İslam etiqadına görə “Qurani-Kərim” The Holy Quran According to Islamic Belief Коран согласно исламскому убеждению
Xülasə
İnsan öz fitrəti etibarilə məqsəd və hədəfini müəyyən etməyə can atır. Dünyaya gəlmə səbəbini və həyatda nail olmağa çalışdığı hədəfini araşdıran insan bəzi mövzulara vaqif olub suallara cavab verə bilsə də, mənəvi yöndən bəzi boşluqları, sadəcə, Allahın göndərdiyi din ilə doldura bilmişdir. İslam dininin insana yön verməsi, ona yeni hədəflər qazandırması vəhy yolu ilə olmuşdur. İnsanın bilik əldə etməsinin müxtəlif yolları mövcuddur. Bunlardan ən mühümlərindən biri də vəhydir. Bu baxımdan, “Qurani-Kərim” həyatda özünə yer tapması üçün insana köməklik göstərən ilahi kitab hesab olunur. Allah tərəfindən ilahi vəhy olaraq göndərilən “Qurani-Kərim”, sadəcə, dini yaşamaq mövzusunda deyil, eyni zamanda, insanın unutduğu, yaxud gözardı etdiyi əxlaq, hüquq, tarix mövzularında da bir çox məsələlərə toxunmuşdur. Quran həm nazil olduğu dövrdə, həm də müasir dövrümüzdə istər üslubu baxımından, istərsə də mövzuları baxımından cəlbedicidir. Eyni zamanda, İslam düşüncəsində təkraredilməzliyi ilə möcüzə olaraq qəbul edilmişdir. Məqalədə vəhyin mahiyyəti, Quranın nazil olması və başa düşülmə yolları haqqında qısaca bəhs edilmiş, mövzuya aydınlıq gətirmək üçün bəzi nümunələr verilmişdir.
Man aspires to determine his goals and target instictively. Searching the answers to the questions about birth and the purpose of life, humans found some of the answers of their questions, however, they could fill the gaps with God and religion. Through revelations Islam was directing people and giving them new targets. There are various ways of acquiring knowledge. One of the most important of these ways is wahy (revelation). From this point of view, the Quran can be considered a divine book that helps people to find their place in life. The Quran, sent down by divine inspiration from God, is not merely a matter of religion, but also a number of issues related to the morality, law, and history that humans have forgotten. The Quran is attractive both in terms of its style and the topics it covers in the modern era. At the same time, it is accepted as amiracle in Islamic thought for its uniqeness. The article gives a brief summary of the essence of revelation, the emergence of the Quran and its comprehension and gives some examples to explain the subject.
Человек по своей натуре стремится достичь своих целей и намерений. Несмотря на то, что человек, изучающий причины появления на свет и цели, которые он хочет достичь в этой жизни, понимает некоторые темы и может ответить на некоторые вопросы, некоторые пустоты в моральной сфере смог заполнить только религией, ниспосланной Аллахом. Исламская религия направила людей и поставила им новые цели путем откровений. Существуют различные пути получения знаний человеком. Одним из важных среди них является откровение. С этой точки зрения Коран считается божественной книгой, помогающей людям найти свое место в этой жизни. Коран, ниспосланный Аллахом в качестве божественного откровения, затронул не только тему религиозного бытия, но и многие вопросы на нравственные, правовые, исторические темы, которые человек забыл или игнорировал. Как и во время ниспослания, так и в современную эпоху Коран привлекателен по своему стилю и содержанию. В то же время в исламском мышлении считается чудом своей неповторимостью. В статье коротко описаны суть откровения, ниспослание Корана и пути его понимания, приведены некоторые примеры для пояснения темы.
Açar sözlər
Referanslar
- Qurani-Kərim, tərcümə edənlər akad. Z.M.Bünyadov və V.M.Məmmədəliyev, Bakı-2011.
- Cəfər Sübhani, (2012). İslamda əqidəəsasları. Bakı.
- Əllamə Məclisi, Biharul-ənvar. 110 cilddə, əl-Vəfa, Beyrut-1403 h.q.
- İbn Mənzur. Əbül-Fəzl Məhəmməd ibn Mükərrəm, Lisanul-ərəb, Beyrut, tarixsiz.
- Muhsin Dəmirçi, (1998). Təfsir Üsulu və Tarixi. İstanbul.
- Rağib əl-İsfəhani, Mufrədətu əlfazul-Quran.
- Selman Başaran, Ali Sönməz. (1993). Hadis üsulu və tarihi. Bursa.
- Şeyx Səduq. Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babuveyh əl-Qummi. (1362). İləluş-Şərai, Məşhəd.
- Təbərsi, Fəzl ibn Həsən. 5 cilddə, “əl-Məktəbətul-elmiyyətul-İslamiyyə” mətbəsi, Tehran.
Lisenziya
Müəllif hüququ (c) 2019 f.f.d. Əlirza Qafarov
Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.