis ədəbiyyatındakı yeri, 2, 2, 2019, 85-96, https://doi.org/10.30546/q0y2qs25, 2019

Zotero Mendeley EN EndNote

Xülasə

Azərbaycanlı hədis alimi Əhməd ibn Harun əl-Bərdici hicri üçüncü əsrdə yaşamış görkəmli İslam alimlərindən biridir. O, Azərbaycanın elm və ticarət mərkəzlərindən sayılan Bərdic bölgəsində gözlərini dünyaya açmışdır. Yaşadığı dövrdəki bəzi şərtlər qarşısında Bağdada köçmək məcburiyyətində qalmışdır. Elmi yaradıcılığına Bağdadda davam edərək, oranın məşhur alimlərindən dərs almışdır. İslam alimləri də Bərdicini ümumiyyətlə təqdir edərək tərifləmiş, onun barəsində “hafiz, imam, səbt, sika, cəlil və hədis elminin dirəyi” kimi ifadələr işlətmişlər. Bərdicinin yaşadığı dövrdə İslam elmləri çox inkişaf etmişvə İslam ədəbiyyatına dəyər qatan bir çox əsər qələmə alınmışdır. Əl-Bərdici hədis ədəbiyyatının rical sahəsində yazıb-yaratmışdır. Bu dövr hədis ədəbiyyatında məşhur olan “kütüb əs-sittə” əsərlərinin yazıldığı bir dövrdür. Əhəmiyyətinə görə də sözügedən dövr “Qızıl çağ” olaraq adlandırılmışdır. Onu da qeydedək ki, cərh və tədil (ravi tənqidi) sahəsində ən dəyərli əsərlər bu dövrdə qələmə alınmışdır. Əl-Bərdicinin, xüsusilə Hədis elminin rical sahəsi ilə əlaqəliəsərləri məşhurdur. Bu sahədə qələmə aldığı “Tabakat əl-Əsma əl-Müfrədə”adlı əsəri hədis ravilərindən “müfrəd”, yəni eyni adda başqa ravi olmayan ravilər haqqında bəhs edən dəyərli bir tədqiqatdır. Əsərdə 125 ravi ismi incələnmişdir. Bunlardan bəziləri sonrakı dövrdə yaşayan alimlər tərəfindən tənqid edilsə də, bu səpkidə ilk çalışma olması və sonrakı çalışmalar üçün cığır açması baxımından çox dəyərlidir.

He was born in Bardij, one of the centers of science and trade in Azerbaijan. He was forced to relocate to Baghdad due to certain circumstances of the period he lived. He continued his scholarly activity in Baghdad and was the student of famous local scholars. The Islamic Scholars spoke highly of him with the names hafiz, imam, sabt, sika, al-jalil and pillar of the hadith studies. During the period of Bardiji, Islamic stuides were developed and many works that add value to Islamic literature were created. He was involved in ilm al-Rijaal of hadith literature. This is the period when kutub al-sittah works were created. The period is also regarded as the Golden Age. It is also worth mentioning that the most valuable works in the field of jarh and ta’dil (science of criticism and praise) were written during this period. Al-Bardiji’s works related to the rijaal area of the hadithscience are well-known. Tabaqat al-Asma al-Mufrada by Bardiji is a valuable study dealing with single narrators of the hadith science, namely about thenarrators whose names were not mentioned more than once ever in the hadith literature. Some of them were criticized by scholars living in later years, nevertheless aforementioned work is very valuable in terms of being initial work of that style and in the terms of paving the way for subsequent studies.

Азербайджанский мухаддис Ахмед ибн Харун аль-Бардиджи один из выдающихся исламских ученых третьего века хиджры. Он появился на свет Бардиджском районе, который считался одним из центров науки и торговли в Азербайджане. В связи с некоторыми обстоятельствами он был вынужден переехать в Багдад. Он продолжил свою научнуое творчество в Багдаде и учился у известных местных ученых. Исламские ученые также восхваляли его и называли его “хафиз, имам, сабт, сика, ал-джалил и опора хадисоведения”. В тот период, когда жил Бардиджи были очень развиты исламские науки, и было создано множество произведений, которые обогатили исламскую литературу. Он писал в сфере хадисоведения под названием “риджал”.  Этот период является периодом, в который были написаны такие знаменитые произведения в литературе хадисоведения как “аль-кутуб ас-ситта”. Из-за своей важности этотпериод времени также был назван “Золотым веком”. Следует также отметить, что самые ценные произведения в сфере “джарх” и “тадиль”(равви тангиди). Хорошо известны произведения Аль-Бардиджи, в особенности произведения, относящиеся к области риджала науки хадисоведения. Его книга в этой сфере “Табакат аль-Асма аль-Муфрада”, представляет собой ценное исследование, в котором повествуется о передатчиках хадисов “муфрад”, то есть о других одноименных передатчиках, которые не являются передатчиками. В его работе были отмечены имена 125  передатчиков. Несмотря на то, что некоторые из них были раскритикованы учеными, жившими в более поздний период, тем не менее выше упомянутая работа очень ценна так как она является одной из первых работ в этом стиле и открыла путь для последующих работ.

Açar sözlər

Azərbaycan, əl-Bərdici, hədis, rical
Azerbaijan, al-Berdîcî (al-Bardiji), hadith, rical (rijaal)
Азербайджан, аль-Бардиджи, хадис, риджал

Referanslar

  • Bağdadi, Əbu Bəkr Əhməd b. Əli əl-Xətib, (tarixsiz). “Tarixu Bağdad”, I-XIV, Bağdad.
  • Barthold, (1978). “Bərzaa”, Ankara: İA.
  • Bərdici, Əhməd b. Harun b. Rəvh, (1987). “Təbəqatül-əsmai’l-müfrədə”, Dəməşq: thq. SəkinəŞihabi.
  • Brokelman, Carl, (1403/1983), “Tarixul-ədəbil-Ərəb”, tərc. Əbdülhəlim ən-Nəccar, I-IV, Qahirə.
  • Çakan, İsmail Lütfi, (1991). “Berdici”, İstanbul: DİA.
  • Eren Mehmet, (2001). “Hadis ilmində rical bilgisi ve kaynakları”, Konya.
  • Ənsari, Əbu Məhəmməd, (1412/1996). “Təbəqatül-mühəddisinə bi İsbəhan”, təhq. Əbdülqafur Əbdülhaqq Hüseyn əl-Bəlüşi, I-IV, Beyrut.
  • İbn Əsakir, Əbul-Qasım, (2001). “Fəharisu Tarixu mədinəti Dimaşq”, Beyrut.
  • İbn İmad, Əhməd b. Məhəmməd, (1408/1988). “Şəzəratüz-zəhəb fi əxbari mən zəhəb”, I-X, Beyrut.
  • İbn Makulə, Əli b. Hibbətullah, (1386/1966)“əl-İkmal fi rafil-irtiyab ənil-mutəlif vəl- muxtəlif fil-əsmai vəl-kuna vəl-ənsab”, I-VII, Beyrut.
  • İsmaili, Əbu Bəkr Əhməd b. İsmayıl, (1410). “əl-Mücəmuş-şuyux Ebi Bəkr İsmaili”, thq. Ziyad b. Məhəmməd Mənsur, I-III, Mədinə.
  • İsmayıl Paşa, Babanzadəəl-Bağdadi, (1951-1955). “Hədiyətül-arifin əsmail-müəllifin və asaru- müsənnifin”, I-II, Ankara.
  • İstaxri, Əbu İshaq, (1967). “Məsalik əl-məmalik”, Leiden.
  • İşbili, Əbu Bəkr Məhəmməd b. Xeyr, (1893) “Fəhrəsə”, Səraksə..
  • Kandemir, “Hadis”, (1991). DİA.
  • Koçyiğit, Talat, (1977). “Hadis Tarihi", Ankara.
  • Mahmudov Malik, (1978). “Ərəbcə yazmışədib vəşairlər (VII-XII əsrlər)”, Bakı: Elm nəşriyyatı.
  • Nisaburi, Əhməd b. Məhəmməd, (tarixsiz), “Tarixu Nisabur”, Tahran.
  • Sezgin, Fuad, (1397/1977). “Tarixut-turasi-Ərəbiyyə”, thq. Mahmud Fehmi Hicazi, I-II, Qahirə.
  • Səfədi, Səlahəddin b. Xəlil, (1974). “Kitabul-vafi bil-vəfəyat”, (thq. H. Ritter-Sven), Wiesbaden.
  • Sıddıki, Məhəmməd Zübeyir, (1966). “Hadis Ədəbiyyatı Tarihi” (tərc. Ziya Kavakçı), İstanbul.
  • Suyuti, Əli b. Əbdülkafi Təqiyyuddin, (1983). “Təbəqatül-hüffaz”, Beyrut.
  • Sübki, Əli ibn Əbdülkafi, (1965). “Təbəqəəş-Şafiyyəəl-Kübra”, Beyrut.
  • Yaqut, Abdullah əl-Həməvi, “Mucəmül-buldan”, I-V, Beyrut trs.
  • Zəhəbi (1), Şəmsəddin Məhəmməd b. Əhməd, (1985). “Siyəru alamin-nübəla”, təhq. Şuayb əl-Arnavud, I-XXIII, Beyrut.
  • Zəhəbi (2), Şəmsəddin Məhəmməd b. Əhməd, (1955), “Təzkirətül-hüffaz”,I-IV, Heydərabad.

Lisenziya

Müəllif hüququ (c) 2019 f.f.d. Rüfət Şirinov
Creative Commons License

Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri