Qurani-Kərim ayələrinin izahında iki əsas termin: “təfsir” və “təvil”
The Two Main Terms Used in Explaining the Verses of the Qur’an are Tafsir and Ta’wil
Два основных термина, используемых при толковании аятов Корана: «тафсир» и «та’виль»
Bu məqalədə “təvil” və “təfsir” sözləri bir çox lüğət və klassik təfsirlərdən nümunələr əsasında Quranın bütünlük və kontekstinə uyğun olaraq tədqiq edilməyə səy göstərilib. Yazıda, lüğəvi olaraq, təfsirin “izah etmək”, təvilin isə “bir şeyi hədəfinə çevirmək” mənalarına gəldiyini görə bilərik. Həmçinin mövzunun daha aydın dərk edilməsi üçün araşdırmada həmin sözlərin keçdiyi tarixi yola diqqət çəkilmişdir.
Məqalədə ilk dəfə olaraq Maturidinin (v. 333/944) bu iki sözü fərqləndirdiyi iddiası müqabilində, əslində, ondan, təxminən, 55 il öncə vəfat etmiş İbn Qüteybənin (v. 276/889) bu ifadələrin fərqli mənalarda işlətdiyi iddiasının mövcudluğu da ortaya qoyulmuşdur. İbn Qüteybənin yazdığı iki əsərindən birinə “Təfsiru qaribu əl-Quran”, digərinə “Təvilu muşkili əl-Quran” adlarını verməsi bunun sübutu kimi təqdim edilir. Hicri V əsrdə Rağib əl-İsfahaninin (v. 425/1034) bu sözləri tamamilə istilahlaşdıraraq, “Təfsir təvildən daha ümumidir; təfsir kəlmələrdə, təvil isə mənalarda işlədilir” tərzindəki görüşü İbn Qüteybə ilə paralellik təşkil edir.
Bununla yanaşı, məqalədə “təvil” sözünün “Ali-İmran” surəsinin 7-ci ayəsində “möhkəm” və “mütəşabih” sözləri ilə əlaqəsi araşdırılmışdır. Həmin ayədə Uca Allah möhkəm ayələri “kitabın anası” yəni, “əsası” kimi qeyd edir. Mütəşabih ayələri isə Qurani-Kərimin digər oxşarmənalı ayələri olaraq ifadə edir. “Qəlblərində əyrilik olanlar fitnə çıxarmaq və təvil etmək məqsədilə mütəşabih olana uyarlar ”(“Ali-İmran”, 3/7). Mütəşabihin lüğətdə “oxşarmənalı söz” mənasını ifadə etməsinə baxmayaraq onun “qapalı” – hər kəs tərəfindən anlaşılmayan, mütləq bir bəyan və izaha ehtiyacı olan ayələr mənasına gəldiyini irəli sürənlər də vardır.
Yazıda təvil və mütəşabih sözlər arasındakı əlaqə digər Quran ayələri ilə geniş şəkildə izah edilmişdir.
In this article, the words “ta’wil” and “tafsir” are examined on the basis of various dictionaries and classical commentaries, in accordance with the integrity and context of the Qur’an. Lexically, tafsir means “to explain, to clarify,” while ta’wil conveys the meaning of “to return something (to its ultimate purpose or meaning).” In order to make the subject clearer, the historical development of these terms has also been discussed.
It is claimed that Abu Mansur al-Maturidi (d. 333/944) was the first to distinguish between these two terms. However, research shows that Ibn Qutaybah (d. 276/889), who lived about fifty years before Maturidi, had already used these words with different nuances. In his work Ta’wil Mushkil al-Qur’an, Ibn Qutaybah draws a distinction between tafsir and ta’wil, which is considered proof of the existence of such a distinction. In the 5th century AH, al-Raghib al-Isfahani (d. 425/1034) stated that “tafsir is mostly used in explaining individual words, while ta’wil is used in interpreting whole passages,” which shows a parallel with Ibn Qutaybah’s usage.
In this article, the word “ta’wil” in Qur’an 3:7 is analyzed in connection with the concepts of muhkam (clear) and mutashabih (ambiguous) verses. The verse indicates that only Allah knows the true interpretation (ta’wil) of ambiguous verses. Mutashabih verses are expressed in ways such as “the essence of the Book,” “similar meaning,” or “allegorical expressions.” The study explores how muhkam and mutashabih verses relate to each other and how this relationship helps to clarify Qur’anic interpretation.
В данной статье предпринята попытка изучить слова «тавиль» и «тафсир» в соответствии с целостностью и контекстом Корана на основе примеров из многочисленных словарей и классических комментариев. В статье показано, что лексически тафсир означает «объяснять», а тавиль — «превращать что-либо в цель». Кроме того, для более ясного понимания темы уделено внимание историческому пути этих слов в исследовании.
В статье сначала рассматривается утверждение Ибн Кутайбы (ум. 276/889), умершего примерно за 55 лет до него, о том, что эти выражения использовались в разных значениях, в отличие от утверждения Матуриди (ум. 333/944), который различал эти два слова. В качестве доказательства приводится тот факт, что Ибн Кутайба назвал одно из своих двух произведений «Тафсир аль-Карибу аль-Коран», а другое — «Тафсир аль-Мушкили аль-Коран». В V веке хиджры Рагиб аль-Исфахани (ум. 425/1034) полностью перефразировал эти слова, и его точка зрения о том, что «Тафсир более общее понятие, чем тавиль; тафсир используется в словах, а тавиль — в значениях», параллельна мнению Ибн Кутайбы.
Кроме того, в статье рассматривается взаимосвязь слова «тавиль» со словами «мухкам» и «муташабих» в 7-м аяте суры «Али-Имран». В этом аяте Всевышний Аллах упоминает мухкам аяты как «мать Книги», то есть ее «основу». Стихи, содержащие муташабих, выражаются так же, как и другие стихи Священного Корана со схожим смыслом. «Те, чьи сердца уклоняются в сторону, следуют за иносказательным, желая посеять смуту и добиться толкования, хотя толкования этого не знает никто, кроме Аллаха» («Али-Имран», 3/7). Хотя словарь определяет муташабих как «слово со схожим значением», некоторые предполагают, что оно относится к «закрытым» стихам, которые не всем понятны и которые абсолютно требуют разъяснения и объяснения.
В статье подробно объясняется взаимосвязь слов тавиль и муташабих с другими стихами Корана.

Telif Hakkı (c) 2026 Qumru Hüseynova
Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisanslanmıştır.
İndir
Makale Bilgileri
- Makale Türü Tefsir
- Gönderildi Eylül 3, 2025
- Kabul Edildi Aralık 15, 2025
- Yayınlanmış Aralık 30, 2025
- Sayı № 8 (2) Dekabr 2025
- Bölüm Tefsir