Təsəvvüf qadınları: Rabiyə əl-Ədəviyyənin məhəbbət mistikası
Women of Sufism: The Mysticism of Love in Rābiʿa al-ʿAdawiyya’s Thought
Женщины суфизма: любовная мистика Рабии аль-Адавии
İlkin dövr sufi düşüncəsində diqqətçəkən önəmli simalardan biri Rabiyə əl-Ədəviyyə (718–801) və onun “ilahi eşq doktrinası” adlandırılan mənəvi yanaşmasıdır. Bu yarıəfsanəvi qadın sufi haqqında birbaşa özünə aid yazılı mənbələr mövcud olmasa da, sonrakı dövrlərə aid müəlliflərin rəvayətləri, bioqrafik mətnləri və xalq arasında dolaşan əfsanələr əsasında onun şəxsiyyəti və dini-fəlsəfi baxışları haqqında müəyyən təsəvvür formalaşdırmaq mümkündür.
Rabiyə əl-Ədəviyyənin yaşadığı dövr İslam hüququnun – şəriətin – formalaşıb möhkəmləndiyi bir mərhələdir. Bu dövrdə şəriət yalnız dini həyatın deyil, eyni zamanda, hüquq, siyasət və cəmiyyətin idarə olunmasının əsas qanunverici çərçivəsini təşkil edirdi. Şəriətin qadınlara verdiyi hüquq və vəzifələr isə onların ailə və cəmiyyətdəki mövqelərinin möhkəmlənməsində mühüm rol oynamışdır.
Bu məqalədə Rabiyə əl-Ədəviyyənin sufizm tarixindəki rolu onun “ilahi məhəbbət” anlayışı çərçivəsində, həmçinin dövrün hüquqi-mənəvi kontekstində təhlil olunur. Tədqiqatda tarixi-hermenevtik yanaşma ilə yanaşı, mənbə tənqidi və komparativ analiz metodlarından da istifadə edilmişdir. Rabiyənin fikirləri birbaşa yazılı əsərlərlə deyil, onun haqqında formalaşmış təzkirə ədəbiyyatı və digər Orta əsrlər bioqrafik mənbələr əsasında yenidən təhlil olunur.
Rabiyə əl-Ədəviyyə təlimində “ilahi məhəbbət” mərkəzi anlayış kimi çıxış edir. Onun bu məhəbbətə əsaslanan mistik yanaşması formalaşmaqda olan İslamın ortodoksal prinsiplərindən qaynaqlanır. Hərçənd Rabiyənin öz qələmindən çıxmış əsərlər mövcud deyil; əldə olan bioqrafik mənbələr, – xüsusilə məşhur sufi təzkirəçisi Fəridəddin Əttarın verdiyi məlumatlar, – onun dua və nəsihətləri əsasında dini görüşlərinin yenidən təhlilinə imkan verir. Bu mənbələrdə, əsasən, onun dostları və qonaqları ilə söhbətləri, suallara verdiyi cavablar və nəsihət xarakterli fikirləri yer alır. Rabiyənin mistik yanaşması daha çox “tövbə, şükür və təcəlla” anlayışları ətrafında cəmlənir, onun asketik həyat tərzi ilə tamamlanır.
One of the most prominent figures in early Sufi thought is Rābiʿa al-ʿAdawiyya (718–801) and her spiritual approach is often referred to as the “doctrine of divine love.” Although no writings directly attributable to this semi-legendary female mystic have survived, the narratives of later authors, biographical accounts, and popular legends allow us to form a certain understanding of her personality and her religious-philosophical outlook.
The period in which Rābiʿa al-ʿAdawiyya lived coincided with the formation and consolidation of Islamic law (sharīʿa). During this time, the sharīʿa constituted not only the framework of religious life but also the fundamental legislative structure for law, politics, and social governance. The rights and duties assigned to women within the sharīʿa played an important role in strengthening their status both within the family and society at large.
This article examines the role of Rābiʿa al-ʿAdawiyya in the history of Sufism through the lens of her concept of “divine love,” while situating her within the legal–ethical context of her era. The study employs a historical–hermeneutical approach alongside source criticism and comparative analysis. Her ideas, preserved not in direct written works but in the hagiographical literature (tadhkira) and other medieval biographical sources, are reassessed on the basis of these materials.
In Rābiʿa al-ʿAdawiyya’s teaching, “divine love” emerges as a central concept. Her mystical approach, grounded in this love, stems from the developing orthodox principles of Islam. Although no writings from her hand are extant, the available biographical sources—especially the accounts of the renowned Sufi hagiographer Farīd al-Dīn ʿAṭṭār—enable a reinterpretation of her religious views through her prayers, sayings, and admonitions. These sources mainly record her conversations with friends and visitors, her responses to questions, and her moral counsel. Rābiʿa’s mystical perspective is primarily shaped by the notions of “repentance, gratitude, and divine manifestation (tajallī),” complemented by her ascetic way of life.
Одной из наиболее значимых фигур ранней суфийской мысли является Рабия аль-Адавия (718–801) и её духовный подход, известный как «доктрина божественной любви». Хотя до наших дней не дошли письменные источники, непосредственно принадлежащие этой полулегендарной женщина-суфию, рассказы более поздних авторов, биографические сочинения и народные предания позволяют сформировать определённое представление о её личности и религиозно-философских взглядах.
Период жизни Рабии аль-Адавии совпал с этапом формирования и укрепления исламского права — шариата. В это время шариат представлял собой не только основу религиозной жизни, но и фундаментальную законодательную структуру, регулирующую право, политику и управление обществом. Права и обязанности, предоставленные женщинам в рамках шариата, сыграли важную роль в укреплении их положения в семье и в общественной жизни.
В данной статье роль Рабии аль-Адавии в истории суфизма рассматривается через призму её понимания «божественной любви», а также в контексте правовых и духовных реалий её эпохи. В исследовании используются историко-герменевтический метод, а также методы критики источников и сравнительного анализа. Взгляды Рабии переосмысливаются на основе тазкире-литературы и других средневековых биографических источников, поскольку собственных её сочинений не сохранилось.
В учении Рабии аль-Адавии «божественная любовь» выступает как центральная категория. Её мистический подход, основанный на этой любви, восходит к формирующимся ортодоксальным принципам ислама. Несмотря на отсутствие её авторских трудов, имеющиеся биографические источники — особенно сведения известного суфийского тазкире-писателя Фарид ад-дина Аттара — позволяют вновь проанализировать её религиозные воззрения через призму её молитв, наставлений и поучений. В этих источниках в основном приводятся её беседы с друзьями и посетителями, ответы на вопросы и нравоучительные высказывания. Мистическое мировоззрение Рабии формируется прежде всего вокруг понятий «покаяние, благодарность и божественное проявление (таджалли)», которые дополняются её аскетическим образом жизни.

Copyright (c) 2026 f.f.d. Qəmərxanım Cavadlı
Это произведение доступно по лицензии Creative Commons «Attribution-NonCommercial» («Атрибуция — Некоммерческое использование») 4.0 Всемирная.
Загрузки
Информация о статье
- Тип статьи Мистика
- Отправлено май 15, 2025
- Принято октябрь 31, 2025
- Опубликован декабрь 30, 2025
- Выпуск № 8 (2) Dekabr 2025
- Раздел Мистика