Dua və onun stres üzərində təsirləri
Prayer and Its Effects on Stress
Bu məqalə duanın streslə mübarizədəki rolunu və insan həyatında yaranan gərgin hallara qarşı təsirini araşdırır. Tədqiqatın obyekti duanın streslə mübarizədəki psixoloji təsiridir. Məqsəd duanın insanın emosional və mənəvi rifahına təsirini təhlil etməkdir. Məqalədə duanın məna və mahiyyəti, stresi azaltmaq və daxili rahatlıq yaratmaq kimi təsiri elmi ədəbiyyatın təhlili və sintezi vasitəsilə təhlil edilir. Nəticələr göstərir ki, dua inanc sahibi olan şəxslər üçün streslə mübarizədə təbii və təsirli vasitədir, insanın daxili dünyasını sakitləşdirir, ümid və rahatlıq bəxş edir. Bu tədqiqatın nəticələri stresin azaldılması və psixoloji rifahın artırılması sahəsində yeni perspektivlər açır. Stresin fiziki-psixoloji təsirləri insanın həyat keyfiyyətini gözəçarpacaq dərəcədə aşağı sala bilir. Bu baxımdan, streslə mübarizə üçün müxtəlif yollar və üsullar mövcuddur. İnanc sahibi olan şəxslər üçün isə dua streslə mübarizədə ən təbii və təsirli vasitələrdən biridir.
Dua təkcə dini əməl hesab olunmur, həm də insanın daxili dünyasını sakitləşdirən, ona ümid və rahatlıq bəxş edən güclü vasitədir.
Məqaləmizdə duanın məna və mahiyyəti, insanın ruhi və mənəvi həyatına təsiri əhatəli şəkildə təhlil edilir. Duanın stresi azaltmaq və mənən rahatlıq yaratmaq kimi əsas təsirləri diqqət mərkəzindədir. Müxtəlif elmi tədqiqatlar, araşdırmalar və mənbələr əsasında duanın psixoloji təsiri və streslə mübarizədə effektiv vasitə olduğu müzakirə edilir.
Dua edərkən insan öz stress hallarını, narahatlıqlarını, qorxularını və gərginliklərini daha yüksək bir qüvvəyə həvalə edir və bu, psixoloji olaraq yüngülləşmə və rahatlaşma hissi yaradır. Bu proses, insanın özünü daha rahat və təhlükəsiz hiss etməsinə kömək edir.
Yazıda duanın bütün dövrlərdə, mədəniyyətlərdə və dini inanclarda mövcud olduğu, insan təbiətinin əsas ehtiyacı kimi qəbul edildiyi göstərilir. Nəticə etibarilə dua mənəvi- psixoloji baxımdan insanların həyatına dərin təsir göstərir, streslə mübarizədə təbii və effektiv üsul kimi qiymətləndirilir. Bu yanaşma yaşadığımız dövrdə streslə mübarizə aparmaq üçün alternativ və ümumiləşdirilmiş həll yolu təqdim edir.
Qeyd edək ki, duanın hər cəmiyyətdə mövcud olması onu hər kəs üçün əlçatan vasitəyə çevirir və bu, streslə mübarizədə böyük üstünlükdür.
This article explores the role of prayer in coping with stress and its effects on stressful situations in human life. The object of the research is the psychological impact of prayer in combating stress. The aim is to analyze the influence of prayer on a person's emotional and spiritual well-being. The article examines the meaning and essence of prayer, as well as its effects, such as reducing stress and fostering inner peace, through the analysis and synthesis of scientific literature. The results indicate that prayer is a natural and effective means for believers to cope with stress, calm the inner world and provide hope and comfort. The findings of this research open new perspectives in the field of stress reduction and enhancing psychological well-being. The physical and psychological effects of stress can significantly diminish a person's quality of life. In this regard, there are various ways and methods to combat stress. For believers, however, prayer is one of the most natural and effective means in dealing with stress.
Prayer is not only a religious act but also a powerful way to soothe a person's inner world and offer hope and comfort.
The article thoroughly analyzes the meaning and essence of prayer, as well as its effects on a person's spiritual and soul life. The primary focus is on prayer's ability to reduce stress and create inner peace. The article discusses the psychological effects of prayer and its effectiveness in combating stress, drawing on various scientific studies, research, and sources.
When praying, individuals entrust their stressful situations, worries, fears, and tensions to a higher power, which creates a psychological sense of relief and relaxation. This process helps a person feel more at ease and secure.
The presence of prayer in all eras, cultures, and religious beliefs demonstrates that it is regarded as a fundamental need of human nature. Consequently, prayer is recognized as a natural and effective method of coping with stress, deeply influencing people's lives both spiritually and psychologically. This approach presents an alternative and generalized solution for dealing with stress in our modern era.
The universality of prayer across all societies makes it an accessible means for everyone, which is a significant advantage in combating stress.

Telif Hakkı (c) 2025 Cəfər Cəfərov
Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisanslanmıştır.
İndir
Makale Bilgileri
- Makale Türü Din Psikolojisi
- Gönderildi Mart 26, 2025
- Kabul Edildi Mayıs 22, 2025
- Yayınlanmış Haziran 30, 2025
- Sayı № 8 (1) İyun 2025
- Bölüm Din Psikolojisi