e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Məqalələr

Bəktaşilikdə Quran təsəvvürü Quran in Bektashi Order Представление о коране в бекташи

Emin Orucov AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun dissertantı 0000-0002-0583-5053

Necə istinad edilir?

Orucov, Emin , Orucov, E , , Din Araşdırmaları Jurnalı, Bəktaşilikdə Quran təsəvvürü, 6, 10, 2023, 183-196, 2023

Zotero Mendeley EN EndNote

Xülasə

Məqalədə varlığın, insanın və yaradılışın batini yönünə, dərin qatlarına istiqamətlənən, bəşərin kamilliyə çatması məqsədini mənimsəyən təsəvvüf (sufizm) təliminin özünəməxsus bəktaşi qolunda Qurani-Kərimə qarşı müna- sibət, ümumilikdə, vəhy, peyğəmbərlik və Müqəddəs Kitab təsəvvürü ümumi çərçivədə tədqiq edilmişdir. Bəktaşi təriqətində Qurani-Kərimə yanaşmanın inanc prinsipləri, habelə bunun ibadətlər arasında əksi, yeri və əhəmiyyəti, inanc sistemindəki mühüm şəxsiyyətlər simasında dəyərləndirilməsi incələn- mişdir. Həmçinin Müqəddəs Kitabdan çıxarışların batini və mistik şərhləri müəyyən nümunələr əsasında təhlil edilmişdir. Təriqətin banisi Hacı Bəktaş Vəliyə aid edilən təfsirmahiyyətli əsərlərdə, – “Fatihə təfsiri”, “Bəsmələ təfsiri” və “Məqalət”, – həmçinin bu qəbildən digər bəzi mənbələrdə, ərkan- namələr və buyruqlarda müşahidə olunan Qurani-Kərim təsəvvürü ümumi şəkildə təsvir edilmişdir. Eləcə də bu və ya digər mənbələrdə dəlil və istinad məqamında istifadə edilən bir sıra ayə təyin və izah olunmuş, əsərlərdə qeyd edilən spesifik ayələrin bəktaşilik inanc sisteminə əsaslanan batini-təsəvvüfi təfsirləri (izahları) göstərilmiş və başqa inanc prinsipləri ilə qarşılıqlı əlaqəsi, təması araşdırılmışdır. Bütün bunlardan əlavə, təsəvvüf ədəbiyyatının bir qolu olan bəktaşi poeziyasında bir poetik ünsür kimi formalaşmış “vəhy” məfhu- mu, peyğəmbərlik və Quran anlayışları bir neçə şairin, – Yəmini, Yunus Əmrə, Aşıq Vəli, Qul Nəsimi, Pir Sultan Abdal, – poetik nümunələri çərçivə- sində nəzərdən keçirilmiş, şairlərin Müqəddəs Kitaba qarşı xüsusi münasibəti ifadə edilmişdir.
Məqalənin sonunda bəktaşi təriqətinin çoxcəhətli Qurani-Kərim təsəvvürü barədə bu tədqiqatın ümumi nəticəsi qeyd olunmuşdur.
The article examines attitudes toward the Holy Quran, as well as visions of revelation and prophecy found in the Holy Bible considered from a unique perspective in Sufi Bektashi teachings, which focuses on internal exploration of human existence and creation and adopts the goal of human perfection. It draws attention to the belief principles in the approach to the Holy Quran, as well as its reflection, place and importance in worship, and evaluation in the face of significant personalities in the Bektashi order. It also analyzes the inner and mystical interpretations of Bible passages on the basis of specific examples. The concept of the Holy Quran is described in general in the tafseer works attributed to the founder of Bektashi order, Haji Bektash Vali, titled “Fatiha Tafsir”, “Basmala Tafsir” and “Magalat” as well as in some other sources, edicts and commands.
Furthermore, a number of verses used as proofs and references in these or other sources have been defined and explained, the inner Sufi interpretations (explanations) of the specific verses mentioned in the works based on the Bektashi belief system have been shown, and the interaction and contact with other principles of faith have been investigated. Apart from this, the concept of revelation formed as a poetic element in Bektashi poetry, which is a part of
Sufism literature, the concepts of prophecy and the Qur’an are considered within the framework of the poetic examples of several poets - Yemini, Yunus Amre, Ashiq Veli, Gul Nasimi, Pir Sultan Abdal.
The article concludes by mentioning the comprehensive findings of this research on the Holy Quran in the Bektashi order.
В статье в общих рамках изучено отношение к Корану, представле- ние об откровении, пророках и Священной книге в ветви бекташи учения тасаввуфа (суфизма), ориентированной на внешнюю сторону, глубокие слои существования, человека и бытия, нацеленной на дости- жение человечеством совершенства. Здесь рассмотрены принципы верования при подходе к Корану в тарикате бекташи, а также отражение, место и значимость этого в молитвах, оценка в лице важных личностей в системе верования. Также проанализировано внешнее и мистическое толкование выдержек из Священной книги на основании определенных образцов. Обобщенно описано представление о Коране в таких тафсирах основоположника тариката Хаджи Бекташ-и Вели, как «Тафсир Фати- ха», «Тафсир Басмала» и «Макалат», а также в некоторых источниках, арканнаме и поручениях такого рода. В статье приведено определение и разъяснение ряда аятов, используемых в тех или иных источниках в качестве доводов и ссылок, указан внешний тафсир и тафсир тасаввуф специфических аятов, основанный на системе верования бекташи в трудах, изучена взаимосвязь и контакт с принципами других систем верования. Кроме этого, понятия «откровение», пророчество и Коран, сформированные в качестве поэтического элемента в одной из ветвей литературы тасаввуфа- поэзии бекташи, рассмотрены в рамках поэти-
ческих образцов нескольких поэтов- Ямини, Юнуса Эмре, Ашуга Вели, Гула Насими, Пира Султана Абдала, выражено особое отношение поэтов к Священной книге.
В конце статьи указан общий результат этого исследования много- гранного представления тариката бекташи о Коране.

Açar Sözlər

Bəktaşilik, Təriqət, Qurani-Kərim, Müqəddəs Kitab, Təfsir, Hacı Bəktaş Vəli, Bəktaşi Poeziyası
Bektashi, Order, Holy Quran, Bible, Tafseer, Haji Bektash Veli, Bektashi Poetry
Слова: Бекташи, Тарикат, Коран, Священная Книга, Тафсир, Хаджи Бекташ-И Вели, Поэзия Бекташи

Referanslar

  • Eğri Osman. (2007). Alevi-Bektaşi kaynaklarındaki Kur’an tasavvuru üzerine bir değerlendirme, İslami İlimler Dergisi I. Kuran Sempozyumu, İslami İlimler Dergisi Yayınları.
  • Eğri Osman. (2007). Alevi-Bektaşi geleneğinde Kur’an tasavvuru, İslami İlimler Dergisi, 1.
  • Yıldırım Ahmet. (2005). Alevi-Bektaşilerin dinin temel kaynaklarından Kuran ve Sünnete bakışı, Uluslararası Bektaşilik ve Alevilik Sempozyumu I Bildiriler ve Müzakereler, Isparta.
  • Dindi Emrah. (2006). Hacı Bektaş Veli’de Kur’an anlayışı (Yüksek Lisans Tezi), İzmir.
  • Şimşek Yaşar. (2016). Hacı Bektaş Veli’nin Fatiha tefsirinin bilinmeyen bir nüshası, Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi, 77.
  • Özcan Hüseyn. (2008). Hacı Bektaş Veli’nin Fatiha tefsiri, Milli Folklor Dergisi, 80.
  • Baltacı Burhan. (2011). Hacı Bektaş Veli’nin Kur’an’dan iktibasları ve yorumlarının tefsir perspektifinden değerlendirilmesi, I. Uluslararası Hacı Bektaş Veli Sempozumu, Ankara.
  • Veli Hünkar Hacı Bektaş. (2007). Besmele tefsiri (Hazırlayan: Hamiye Duran), Türkiye Diyanet Vakfı Yayınları, Ankara.
  • Üçer Cenksu, Çaykara Esra. (2021). Hacı Bektaş Veli’ye atfedilen Makalat adlı eserde Kuran ve Hz. Peygamber tasavvuru, DEUİFD Türk Kültürünü Mayalayanlar Özel Sayısı.
  • Sönmez Ramazan. (2021). Alevilik ve Bektaşilik’te “nur ve “mişkat” kavramlarının Nur suresi 35. ayeti bağlamında izahı ve ibadet formuna bürünmesi, Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi, 97.
  • Özmen İsmail. (1998). Alevi-Bektaşi şiirleri antolojisi (Cilt II), Kültür Bakanlığı Yayınları, Ankara.
  • Boz Erdoğan. (2021). Yunus Emre Divan (Fatih yazması), Yunus Emre Enstitüsü Yayınları, Ankara.
  • Özmen İsmail. (1998). Alevi-Bektaşi şiirleri antolojisi (Cilt IV), Kültür Bakanlığı Yayınları, Ankara.
  • Öztelli Cahit. (1969). Onyedinci yüzyıl tekke şairi Kul Nesimi, Türk Etnografya, Folklor ve Turizm Derneği Yayını, Ankara.
  • Bozkurt Fuat. (2018). Buyruk İmam Cafer-i Sadık Buyruğu, Salon Yayınları, İstanbul.
  • Gördük Yunus Emre. (2020). İmam Cafer Es-Sadık’a nisbet edilen Buyruk’ta yer alan ayetler üzerine bir inceleme, Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi, 95.
  • Doğan Hüseyin. (2019). Alevi-Bektaşi kültürde nübüvvet inancı, Kafkas Üniversitesi İlahiyat Fakültesi Dergisi, 12.

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri