e-ISSN: 3006-2772
p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

İslam hüququ

قد السلم وتطبيقاته المعاصرة في التمويل الإسلامي Usury Agreement and Modern Methods to Apply it in the Islamic Financial System Договор салям и современные способы его применения в финансовой системе ислама

Qafqaz Abdurahmanov

Necə istinad edilir

Abdurahmanov, Qafqaz , Abdurahmanov, Q , , Din Araşdırmaları Jurnalı, قد السلم وتطبيقاته المعاصرة في التمويل الإسلامي, 5, 8, 2022, 109-128, 2022

Zotero Mendeley EN EndNote

Xülasə

Malın satıcı tərəfindən nağd ödəniş qarşılığında gələcəkdə müəyyən edilmiş bir tarixdə alıcıya təhvil verilməsini nəzərdə tutan sələm müqaviləsi İslam hüququnda icazə verilən satış növlərindən biridir. İslam hüququnda qəbul edilmiş “mövcud olmayan malı satmaq olmaz” qaydasına zidd olmasına baxmayaraq, bu satış növünə insanların ona ehtiyacı olduğundan ötrü müstəsna olaraq icazə verilmişdir. Odur ki, digər satış növlərindən fərqli olaraq, sələm müqaviləsinin özünəməxsus bəzi şərtləri vardır.
İlk dövrlərdə sələm satışı, ancaq kənd təsərrüfatı mallarının ticarəti üçün istifadə edilmişdir. Daha sonra İslam maliyyə qurumlarının inkişaf etməsi ilə bərabər, bu satış növü kənd təsərrüfatı başda olmaqla, sənaye və ticarət sahələrində də tətbiq edilməyə başlanmışdır. Qeyd etmək lazımdır ki, müasir dövrdə sələm müqaviləsi İslam bankları tərəfindən tətbiq edilən ən mühüm əməliyyatlardan biri hesab edilir. Sahib olduğu səciyyəvi xüsusiyyətlərindən ötrü İslam maliyyə qurumları bu satış növünü ənənəvi banklar tərəfindən tətbiq edilən faizli sövdələşmələrə qarşı alternativlərdən biri olaraq istifadə edirlər.
Bu məqalənin başlıca məqsədi müasir dövrümüzdə sələm satışının tətbiq oluna biləcəyi sahələri tədqiq etməkdir. Digər satış növlərindən fərqləndiyi üçün məqalədə əvvəlcə sələm müqaviləsinin tərifi və özünəməxsus şərtləri qeyd edilmiş, daha sonra isə sözügedən satış növünün İslam maliyyə qurumları tərəfindən tətbiq sahələri və üsulları müzakirə edilmişdir. Məqalə nəticə ilə tamamlanmışdır.
The usury agreement that provides for the delivery of goods by a seller to a buyer on a specified date in the future in exchange for a cash payment is one of the types of sales permitted under Islamic law. Although this type of sale is contrary to the rule of Islamic Law prohibiting the sale of non-existent goods, it is exclusively permitted due to the need of people in it. Therefore, unlike other types of sales, the usury agreement has some specific terms and conditions.
It its early times, the sale through usury was only used to trade agricultural goods. Later, with the development of Islamic financial institutions, this type of sales began to be used in industry and trade, especially in agriculture. It should be noted that the usury (riba) agreement is considered one of the most important transactions of Islamic banks in modern times. Due to its specific characteristics, Islamic financial institutions use this type of sale as one of the alternatives to interest-bearing agreements applied by traditional banks.
The key goal of this Thesis is to explore areas where sales through usury can be applied in our time. As it differs from other types of sales, the Thesis first describes the definition and specific terms of the usury agreement, and then discusses the areas and methods of application of this type of sale by Islamic financial institutions. The Thesis ends with findings.
Договор салям, предусматривающий передачу товара продавцом покупателю в согласованный срок взамен на наличную оплату, является одним из видов продажи, разрешенных в исламском праве. Несмотря на противоречие принятому в исламском праве принципу “нельзя продавать несуществующий товар”, этот вид продажи разрешен как исключение ввиду потребности людей в нем. В связи с этим, в отличие от других видов продажи, договор салям имеет своеобразные условия.
Сначала продажу салям применяли исключительно для сельскохозяйственных товаров. По мере развития исламских финансовых учреждений этот вид продажи начали использовать в сфере промышленности и торговли, в частности в сельскохозяйственной сфере. Следует отметить, что в современном мире договор салям считается одной из самых важных операций среди исламских банков. Ввиду характерных особенностей саляма исламские финансовые учреждения применяют этот вид продажи как альтернативу процентным сделкам, используемым традиционными банками.
Основной целью в этой статье является изучение сфер, в которых возможно внедрение продажи салям в современном мире. Так как салям отличается от других видов продажи в статье сначала дано его описание и указаны своеобразные условия, далее обсуждены сферы и способы применения упомянутого вида продажи исламскими финансовыми учреждениями. В конце статьи предоставлены выводы.

Açar sözlər

Sələm, Rəsul-Mal, Əl-Müsləm Fih, Tətbiq, İslam Bankları
Usury, Messenger, Al-Muslam Fih, Application, Islamic Banks
Салям, Расул-Мал, Аль-Муслям Фих, Применение, Исламские Банки

Referanslar

  • Aydın, Mehmet Akif Aydın. “Deyn” Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. 9/266-268. İstanbul: TDV Yayınları, 1994.
  • Özsoy, İsmail,. “Faiz”. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. 22/110-126. İstanbul: TDV Yayınları, 1995.
  • Kâhya, Hatice Kübra. İslam Borçlar Hukukunda Selem Akdi. İstanbul:
  • Marmara Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Y/Lisans Tezi, 2012.
  • Hacak, Hasan. “Menfaat”. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. 29/131-134. İstanbul: TDV Yayınları, 2004.
  • Aybakan, Bilal. “Selem”. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, 36/402-405. İstanbul: İstanbul: TDV Yayınları, 2009.

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri