Təfsir
“Kəşfül-həqayiq”də mənəvi dəyər olaraqvəhdət, elm, yaxşılığa dəvət və pislikdən çəkindirmə
Unity, Knowledge, Encouraging Virtue and Dissuading Wickedness as Moral Values in “Kashf ul-Haqaiq”
Единство, наука, приглашение к добру и воздержание от зла как духовные ценности в «Кашфуль-хагайик»
Müəlliflər
-
i.f.d. Nicat Yəhyazadə
https://orcid.org/0000-0002-2916-1698
Müəllif bioqrafiyası
Mən, Yəhyayev Nicat Süleyman oğlu 1987-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşam. 2004-cü ildə Quba şəhəri “Şəhid Hacıbaba Əliyev” adına 1 saylı orta məktəbi bitirmişəm. Doqquz yaşımda Quba şəhərində ibtidai dini təhsilimi, Quranı öyrənməklə başlamışam. 2002-ci ildən Quba şəhərində Quran müəllimi və Quran müsabiqələrinin təşkilatçısı kimi fəaliyyət göstərmişəm.
2006-cı ildə İİR-da Beynəlxalq əl-Mustafa Universitetinin “Teologiya” (Əqaid-Kəlam) fakultəsinə daxil olmuş, 2011-ci ildə bu fakultə üzrə bakalavr pilləsini müvəffəqiyyətlə bitirmişəm. 2016-ci ildə həmin universitetin “Təfsir və Quran elmləri” ixtisası üzrə magistraturanı başa vurmuşam. 2018-ci ildə isə həmin universitetin, Quran və təlim-tərbiyə fakultəsi üzrə doktorantura pilləsinə qəbul olmuş və 2021-ci ildə bu elmi ixtisası başa vuraraq, ”İlahiyyat üzrə fəlsəfə doktoru” elmi dərəcəsinə yiyələnmişəm.
2015-2020-ci illər ərzində universitetin nəzdində “Təfsir”, “Quran elmləri”, “Quran tərcüməsi”, “Ərəb dilinin qrammatikası” (Sərf və Nəhv) üzrə müəllim-pedoqoq vəzifəsində çalışmışam. Bu illər ərzində bir neçə diplom işinin, elmi rəhbəri və məsləhətçisi də olmuşam. 2018-ci ildə yeddinci “Tuba” Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında Yazılı mühazirələr (moizələr) bölməsində 2-ci yerə layiq görülmüşəm. 2019-cu ildə “Quran və təlim-tərbiyə” fakultəsinin doktorantları arasında “Əlaçı” dərəcəsi ilə təltif olunmuşam. 2020-ci ildə “Şeyx Tusi” adına Beynəlxalq konfransda “İslamda övlad hüquqları və sağlam ailə” adlı elmi məqalə ilə 2-ci yerə layiq görülmüşəm.
Həmçinin yerli və xarici elmi jurnallarda, habelə xaricdə keçirilən Beynəlxalq Kongres və Konfranslarda dini-ictimai mövzularda çap edilən 10-dan çox elmi məqalənin müəllifiyəm:
- “Mir Məhəmməd Kərim Bakuvinin elmi-ictimai həyatı və “Kəşful-həqaiq” təfsiri” (A.M.E.A, Bakı, “Metafizika” bey. fəlsəfi və fənlərarası araşdırmalar jurnalı, 3 (2) 2020)
- “Orucun mənəvi və cismi sağlamlığa təsirləri Quran və hədislərdə”. (“Quran və müxtəlif elmlər baxımından mənəvi və cismi sağlamlıq” Konfrans, İ.İ.R. Mazandaran əyaləti, 2017)
- “Cəmiyyətin mənəvi sağlamlığında insan haqları prizmasından Quranın rolu”. (“Quran və humanitar elmlər” Kongres, İ.İ.R.Qum, 2018)
- “Quran baxımından cəmiyyətin əxlaqi sağlamlığının tənəzzülündəki faktorlar”. (“Quranın kütləvilik və qloballığı” Konfrans, İ.İ.R.Qum, 2018)
- “Kəşful-həqayiq təfsiri, Azərbaycanın dini və milli mədəniyyəti”. (“İslam elmlərinin yaranması və inkişafında şiəçiliyin rolu” Kongres, İ.İ.R.Qum, 2018)
- “Ailə hüquqlarına riayət etməmək və ailənin mənəvi tənəzzülü Quranda”. (“İslami və humanitar elmlər” Konfras, İ.İ.R.Tehran, 2018)
- “İslamda övlad hüquqları və sağlam ailə”. (“İnsan haqlarının müqayisəli şəkildə araşdırılması” elmi jurnal, İ.İ.R.Qum, 2018)
- “İslamda haqqun-nas və onun nümunəvi ailənin formalaşmasındakı rolu” (“İslam elmləri, müasir insan və ailə ocağı” Konfrans, Sari, 2018)
- “Yazılı mühazirələr (moizələr)” (İ.İ.R.Məşhəd, 2018)
- “Qədir-Xum hadisəsində, tərbiyəvi metodlar” (“Qədir” Konfras, İ.İ.R.Qum, 2019)
- “Quranın təfsirində hədislərin rolu”. (Fazil Lənkəraninin Quran elmləri barədə fikirlərinə həsr olunmuş Konfrans. İ.İ.R.Qum, 2020)
- “İmam Əlinin (ə) imamət və spesifik fəzilətləri Quranda” (İmam Əlinin (ə) şəxsiyyəti barədə Konfrans. İ.İ.R.İsfahan, 2020)
- “Quranın tərbiyəvi ecazkarlığının təhlili”. (Quran və humanitar elmlər jurnalı, Əl-Mustəfa uni, 2021)
2020-ci ildə Azərbaycanda ilk dəfə olaraq Quranın tematik təfsir metodu üzrə qələmə aldığım “HAQQUN-NAS” (cəmiyyət və ailənin mənəvi sağlamlığında rolu) adlı əsərim DQİDK razılığı əsasında çap olunmuşdur. Həmçinin üç cilddə tərtib etdiyimiz “QURANI OXUYUB BAŞA DÜŞÜRƏM” adlı kitabın 2023-cü ilin əvvəllərində DQİDK-dən çap icazəsi alınmışdır və yaxın gələcəkdə nəşri planlaşdırılır.
Hazırda Quranın, yeni metodla Azərbaycan dilinə “SƏLİS VƏ İZAHLI” tərcüməsi üzərində çalışıram. Həmçinin yazıçı kimi “Quran təfsiri” və “Ailə-uşaq tərbiyəsi” sahələri üzrə araşdırmalarımı davam etdirməkdəyəm. Təhsil müddətində ərəb və fars dillərini mənimsəmişəm. Ailəliyəm üç övladım var.
İnsan ictimai varlıq olduğundan, maddi və fiziki ehtiyaclarını təmin etməsi ilə yanaşı, mənəvi dəyərlərə də yiyələnməli, onları öz fərdi və ictimai yaşayışında həyata keçirməlidir. Mənəvi dəyərlər insanın mənəviyyatı ilə birbaşa sıx əlaqədə olan məsələdir. Onları daim diqqətdə saxlamaq, qorumaq və gələcək nəsillərə çatdırmaq inanclı və vətənpərvər insanların ümdə vəzifələrindən biridir. Mənəvi dəyərləri qoruyub-saxlaya və inkişaf etdirə bilməyən bir cəmiyyəti məhrumiyyətlər, bəlalar və zillət gözləyir. Belə dəyərlərə sadiq çıxmaq isə bir çox sahədə yüksək nailiyyətlərlə nəticələnə bilər. Mənəvi dəyərlər həyati məsələ olduğundan, əksər hallarda böyük və nüfuzlu şəxslər tərəfindən cəmiyyətə aşılanır. Mir Məhəmməd Kərim Bakuvi də Azərbaycanda mənəvi dəyərlərimizin təbliğində təsiredici şəxsiyyətlərdən biri olmuşdur. O, elmi sahədə rəvan qələmi ilə mənəvi dəyərləri bəyan etmiş, ictimai işlərdə yorulmaz fəaliyyəti nəticəsində bu sahədə əvəzsiz xidmətlər göstərmişdir.
Məqaləni qələmə almaqda əsas məqsəd “Kəşfül-həqayiq” təfsiri və onun müəllifinin mənəvi dəyərlərimizə verdiyi töhfəni üzə çıxarmaq, onun bu dəyərlərə olan təsirini qismən də olsa araşdırmaqdır. Məqalədə müəllifin diqqətini daha çox cəlb edən – mənəvi dəyərlərdən hesab olunan vəhdəti təbliğ etmək, təhsilə dəyər vermək, yaxşılığa dəvət və pislikdən çəkindirməkdir. “Kəşfül-həqayiq” təfsiri də bu nöqteyi-nəzərdən araşdırılıb. Sözügedən bu üç mənəvi dəyər, digər mənəvi dəyərlərlə müqayisədə, daha çox əhəmiyyətə malikdir. Vəhdət – cəmiyyəti parçalanmaqdan və təfriqədən qoruyacaq yeganə amildir. Təhsil isə cəmiyyətdə digər mənəvi dəyərlərin formalaşmasında xüsusi rol oynayır. Yaxşılığa dəvət və pislikdən çəkindirmək isə sosial yaşayışda haqq-ədalətin gerçəkləşməsində misilsiz təsirə malikdir. Hazırkı məqalə təsviri-analitik qaydada, məzmun analizinə əsaslanaraq, dini mətnlərdən istifadə etməklə tədqiq olunub.
Since human is a social being, in addition to meeting his material and physical needs, he should acquire moral values and apply them in his personal and social life. Moral values are closely related to the spirituality of a person. Preserving and transmitting these values to future generations is a fundamental responsibility for every believer and patriot. A society that fails to maintain and develop moral values may face adversities, troubles, and humiliation. However, adhering to these values can lead to tremendous accomplishments in many fields. Because of being vital, moral values are mostly instilled in society by authoritative people. Mir Muhammad Karim al-Bakuvi was also one of the influential personalities in promoting our moral values in Azerbaijan. Through his eloquent writing style and dedicated engagement in public affairs, he advocated for moral values and made invaluable contributions to various branches of study.
The main purpose of the article is to reveal the interpretation of "Kashf ul-haqaiq" and its author's contribution to our moral values and to study his influence on these values, at least partially. In the article, moral values, particularly promoting unity, valuing education, encouraging virtue, and dissuading wickedness attract the author's attention.
The interpretation of "Kashf ul-Haqaiq" was also examined from this point of view. These three moral values are more important than others. Unity stands out as a crucial factor that protects society from fragmentation and division. Education also plays a key role in the formation of other moral values in society. Furthermore, encouraging virtue and dissuading wickedness has an incomparable effect on the realization of justice in social life. The article was studied descriptive-analytically, based on content analysis, utilizing religious texts.
Поскольку человек является существом социальным, то помимо удовлетворения своих материальных и физических потребностей должен приобретать моральные ценности и реализовывать их в своей личной и общественной жизни. Потому что моральные ценности тесно связанны с духовностью человека. Сохранение, защита и передавание их будущему поколению является самой важной задачей каждого верующего и патриота. Общество, не способное сохранять и развивать моральные ценности, ожидает лишения, беды и унижения. В результате приверженности моральным ценностям является достижение высоких достижений во многих областях. Моральные ценности являющиеся жизненно важным вопросом во многих случаях предоставлялись обществу великими и влиятельными личностями. Мирмухаммед Керим Бакуви был одним из влиятельных личностей, пропагандирующих моральные ценности Азербайджана. Своим беглым пером он провозглашал моральные ценности в научной области и внес незаменимый вклад в данную сферу неустанной деятельностью в общественных делах.
Основной целью статьи является раскрыть вклад и влияние на моральные ценности путем изложения произведения «Кашфуль-хагайик». В статье основываясь на изложение произведения «Кашфуль-хагайик», особое внимание уделено вопросам создания единства, ценность образования, призыву к доброте и воздержанию от злых дел. С этой точки зрения рассматривалась толкование «Кашфуль-хакайик»а. В сравнении с другими, эти моральные ценности более важны. Потому что единство это основной фактор, предохраняющий общество от раскола и разделения. Образование также занимает особую роль в формировании других нравственных ценностей общества. Приглашение к добру и воздержание от злых дел оказывает ни с чем не сравнимое влияние на реализацию справедливости в общественной жизни. Статья разработана на основе описательно-аналитических правил и содержательного анализа религиозных текстов.
Ağayev, M. (2019). “Təbatəbai və ülumi-Quran baxımından “Əl-Mizan” təfsiri”, Bakı, Din araşdırmaları jurnalı, 2 (3).
Babaşlı, M. (2008). Axund Mir Məhəmməd Kərim Mircəfərzadə əl-Bakuvinin həyat və yaradıcılığı. Dövlət və Din, Bakı, mart, № 1 (5), s. 158-169.
Əlifzadə, C. (2018). Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizlə bağlı fikirləri, Bakı, “Mənəvi dəyərlərin təbliği fondu” nəşriyyatı.
Ərtəkin, Ə. (2017). “Kəşfül-Həqayiq” təfsirini tanıtma məqaləsi.
Fərhadov, Ə. (2012). Mir Məhəmməd Kərim MirCəfər Əl-Bakuvi və Maarifçilik, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, N:2.
Hurr Amili, M. H. (1409 h.q). Vəsailuş-şiə, 30 cilddə, Qum, Alul-beyt nəşriyyatı.
İsmayılov, M. (2002). 20-Yüzyılda Azerbaycanda Yapılan Kuran Tefsiri ve Meal Çalışmaları, İstanbul.
İsmayılov, M. (2011). Təfsir üsulu və tarixi, Bakı, Bakı İslam universiteti nəşriyyatı.
Nəhmədov, A. (2019). Qloballaşma və mənəvi dəyərlər, Bakı, “Mənəvi dəyərlərin təbliği fondu” nəşriyyatı.
Nuri, H.M.T. (1408 h.q). “Müstədrəkül-Vəsail və Müstənbitul-Məsail”, 18 cilddə, Qum, “Alul-Beyt (ə)” nəşriyyatı.
Təbatəbai, M.H. (1417 h.q). Əl-Mizan təfsiri, 20 cilddə, Qum, “İntişarate islami cameye muderrisin hozeye elmiyye” nəşriyyatı.
Yəhyazadə, N. (2020). “Mir Məhəmməd Kərim Bakuvinin elmi-ictimai həyatı və Kəşfül-həqayiq təfsiri”, Bakı, Metafizika jurnalı, (ISSN 2616-6879), 3 (2).
Yəhyazadə, N. (2020). Haqqun-nas (cəmiyyət və ailənin mənəvi sağlamlığında rolu) – Tematik təfsir, Bakı, “Nurlar” nəşriyyatı.
-
Daha çox istinad formatı
- ##plugins.generic.citationStyleLanguage.style.acm-sig-proceedings##
- ##plugins.generic.citationStyleLanguage.style.acs-nano##
- ##plugins.generic.citationStyleLanguage.style.apa##
- ##plugins.generic.citationStyleLanguage.style.associacao-brasileira-de-normas-tecnicas##
- ##plugins.generic.citationStyleLanguage.style.chicago-author-date##
- ##plugins.generic.citationStyleLanguage.style.harvard-cite-them-right##
- ##plugins.generic.citationStyleLanguage.style.ieee##
- ##plugins.generic.citationStyleLanguage.style.modern-language-association##
- ##plugins.generic.citationStyleLanguage.style.turabian-fullnote-bibliography##
- ##plugins.generic.citationStyleLanguage.style.vancouver##
- ##plugins.generic.citationStyleLanguage.style.ama##
- ISNAD Atıf Sistemi
- RIS
- BIBTEX
- EndNote
- Zotero
- Mendeley

Müəllif hüququ (c) 2024 i.f.d. Nicat Yəhyazadə
Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.
Endirin
Məqalə Məlumatları
- Məqalə Növü Təfsir
- Təqdim Edildi dekabr 11, 2023
- Qəbul Edildi yanvar 19, 2024
- Yayımlanıb dekabr 30, 2023
- Nömrə № 2 (11) Dekabr 2023
- Bölmə Təfsir
-
i.f.d. Nicat Yəhyazadə