p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Məqalələr

Kollektiv ictihad الاجتھاد المجمعي Collective ijtihad Коллективный иджтихад

Məhəmməd Süleyman معھد العلوم الاجتماعية، بجامعة مرمرة طالب في قسم الحقوق الإسلامية، 0000-0003-1245-2170

Necə istinad edilir?

Süleyman, Məhəmməd , Süleyman, M , , Din Araşdırmaları Jurnalı, Kollektiv ictihad, 6, 10, 2023, 261-280, 2023

Zotero Mendeley EN EndNote

Xülasə

Bu məqalənin başlıca hədəfi ictihad növlərindən biri olan “kollektiv ictihad” mövzusunu müzakirə obyektinə çevirməkdir. Mövzu iki əsas başlıq altında tədqiq edilib. Məqalənin birinci bölümündə kollektiv ictihadın tərifi, meydana gəlməsi və əhəmiyyətindən bəhs edilir. Odur ki, bu bölümdə əvvəlcə “ictihad” və “kollektiv (məcməi)” sözlərinin lüğət və termin mənaları, daha sonra isə “kollektiv ictihad” ifadəsi izah edilir. Bundan sonra üsulşünaslıqda ictihadın bu növünü ifadə etmək üçün geniş istifadə olunan digər terminlərlə yanaşı, “kollektiv ictihad” ifadəsinin seçilmə səbəbləri təhlil edilir, daha sonra kollektiv ictihadın şərtləri haqqında məlumat verilir. Bununla yanaşı, sözü- gedən bölümdə səhabə dövründən müasir zamanımızadək ictihadın keçdiyi tarixi mərhələ mövzusuna da toxunulur. Məqalənin birinci bölümünə kollektiv ictihadın əhəmiyyəti mövzusu ilə xitam verilib.
Məqalənin ikinci bölümündə kitab və sünnə ilə yanaşı, səhabə və tabiun- ların söz və davranışlarına istinadən kollektiv ictihadın legitimliyi, fərdi icti- hadın şərtlərindən yararlanaraq, kollektiv ictihadın müddəaları, eləcə də bu ictihad növünün formaları və xarakterik xüsusiyyətləri tədqiq edilir. Məqalə əldə edilən nəticələrlə yekunlaşır.
Основная задача этой статьи- превращение одного из видов иджти- хада, а именно «коллективного иджтихада» в предмет обсуждения. Вопрос изучен под двумя основными заголовками. В первом разделе статьи приведена информация о понятии «коллективный иджтихад», рассказано о его возникновении и важности. Так, в этом разделе сначала разъяснено словарное и терминологическое значение слов «иджтихад» и «коллективный (совокупный)», а далее изречение «коллективный идж- тихад». Затем наряду с другими терминами, широко используемыми в методологии для обозначения этого вида иджтихада, анализированы причины выбора изречения «коллективный иджтихад», дана инфор- мация об условиях коллективного иджтихада. Наряду с этим, в упомяну- том разделе автор коснулся исторического этапа, пройденного иджтиха- дом от периода сахабов до современности. Первый раздел статьи поды- тожен вопросом важности коллективного иджтихада.
Во втором разделе статьи изучены положения, а также формы и характерные особенности коллективного иджтихада со ссылкой на книгу и сунну, слова и поведение сахабов и табиунов с использованием леги- тимности коллективного иджтихада, условий индивидуального иджтиха- да. В конце статьи приведены выводы.

Açar sözlər

İctihad, Fiqh, Kollektiv, Kollektiv İctihad
Ijtihad, Fiqh, Collective, Collective İjtihad
Иджтихад, Фикх, Коллективный, Коллективный Иджтихад
اجتھاد, فقه, مجمع, اجتھاد مجمعي