Qədim türklərdə və müsəlman türk toplumlarında “qonaqpərvərlik” anlayışının müqayisəli təhlili
A Comparative Analysis of the Concept of Hospitality Among Ancient Turks and Muslim Turkic Communities
Сравнительный анализ концепции гостеприимства у древних тюрков и в мусульманских тюркских сообществах
Araşdırmada islamaqədərki və müsəlman türk toplumlarında qonaqpərvərliyin tarixi, mədəni və sosial mahiyyəti tədqiq olunur. Məqsəd qədim türk adətlərində formalaşmış qonaq qarşılanması ənənəsinin sosial davranışdan mənəvi və hüquqi məsuliyyətədək transfermasiyasını, həmçinin İslamın bu ənənələrə təsirini araşdırmaq olmuşdur. Orxon–Yenisey abidələri, Göytürk kitabələri, “Kitabi-Dədə Qorqud”, “Manas” eposları, Yusif Balasaqunlunun “Qutadğu bilig”i və Kaşğarlı Mahmudun “Divani-lüğətit-türk” kimi mənbələr qonaqpərvərliyin yalnız sosial davranış olmadığını, eləcə də törə, inanc, əxlaq və humanist prinsiplər daşıdığını göstərir.
İslamaqədərki türk toplumlarında qonaqpərvərlik – qonağa hörmət, qorumaq, ehtiyacını ödəmək, hətta düşmən olsa belə, ona toxunmamaq kimi prinsiplərlə bağlı olmuşdur. Qonağın bərəkət və ilahi lütf daşıyıcısı kimi qəbul edilməsi bu ənənənin sosial və mənəvi əhəmiyyətini artırmışdır. Karvansaralar və qonaq evlərinin təşkili bu ənənənin dövlət idarəçiliyinədək yüksəldiyini göstərir.
İslamın təsiri ilə qədim “Tanrı qonağı” anlayışı dini prinsiplərlə uzlaşmış, qonağa xidmət ibadət və savab kimi qiymətləndirilmiş, fədakarlıq, səmimiyyət və qarşılıqsız yaxşılıq prinsipləri qədim adətlərin sağlam əsaslarla islahını təmin etmişdir. Qonaqpərvərlik həm törə, həm də şəriət tərəfindən dəstəklənən sosial-dini bir dəyərə çevrilmiş, dövlət siyasətində və cəmiyyət həyatında mühüm rol oynamışdır.
Beləliklə, qonaqpərvərlik türk–İslam mədəniyyətində milli-mədəni kimliyin, mənəvi dəyərlərin və ictimai həmrəyliyin ayrılmaz atributu olmuş, sosial və dini kodların sintezini əks etdirən fundamental prinsiplərdən biri kimi qorunub-saxlanmışdır.
This study explores the historical, cultural, and social significance of hospitality in preIslamic and Muslim Turkic communities. It aims to examine the transformation of the guest reception tradition, which took shape in ancient Turkic customs, from a form of social behavior to one involving moral and legal responsibility, as well as the influence of Islam on these customs.
The sources used the Orkhon-Yenisei inscriptions, the Göktürk monuments, Kitabi-Dede Qorqud, the Manas epic, Yusuf Balasaguni’s Qutadgu Bilig, and al-Kashgari’s Divanu Lughatit-Turk – show that hospitality in Turkic societies was not merely a social practice but was also grounded in customary law, belief systems, ethics, and humanistic principles.
In pre-Islamic Turkic societies, hospitality was tied to values such as respect for the guest, protection, meeting their needs, and even non-aggression toward enemies. Guests were regarded as bearers of divine grace and blessing, which gave this tradition a strong spiritual and social value. The construction of caravanserais and guesthouses indicates the institutionalization of this tradition at the state level.
Under Islamic influence, the ancient concept of the “guest of Tengri” was aligned with religious values. Serving guests was considered to be an act of worship and a source of divine reward. Principles such as self-sacrifice, sincerity, and altruism led to a moral reform of the old traditions.
As a result, hospitality evolved into a socio-religious value upheld by both customary norms and Islamic law (Sharia), playing a vital role in governance and public life. Hospitality became an inseparable component of Turkic-Islamic culture – an essential part of national-cultural identity, moral values, and social solidarity – and has been preserved as a fundamental principle reflecting the synthesis of social and religious norms.
В данном исследовании рассматривается историческая, культурная и социальная сущность гостеприимства в доисламских и мусульманских тюркских обществах. Целью работы было изучение трансформации традиции приема гостей, сформировавшейся в древнетюркских обычаях, от социального поведения до моральной и правовой ответственности, а также влияние ислама на эти традиции. Источники, такие как памятники Орхон-Енисей, надписи Гёк-Тюрков, эпосы «Китаби-Деде Коркуд», «Манас», «Кутадгу Билиг» Юсуфа Баласагуна и «Диуан лугат ат-тюрк» Махмуда Кашгари, показывают, что гостеприимство воспринималось не только как социальное поведение, но и как явление, регулируемое обычаями, верованиями, моралью и гуманистическими принципами.
В доисламских тюркских обществах гостеприимство включало уважение к гостю, защиту, удовлетворение его потребностей, а также принцип не причинять вреда, даже если гость был врагом. Признание гостя носителем благословения и божественной милости усиливало социальное и духовное значение этой традиции. Организация караван-сараев и гостевых домов демонстрировала, что эта традиция поднималась до уровня государственной администрации.
Под влиянием ислама древнее понятие «гость Бога» согласовалось с религиозными принципами: служение гостю стало восприниматься как поклонение и заслуга, а принципы самопожертвования, искренности и бескорыстного добра обеспечили реформирование древних обычаев на прочной основе. Гостеприимство превратилось в социально-религиозную ценность, поддерживаемую как обычаями, так и шариатом, играя важную роль в государственной политике и общественной жизни.
Таким образом, гостеприимство стало неотъемлемым атрибутом национально-культурной идентичности, духовных ценностей и общественного единства в тюрко-исламской культуре, сохранившись как один из фундаментальных принципов, отражающих синтез социальных и религиозных кодов.

Copyright (c) 2026 i.f.d., dos. Məmmədəli Babaşlı
This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.
Downloads
Article Information
- Article Type Sociology of Religion
- Submitted September 11, 2025
- Accepted December 8, 2025
- Published December 30, 2025
- Issue № 8 (2) Dekabr 2025
- Section Sociology of Religion