p-ISSN: 2618-0030
Başlanğıc: 2018
Nəşr aralığı: İldə 2 nömrə
Naşir: Azərbaycan İlahiyyat İnstitutu

Fəlsəfə

M.F.Axundzadənin “Həkimi-ingilis Yuma cavab”ı və ya Qeyri-mütabiq iki Yuma yek cavab məktubu M.F.AKHUNDZADE’S “LETTER FROM DAVID HUME TO THE MUSLIM CLERGY OF INDIA” OR ONE ANSWER TO TWO DIFFERENT HUMES ПИСЬМО М.Ф.АХУНДЗАДЕ «ОТВЕТ АНГЛИЙСКОМУ ВРАЧУ ЮМУ» ИЛИ ОДИН ОТВЕТ ДВУМ НЕСООТВЕТСТВУЮЩИМ РАЗНЫМ ЮМАМ

Zaur Rəşidov AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi 0000-0002-4504-1856

Necə istinad edilir

Zotero Mendeley EN EndNote

Xülasə

Sovetlər dönəmində Kommunist Partiyasının ictimai elmlərə, xüsusən də fəlsəfəyə ideoloji yön verdiyi məlumdur. Bu mənada, həmin dövrdə əksər mütəfəkkirlərimizin fəlsəfi irsi tədqiq edilən zaman, bəlli ideologyanın əsas elementlərindən, materializm və ateizm axtarışı, həmçinin onların yaradıcılıq- larında idealizmə qarşı mübarizənin xüsusi vurğulanması vacib məqamlardan sayılırdı. Sovetlər dönəmində mübariz ateist, ardıcıl materialist və idealizmin barışmaz düşməni elan edilən maarifçilərimizdən biri də Mirzə Fətəli Axund- zadədir. Məqalədə M.F.Axundzadənin “Həkimi-ingilis Yuma cavab” adlı məktubu və ya kiçikhəcmli fəlsəfi əsərinin sovet dönəmi tədqiqatlarında ideo- loji oxunuşu və bundan törəyən təhriflər tənqidi şəkildə nəzərdən keçirilir. Məlum dönəmdə Azərbaycanda fəaliyyət göstərmiş əksər tədqiqatçılar, bir qayda olaraq, Axundzadənin bu məktubda şotland filosofu və maarifçisi D.Yumu kəskin tənqid etdiyini yazsalar da, əslində, bu ümumi fikir həqiqəti əks etdirmir. Axundzadə məktubda hakim D.Yumun səbəbiyyət problemi ilə bağlı görüşlərinə İslam fəlsəfəsi kontekstində öz münasibətini bildirir. Axundzadə səbəbiyyət probleminə yanaşmasında ilahiyyatçılar və filosofların baxışlarını müqayisə edərək, bu məsələdə filosofların görüşlərinə üstünlük verir. Eləcə də sovet dönəmində Axundzadə irsi ilə bağlı tədqiqatlarda tez-tez rast gəlinən, D.Yumun ümumiyyətlə səbəbiyyət problemini inkar etməsi mühakiməsi də gerçəklikdən tamamilə uzaqdır. Digər tərəfdən, Axundzadə məktubda daha bir məşhur Yumu da verilən səbəbiyyət sualının şərikli müəl- lifi kimi göstərir ki, o da hind və Bombey üləmasının dostu – həkim Allan Oktavian Yumdur. Bununla Axundzadə bir məktub ilə iki Yuma eyni anda cavab ünvanlamış olur. Axundzadənin iki Yuma tək cavab verməsinin təsa- düfi və ya məqsədli olması tam olaraq məlum deyil. Azərbaycanda XIX əsrdə Qərb fəlsəfəsi, eləcə də filosofları haqqında informasiya qıtlığını və səhih məlumatların olduqca kasadlığını nəzərə aldıqda, iki Yumun mütabiq tutul- ması daha çox qeyri-iradi xarakter daşıyır.
It is known that in Soviet times the Communist Party ideologically
controlled the social sciences, in particular philosophy. In this sense, in Soviet times, the most important moments were considered the search for materialism and atheism, or the main elements of ideology, when most of our thinkers’ philosophical legacies were studied as well as the struggle against idealism revealed in their work. Mirza Fatali Akhundzade, one of our great enlighteners, was declared a militant atheist, a consistent materialist, and a resolute opponent of idealism during the Soviet era. The article critically examines the ideological presentation of M.F.Akhundzade’s Letter from David Hume to the Muslim Clergy of India in Soviet period studies as well as distortions that directly result from D.Hume’s misinterpretation of the problem of causality in his philosophy. Most researchers who conducted research in Azerbaijan at the time wrote that Akhundzade sharply criticized the Scottish philosopher and enlightener D.Hume in this letter. In fact, this general opinion does not reflect the truth. In the letter, Akhundzade expresses his reaction to the philosopher D.Hume’s views on the problem of causality in the context of Islamic philosophy. When comparing the views of theologians and philosophers on the problem of causality, Akhundzade prefers the views of philosophers. Similarly, the judgment about D.Hume’s complete denial of the problem of causality, which is frequently found in Soviet period studies related to Akhundzade’s work, is completely untrue. In his letter, Akhundzade, on the other hand, mentions another famous Hume as a co- author of the question of causality, Dr. Allan Octavian Hume, a friend of the Indian and Bombay ulema. Thus, Akhundzade addresses the answer to two Humes in the same letter.
It is unclear whether Akhundzade’s single response to the two Humes was unintentional or intentional. Given the scarcity of information about Western philosophy and nineteenth-century philosophers in Azerbaijan, as well as the lack of accurate information, the identification of the two Humes is rather involuntary.
Известно, что в советское время Коммунистическая партия контро- лировала общественные науки, в частности философию, в идеологичес- ком плане. В этом смысле, когда в советский период изучалось философ- ское наследие большинства наших мыслителей, важнейшими моментами считались поиски материализма и атеизма, то есть основных элементов идеологии, а также особое отражение в их творчестве борьбы с идеализ- мом. Мирза Фатали Ахундзаде является одним из наших просветителей, признанным атеистом-борцом, последовательным материалистом и не- примиримым врагом идеализма в советское время. В статье критически анализируется идеологическое изложение письма или небольшого фило- софского труда М.Ф.Ахундзаде «Ответ английскому врачу Юму», в исследованиях советского периода и искажения, вытекающие из этого. Большинство исследователей, действующих в Азербайджане в извест- ный период, как правило, писали, что Ахундзаде в этом письме резко критиковал шотландского философа и просветителя Д.Юма. На самом деле, это общее мнение не отражает истину. В письме Ахундзаде в кон- тексте исламской философии выражает свое отношение к взглядам фи- лософа Д.Юма на проблему причинности. В своем подходе к проблеме причинности Ахундзаде, сравнивая взгляды богословов и философов, отдает предпочтение взглядам философов. Точно так же, совершенно далеко от действительности суждение о полном отрицании Д.Юмом проблемы причинности, часто встречающееся в исследованиях наследия Ахундзаде в советский период. С другой стороны, в своем письме Ахундзаде указывает на другого известного Юма, как на соавтора вопро- са о причинности, то есть на доктора Аллана Октавиана Юма, друга индийских и бомбейских улемов. Таким образом, Ахундзаде одним письмом, адресует ответ одновременно двум Юмам. Не совсем ясно, был ли единый ответ Ахундзаде двум Юмам случайным или преднаме- ренным. Учитывая скудность сведений о западной философии и филосо- фах XIX века в Азербайджане, а также отсутствие точных сведений, отождествление двух Юмов носит скорее непроизвольный характер.