Qlobal problemlər və İslam mədəniyyətinin birgəyaşayış təcrübəsi Global Problems and the Experience of Coexistence of Islamic Culture Глобальные проблемы и опыт сосуществования в исламской культуре
Xülasə
Müasir dövrdə təbii kataklizmlər, təbii sərvətlərin talanması, ətraf mühitin çirklənməsi, ölümcül xəstəliklər, epidemiyalar dünya birliyinin həlli qarşısında aciz qaldığı qlobal problemlər sırasına daxildir. Bəşər övladının Yer kürəsinə münasibətdə atdığı şüursuz addımlar, pozulmuş ekosistem, qlobal istiləşmə, içməli su və təmiz hava problemi, ərzaq çatışmazlığı, aclıq problemləri bəşəriyyətin gələcəyini təhdid edir. İşğalçı müharibələr, misli görünməmiş qəddarlıq, terrorizm, şovinizm, radikallıq, təməl insan haqlarının pozulması müasir dünyanı yaşanmaz hala gətirmişdir. Sosial problemlər, artan işsizlik, gəlirin ədalətsiz bölgüsü, hökm sürən savadsızlıq həyatı dözülməz etmişdir. Yer kürəsinin bir çox guşəsində baş verən silahlı toqquşmalar, vətəndaş müharibələri nəticəsində milyonlarla insan qaçqın düşmüş, aclığa, səfalətə düçar olmuşdur. Qərb ölkələrinə axın edən milyonlarla insandan ibarət miqrant kütləsi misli görünməmiş humanitar faciənin yaşanmasına səbəb olmuşdur. Dövlətlərarası münasibətlərdə müşahidə olunan bu vəziyyət cəmiyyətlərə və fərdlərə də sirayət etmişdir. Zənginlik ikən fərqliliklər qarşıdurmaya,“biz” fikri “mən” anlayışına və “biz”dəki dözümlülük isə “mən”dəki dözümsüzlüyə çevrilmişdir. Qloballaşmanın cəmiyyətlərdə meydana gətirdiyi dəyişikliklər fərqliləşmiş kimliklərin formalaşmasına gətirib çıxarmışdır. Mövcud çalışmanın məqsədi yaranmış vəziyyətdən çıxış yolu axtarmaq üçün İslam mədəniyyətinin birgəyaşayış təcrübəsindən istifadə imkanlarını araşdırmaqdır. Qlobal səciyyə daşıyan problemlərin həlli üçün səylərin birləşdirilməsi və ortaq çıxış yollarının axtarılıb-tapılmasına cəhd etməkdir.Yeganə yolun dialoq və tolerantlıq çərçivəsində “sülh adacıqları”nın formalaşdırılmasından keçdiyini nəzərə çatdırmaqdır. Həmçinin varlıqlarını davam etdirmək üçün mövcud mədəniyyətlərin bir-birini dəstəkləməli olduqları fikrini aşılamaqdır. Nəhayət, Azərbaycanda fərqli din və millətlərin əsrlərdir, barış içində yaşaya bilmə təcrübəsinə diqqəti çəkməkdir.
Natural disasters, plunder of natural resources, environmental pollution, lethal diseases, and epidemics are among the global issues that the world community has been unable to address in recent years. The unconscious steps taken by humankind in relation to the Earth, the degraded ecosystem, global warming, the problem of drinking water and fresh air, the shortage of food and the problem of hunger threaten the future of humankind. The wars of aggression, frozen local conflicts and terrorism have made the modern world uninhabitable. Unemployment is on the rise, as is income inequality, chauvinism, radicalism, extraordinary cruelty, widespread illiteracy, and grave human rights violations. As a result of armed conflicts and civil wars in many parts of the world, millions of people have become refugees, starved and miserable. The influx of millions of migrants to the West has led to an unprecedented humanitarian tragedy. This situation in interstate relations has spread to societies and individuals. Differences became confrontations in wealth, the concept of "us" became the concept of "I," and tolerance in "us" became intolerance in "I" Globalization has caused societal shifts that have resulted in the emergence of differentiated identities. The aim of this study is to explore the possibility of using the experience of Islamic culture to coexist in order to find a way out of the situation. The solution for global problems is to unite efforts and try to find common ways out. The only choice is to emphasize the formation of "islands of peace" through dialogue and tolerance. The way to continue their existence is to instill the idea that existing cultures should support each other. This research describes the centuries-old experience of different religions and nations in Azerbaijan living in peace.
В наши дни природные катаклизмы, разграбление природных ресурсов, загрязнение окружающей среды, смертельные болезни и эпидемии относятся к числу тех глобальных проблем, которые мировое сообщество не в состоянии решить. Неосознанные шаги, предпринятые человеком по отношению к Земле, нарушенная экосистема, глобальное потепление, проблема питьевой воды и свежего воздуха, нехватка продуктов питания и проблема голода угрожают будущему человечества. Захватнические войны, невиданная жестокость, терроризм, шовинизм, радикализм и нарушение основных прав человека сделали современный мир непригодным для жизни. Социальные проблемы, растущая безработица, несправедливое распределение дохода, преобладающая неграмотность сделали жизнь невыносимой. В результате вооруженных конфликтов и гражданских войн во многих уголках земного шара миллионы людей стали беженцами, были обречены на голод и нищету. Приток миллионов мигрантов в западные страны привел к беспрецедентной гуманитарной катастрофе. Данная ситуация, наблюдаемая в межгосударственных отношениях, распространилась и на общества и людей. Будучи богатством, различия превратились в конфронтацию, идея «мы» превратилась в концепцию «я», а терпимость в «нас» стала нетерпимостью в «я». Изменения в обществах, вызванные глобализацией, привели к формированию дифференцированных идентичностей. Целью данного исследования является изучение возможностей использования опыта сосуществования исламской культуры для поиска выхода из сложившейся ситуации; объединение усилий для решения проблем, имеющих глобальное значение, и поиск совместных путей решения; привлечение внимания к формированию «островков мира» в рамках диалога и толерантности, как единственному пути выхода; внушение идеи взаимной поддержки для выживания существующих культур; и наконец, акцентирование внимания на многовековом опыте сосуществования разных религий и народов в Азербайджане.
Açar sözlər
Qloballaşma, Qlobal Problemlər, İslam Mədəniyyəti, Birgəyaşayış Təcrübəsi, Tolerantlıq, Azərbaycan
Globalization, Global Problems, Islamic Culture, Coexistence, Tolerance, Azerbaijan
Глобализация, Глобальные Проблемы, Исламская Культура, Опыт Сосуществования, Толерантность, Азербайджан
Referanslar
- Aslanova Rəbiyyət. (2004). Qloballaşma və mədəni müxtəliflik. Bakı: Elm.
- Babaşlı Məmmədəli. (2012). İslamda insansevərlik anlayışının mahiyyəti və mədəniyyətlərarası dialoq AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Elmi Araşdırmaları” (elmi-nəzəri məqalələr toplusu), IX buraxılış, Bakı, (s.500-506).
- Babaşlı Məmmədəli. (2014). İslam əxlaqı baxımından barış zərurəti, savaş anlayışı və prinsipləri. AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Elmi Araşdırmaları” (elmi-nəzəri məqalələr toplusu), X buraxılış, Bakı, (s.340-348).
- Babaşlı Məmmədəli. (25-26 aprel 2017). Səbəb və nəticə baxımından Qərb mətbuatında islamın mövcud imici. “İslam həmrəyliyi-2017: Reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-metodik konfransın materialları. Bakı, (s.270-272).
- Ərəbcə-Azərbaycanca lüğət. (2007-2008). İki cilddə Tərtib edən Əliyev Rafiq, Bakı: Şərq-Qərb.
- Həmidullah Məhəmməd. (2006). İslama giriş. Bakı: Qismət.
- Xəlilov Telman, Zeynalova Maya. (2013). Qlobal ekoloji problemləri (Ali məktəblər üçün dərs vəsaiti). Bakı: “MBM”.
- İsmayilov Rufik. (16.09.2010). “Qloballaşma: gətirdiyi və apardığı dəyərlər”, 525-ci qəzet.
- Mehdiyev Ramiz. (2005). Azərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı: XXI-Yeni Nəşrlər Evi.
- Şahgəldiyev Eldar. (2017). İnnovasiyalar və onların tətbiqinin sosial fəlsəfi məsələləri. (Dərs vəsaiti), Bаkı: “Müəllim” nəşriyyatı.
- Şükürov Məsud. (2018). Qlobal mədəni inteqrasiya, multikulturalizim və mənəvidəyərlər.“Dövlət və din”, № 05 (58), (s.51-56).
- Ulusel Rahid. (2005). Qloballaşma və Türk Sivilizasiyası. Azərbaycanda Atatürk Mərkəzi. Bakı: Çaşıoğlu
- Ataman Kemal Yavuz. (2020). Küreselleşen Dünyada Birlikte Yaşamanın Temel Dinamikleri. Tarih Kültür ve Sanat Araştırmaları Dergisi, Cilt 9, Sayı 2 (2020), (ss.532-546).
- Aydın İbrahim Hakkı. (2004). Küreselleşmeye Ahlaki Bir Yaklaşım, İstanbul Üniversitesi İlahiyat Fakültesi Dergisi Sayı: 10, (ss.15-36).
- Bardakoğlu Ali. (2015). Birlikte Yaşama İrade ve Ahlakının Dinî Temelleri. Hz. Peygamber ve Birlikte Yaşama Ahlakı. Diyanet İşleri Başkanlığı Yayınları, Ankara, (ss.13-22).
- Çetinkaya Kenan. (2012). Birlikte Yaşama Kültüründe İnsan: Kutsal Metinlerdeki Olumlu İfadeler Üzerine Bir Analiz. Journal of Faculty of Theology of Bozok University. 1,1 (2012/1), (pp. 147-160).
- Gafarov Anar. (2016). Felsefî ve Dinî Açıdan Birlikte Yaşamanın Temel Değerleri Üzerine Bir Analiz. Değerler Eğitimi Dergisi, Cilt 13, No. 31, Haziran 2016, (ss. 87-133).
- Görmez Mehmet. (2015). Sunuş. Hz. Peygamber ve Birlikte Yaşama Ahlakı. Diyanet İşleri Başkanlığı Yayınları, Ankara, (ss.7-11).
- Güneş Abdurrahman. (2005). Toplumsal Bir Zorunluluk: Bir Arada Yaşamak. Fırat Üniversitesi İlahiyat Fakültesi Dergisi 10:2 (2005), (ss. 89-103).
- Karaca Mehmet. (2012). Farklılaşma, Bütünleşme ve Birlikte Yaşama Üzerine. Dicle Üniversitesi Ziya Gökalp Eğitim Fakültesi Dergisi, 18 (2012), (ss. 226-238).
- Keleş Ekrem. (2015). Hepiniz Âdem’densiniz Âdem ise Topraktan. Hz. Peygamber ve Birlikte Yaşama Ahlakı. Diyanet İşleri Başkanlığı Yayınları, Ankara, (ss.63-71).
- Kitapçı İsmail. (2017). Günümüzün Önemli Küresel Sorunları Üzerine Bir Değerlendirme. PESA Uluslararası Sosyal Araştırmalar Dergisi. 3 (4), (241-258).
- Kurtoğlu Ramazan. (2017). Küresel Ekonomik Kriz ve Yeni Dünya Düzeni, Destek Yayınları, İstanbul.
- Okumuş Ejder. (2015). Çağdaş Dünyada Birlikte Yaşama. Hz. Peygamber ve Birlikte Yaşama Ahlakı. Diyanet İşleri Başkanlığı Yayınları, Ankara, (s.100-112).
- Özkan Mustafa. (2016). Medine Vesikası. TDV İslâm Ansiklopedisi’nin 2016 yılında İstanbul'da basılan EK-2. cildi, (ss.212-215).
- Sayın Hüseyin. (2017). İspanyol Şair ve Yazar Cervantes’in Eserlerinde Birlikte Yaşama Kültürünün Yansımaları. Medeniyet ve Birlikte Yaşama Kültürü, Türkiye İmam Hatipliler Vakfi Yayınları Kongre/Sempozyum/Toplantı: 4, Konya, (s.211).
- Sezgül İbrahim. (2009). Küreselleşme, Neo-Liberalizm ve Etik, Türk Bilim Araştırma Vakfı, Cilt: 2, Sayı: 4, (ss.504-509).
- Vedâ Hutbesi. (2012). TDV İslâm Ansiklopedisi. 42.cild, İstanbul, (ss.591-593).