Postkonflikt dövrünün reallıqları: əbədi sülh probleminə fəlsəfi baxış Realities of the Post-conflict Period: A Real Philosophical View of the Problem Perpetual Peace Реалии постконфликтного периода: философский взгляд на проблему вечного мира
Xülasə
Vaxtilə alman filosofu İ.Kant hesab edirdi ki, yer üzündə böyük sülhdən əbədi sülhdən bəhs etmək insan nəslinin əbədi nəcib istəyi olsa da, ona nail olmaq mümkün deyildir. Böyük filosof bu problemin mahiyyətinin əsasını ən ümumi şəkildə dövlətlərin militarist siyasətləri ilə bağlayırdı. Etiraf etməliyik ki, bu siyasət bəzi dövlətlər tərəfindən indi də böyük səylə davam etdirilir (məsələn, belə ölkələrə Ermənistanı misal göstərmək olar). Məqalə kommunikasiya, dialoq, dialoq mədəniyyəti, sülh və təhlükəsizlik probleminin nəzəri məsələlərinə həsr olunmuşdur. Burada qeyd edilir ki, sülh və təhlükəsizlik problemi hər bir cəmiyyətin, dövlətin, sivilizasiyanın başlıca problemi kimi çıxış etsə də, əksər məqamlarda yanlış ideoloji, siyasi, milli, etnik, coğrafi və s. maraqlar səbəbindən, Yer üzündə problem öz həllini tapmır. Xüsusi qeyd olunmalıdır ki, bu problem Yer üzündə tarixən aktual olmuş və güman etmək olar ki, həmişə də aktual olacaqdır. Müəllifin qənaətinə görə, Azərbaycanın hazırda həyata keçirdiyi dialoq və əməkdaşlıq sülh və inteqrasiya təcrübəsinin dünyada təbliğ olunmasına ciddi tələbat artmışdır. Həmçinin, məqalədə müasir Azərbaycanın siyasi rəhbərliyinin istər Vətən müharibəsinə qədər, istər müharibə dövründə, istər postmüharibə epoxasında həyata keçirdiyi humanitar strategiyanın həm dünya, həm də regional sülhyaratma və əməkdaşlıqda əvəzsiz platforma olduğu elmi-fəlsəfi kontekstdə araşdırılmışdır. Yazının məqsədi kommunkiasiya və dialoq mədəniyyətinin dünyada və regional münasibətlərdə sülh, təhlükəsizlik, sabitlik, davamlı inkişaf, birgəyaşayış və həmrəyliyə nail olmaqda yarada biləcəyi imkan və perspektivləri nəzəri anlamda refleksiya etmək, habelə dünyada yeni münasibətlər sistemində hər kəsin arzu və istəyi olan əbədi sülh probleminə diqqəti çəkməkdir. Məqalənin metodologiyası müqayisəli təhlil, empirik, elmi metod, tarixi və analiz metodlarıdır. Mövzunun elmi yeniliyi dialoq mədəniyyəti və kommunikasiyanın sülh və təhlükəsizlik, müasir inkişaf və problemlər kontekstində “terapevtik” əhəmiyyətini göstərməkdir.
Long ago, he German philosopher I. Kant considered that speaking of the great perpetual peace on earth was the unforgettable noble desire of all mankind, but this was probably impossible to achieve. The great philosopher, in its most general form, connected the essence of this problem with the militaristic policy of states. It must be admitted that some countries are still pursuing this policy (such countries include, for example, Armenia).The article is devoted to the theoretical issues of communication, dialogue, culture of dialogue, peace and security. It is noted here that the problem of peace and security is the main problem of every society, state, civilization, but in most cases, the problem is not solved in the world due to false ideological, political, national, ethnic, geographical and other interests. It is worth noting that this issue has always been relevant in the world and, presumably, will continue to be so. According to the author, there is a serious need to promote the experience of dialogue and cooperation, peace and integration in the world, which Azerbaijan is currently implementing. The article also examines the humanitarian strategy pursued by the political leadership of modern Azerbaijan before the war, during the war and in the post-war epoch, which is an invaluable platform for both world and regional peace building and cooperation. Purpose: to reflect theoretically on the opportunities and prospects that the culture of communication and dialogue can create in achieving peace, security, stability, sustainable development, coexistence and solidarity in global and regional relations; Also, to draw attention to the problem of perpetual peace, which is the wish and desire of everyone in the new system of relations in the world. Methodology: comparative analysis, empirical, scientific method, historical and analytical methods. Scientific novelty: to demonstrate the restorative effect of a dialogue and communication culture in the context of peace and security, modern development, and challenges.
В свое время немецкий философ И. Кант считал, что говорить о великом «вечном мире» на земле неиссякаемое, благородное желание всего человечества, но, вероятно, этого невозможно достичь. Великий философ в самом общем виде связывал суть этой проблемы с милитаристской политикой государств. Надо признать, что некоторые страны (например, Армения) до сих пор проводят эту политику. Статья посвящена теоретическим вопросам коммуникации, диалога, культуры диалога, проблемы мира и безопасности. Здесь отмечается, что проблема мира и безопасности является главной проблемой любого общества, государства, цивилизации, но, в большинстве случаев, из-за ложных идеологических, политических, национальных, этнических, географических и других интересов она не нашла свое решение на Земле. Следует особо отметить, что эта проблема исторически была актуальной на Земле и, предположительно, будет актуальной всегда. По мнению автора, существует серьезная необходимость в продвижении опыта диалога и сотрудничества, мира и интеграции в мире, который в настоящее время реализует Азербайджан. В статье также в научно-философском контексте исследуется гуманитарная политика, проводимая политическим руководством современного Азербайджана, как до Отечественной войны, так и в военный и послевоенный периоды, в качестве незаменимой платформы для глобального и регионального миротворчества и сотрудничества. Цель: теоретическое осмысление возможностей и перспектив, которые культура общения и диалога могут создать в достижении мира, безопасности, стабильности, устойчивого развития, сосуществования и солидарности в глобальных и региональных отношениях; привлечение внимание к проблеме вечного мира, чего желает каждый в новой системе отношений в мире. Методология: сравнительный анализ, эмпирический, научный, исторический и аналитический методы. Научная новизна: показать «терапевтическую» важность культуры диалога и коммуникации в контексте мира и безопасности, современного развития и проблем.
Açar sözlər
Kommunikasiya, Əbədi Sülh, Dialoq, Dialoq Mədəniyyəti, Səmimiyyət, Azərbaycan Təcrübəsi
Communication, Perpetual Peace, Dialogue, Culture Of Dialogue, Sincerity, The Experience Of Azerbaijan
Коммуникация, Вечный Мир, Диалог, Культура Диалога, Искренность, Опыт Азербайджана
Referanslar
- Məmmədzadə İ. (2012). Bir daha fəlsəfə haqqında. Müasir yanaşmalar. Tə-mayüllər. Perspektivlər. Bakı: “Təknur”.
- Fridrix Nitsşe. (2008). Hakimiyyət əzmi. Yolçu və kölgəsi. Bakı “Zəkioğlu” nəşriyyatı.
- Uil Dürant. (2006). “Fəlsəfi hekayətlər” [ing. tərc – A. Əsədov] Bakı: “Zəkioğlu” nəşriyyatı.
- İsmayılov F.Q. (2010). Bəşəri Problemlər. Bakı: Turan Evi.
- İlham Əliyev. (2015). Azərbaycan tolerantlıq örnəyidir [çıxışlar, nitqlər, görüşlər, təbriklər]. Bakı. III Bakı Beynəlxalq Forumunda açılış nitqindən.
- Zeynalov Ş.Ə. (2020). “Dialoq mədəniyyəti və müasirlik”. Bakı: “Avropa” nəşriyyatı.
- https://president.az/articles/50738
- Шпенглер О. (2006). Закат Европы. В 2-х т, Т.1, Москва: Айрис-пресс. Философия Мартина Хайдеггера и современность. (1991). Ред. Колл.
- Мотрошилова Н. В.(отвес. ред.) Бибихин В.В. и. д. – М.: Издательство Наука.