Qazı Əbdülcəbbar əl-Mötəzilinin düşüncəsində iradə, feil və əxlaq
Will, Action, and Morality in the Thought of Qadi Abd al-Jabbar al-Muʿtazili
Свобода воли, деяние и мораль в мысли Кади Абд аль-Джаббара аль-Мутазилита
İslam elm tarixində “iradə” anlayışı, onun mahiyyəti, təsir dairəsi, ilahi və insan iradələri arasında münasibət, fərdin öz əməllərində nə dərəcədə dözümlü və qüdrət sahibi olması, eləcə də əməllərin əxlaqi ölçüsü mövzuları müxtəlif düşüncə məktəbləri tərəfindən geniş müzakirə olunmuşdur. İlahi iradəni əsas götürərək, insan tələbini məhdudlaşdıran əşəri məzhəbinin cəbri yanaşmasına qarşı mötəzilə məktəbi fərdin öz fəaliyyətində azad hərəkət və qüdrət sahibi olduğunu, bu səbəbdən də əməllərinə görə məsuliyyət daşıdığını irəli sürmüşdür. Hər iki məktəb öz mövqeyini müxtəlif dəlillərlə əsaslandırmağa çalışmışdır. Əşəri-cəbri yanaşma daha çox nəqli dəlillərə istinad etdiyi halda, mötəzilə əqli əsaslara geniş yer vermiş və dini məsələlərə rasional yanaşma metodunu inkişaf etdirmişdir. Mötəzilə alimləri bu mövzuları əsərlərində geniş işləmiş, məktəbin mövqeyini sistemləşdirmişlər. Onlardan biri də son dövrün görkəmli nümayəndəsi Qazı Əbdülcəbbar olmuşdur. O, mövzunu dərindən tədqiq etmiş, əvvəlki mötəzili irsini yeni təhlillərlə zənginləşdirmişdir. Qazı Əbdülcəbbar məzhəbinin əsas prinsiplərindən çıxış etmiş, əqli və nəqli dəlillər ilə öz görüşünü əsaslandırmağa çalışmışdır.
Qazı Əbdülcəbbar bununla birlikdə, məzhəbin birinci və ikincidərəcəli mövzularını bir yerə toplayaraq təshih etmiş, ensiklopedik bir əsər meydana gətirmişdir. Məsələlərə yanaşmasında öz məzhəbinin ideyalarını əsas götürsə də, bəzən, özünəməxsus fikirlər irəli sürmüş və yeni baxış bucağı təqdim etmişdir.
Qazı Əbdülcəbbar insanın azad iradə sahibi kimi əməllərini müstəqil qüdrətlə icra etdiyini, bu hərəkətlərə görə məsuliyyət daşıdığını və onların əxlaqi dəyərinin nəql ilə yanaşı, ağıl vasitəsilə də müəyyən edilə biləcəyini irəli sürmüşdür.
Məqalədə digər düşüncə məktəblərinin mövqelərinə qısa nəzər salınır, həmçinin Qazı Əbdülcəbbar nümunəsində mötəzilənin yanaşması təqdim olunur.
In the history of Islamic thought, the concept of will—its essence, scope of influence, the relationship between divine and human wills, the degree to which an individual possesses power and autonomy in their actions, and the moral evaluation of deeds—has been extensively discussed by various schools of thought. While the Ashʿari school, adopting a deterministic approach based on divine will, restricted human initiative, the Muʿtazila school emphasized that individuals possess freedom of action and power in their deeds, and therefore bear responsibility for them. Both schools sought to substantiate their positions with various arguments. The Ashʿari-deterministic approach primarily relied on transmitted (naqli) evidence, whereas the Muʿtazila gave significant weight to rational (aqli) reasoning and developed a method of rational inquiry in religious matters.
Muʿtazila scholars treated these topics extensively in their works and systematized the school’s position. One of the prominent later representatives was Qazi ʿAbd al-Jabbar, who conducted an in-depth study of the subject and enriched the Muʿtazila heritage with new analyses. Based on the fundamental principles of the school, he sought to justify his views with both rational and transmitted evidence.
Moreover, Qazi ʿAbd al-Jabbar compiled the primary and secondary topics of the school, corrected them, and produced an encyclopedic work. While he grounded his approach in the ideas of his school, he occasionally introduced original perspectives, offering new insights. He argued that humans, as possessors of free will, execute their actions with independent power, bear responsibility for them, and that the moral value of these actions can be determined not only through transmitted evidence but also through reason.
The article also provides a brief overview of the positions of other schools of thought and presents the Muʿtazila approach through the example of Qazi ʿAbd al-Jabbar.
В истории исламской мысли понятие воли — её сущность, сфера действия, соотношение божественной и человеческой воли, степень, в которой человек обладает волей и способностью совершать поступки, а также нравственное измерение поступков — были предметом широких дискуссий в различных мыслительных школах. В противовес ашаритско-джабрийскому подходу, исходившему из божественной воли и тем самым ограничивающему человеческую волю, мутазилитская школа утверждала, что человек обладает свободной волей и способностью к действию и, следовательно, несёт ответственность за свои поступки. Обe школы стремились обосновать свои позиции различными доводами: ашариты преимущественно опирались на передаваемые (текстовые) источники (на основе Корана и хадисов), тогда как мутазилиты придавали большое значение рациональным основаниям и развивали метод рационального подхода к религиозным вопросам. Учёные-мутазилиты подробно разрабатывали эти темы в своих трудах, систематизируя позицию школы. Одним из выдающихся представителей позднего периода был кади Абд аль-Джаббар. Он глубоко исследовал данную проблему и обогатил предшествующее мутазилитское наследие новыми анализами. Исходя из основных принципов школы, кади Абд аль-Джаббар стремился обосновать свои взгляды как рациональными, так и текстовыми доводами.
Также, он собрал и систематизировал первостепенные и второстепенные вопросы школы, подвергнув их критическому редактированию, и создал энциклопедическое сочинение. Несмотря на то, что в целом он придерживался методологии своей школы, в ряде вопросов он выдвигал оригинальные идеи и предлагал новые ракурсы рассмотрения проблем.
Он утверждал, что человек как обладатель свободной воли совершает поступки собственной (независимой) силой, несёт за них ответственность, а нравственная ценность этих поступков может определяться не только преданиями (текстовыми источниками), но и разумом.
В статье также кратко рассматриваются позиции других школ мысли, после чего на примере кади Абд аль-Джаббара представляется мутазилитский подход.

Copyright (c) 2026 Peyman Xəlilov
Это произведение доступно по лицензии Creative Commons «Attribution-NonCommercial» («Атрибуция — Некоммерческое использование») 4.0 Всемирная.
Загрузки
Информация о статье
- Тип статьи Калам
- Отправлено сентябрь 15, 2025
- Принято декабрь 16, 2025
- Опубликован декабрь 30, 2025
- Выпуск № 8 (2) Dekabr 2025
- Раздел Калам