1917–1920-ci illərdə Nuxa qəzasında ermənilərin milli-dini fitnəkarlıq siyasəti, siyasi və dini həyatın xüsusiyyətləri
The Policy of National-Religious Incitement of Armenians in the Nukha Region in 1917-1920, Features of Political and Religious Life
Политика национально-религиозного подстрекательства армян в Нухском районе в 1917-1920 годах, особенности политической и религиозной жизни
1917–1920-ci illərdə Şimali Azərbaycanda cərəyan edən hadisələri, dövrün xarakterik xüsusiyyətlərini izləmək, obyektiv şəkildə araşdırmaq üçün respublikamızın ucqarlarında mövcud olan vəziyyətlə tanışlıq xüsusi əhəmiyyətə malikdir. Bu mənada, bəhs olunan dövrdə ölkənin ikinci sənaye şəhəri olan Nuxada (Şəkidə) demokratik hərəkat, milli mövcudluq uğrunda aparılan mübarizə özünəməxsus çalarları ilə seçilir. Məhz bu özünəməxsusluq, milli ruhun yüksəlməsi, müstəqillik uğrunda mübarizə əzmi, milli ziyalıların və burjua nümayəndələrinin, mütərəqqifikirli din xadimlərinin birgə səyləri erməni-bolşevik guruhunun soyqırımı törətmək, dini təfriqə salmaq və hakimiyyəti ələ keçirmək cəhdlərinin uğursuzluğa düçar olmasını şərtləndirir, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması uğrunda xalqımızın apardığı Milli Azadlıq Hərəkatına öz töhfəsini verirdi.
Məqalədə qeyd olunan zaman kəsiyində beynəlxalq aləmdə cərəyan edən hadisələr fonunda Şimali Azərbaycanda, xüsusən Nuxa qəzasında sosial-iqtisadi və siyasi vəziyyət, erməni təxribatları, cəmiyyətin həyatında din xadimlərinin rolu, dini həyatın özünəməxsus xüsusiyyətləri təhlil edilir, AXC dövründə həyata keçirilən dini siyasət və onun Nuxa qəzasında təzahürü imkanlarına aydınlıq gətirilir.
Məqalədə tədqiqata cəlb edilən məsələlərdən biri də qəzada və Nuxa şəhərində əhalinin say dinamikliyində dəyişikliklərin təhlili fonunda Şimali Azərbaycanda, eyni zamanda, beynəlxalq aləmdə baş vermiş proseslərin nəzərdən keçirilməsidir.
Tədqiqatda araşdırılan xronoloji çərçivədə Nuxa qəzasında baş verən siyasi hadisələrin, erməni təxribatları fonunda cərəyan edən milli mübarizə və özünüdərk proseslərinin, dini həyatın xüsusiyyətlərinin mahiyyətini müəyyənləşdirmək və araşdırmaya cəlb etmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur.
Yazıda elmi araşdırma, müqayisəli və tarixi analiz, komplekslilik metodlarından istifadə edilmiş, obyektivlik, tarixilik, faktlara istinad və onların elmi təhlili, yerli və ümumi xüsusiyyətlərin dəyərləndirilməsi məsələləri diqqətdə saxlanılmışdır.
Bəhs edilən dövrlə əlaqədar araşdırma aparılarkən mövcud yazılı mənbələrdən, arxiv materiallarından, dövri mətbuatda əksini tapmış məlumatlardan, hadisələrin şahidi olmuş şəxslərin qələmə aldıqları əsərlərdən, həmçinin bir sıra elmi-tədqiqat nümunələrindən istifadə edilmiş, mövzunun obyektiv şəkildə öyrənilməsinə, tarixi gerçəkliklərin aşkara çıxarılmasına önəm verilmişdir.
To objectively examine the events that took place in Northern Azerbaijan between 1917 and 1920, as well as the characteristic features of this period, it is of particular importance to study the situation in the remote regions of the republic. In this regard, in Nukha (Sheki), the second industrial city of the country at the time under discussion, the democratic movement and the struggle for national existence stood out with their distinctive features. It was precisely this distinctiveness—the rise of national spirit, the determination to fight for independence, and the joint efforts of the national intelligentsia, representatives of the bourgeoisie, and progressively minded clergymen—that conditioned the failure of the Armenian-Bolshevik groups in their attempts to commit genocide, incite religious discord, and seize power. All these factors contributed significantly to the national liberation movement of our people, aimed at the establishment of the Azerbaijan Democratic Republic.
The article analyzes the socio-economic and political situation in Northern Azerbaijan, particularly in the Nukha district, the provocations carried out by Armenians, the role of the clergy in the life of society, and the specific features of religious life, all against the backdrop of the international events of the period. Special attention is given to the religious policy implemented during the existence of the Azerbaijan Democratic Republic and its manifestations in the Nukha district.
The main goal of this article is to uncover the essence of the political events that took place in the Nukhi region, the processes of national struggle and self-awareness that unfolded against the backdrop of Armenian provocations, and the specifics of religious life, and to explore them within the given chronological framework. The study utilized methods of scientific research, comparative historical analysis, and comprehensiveness, as well as the principles of objectivity, historicity, factual reference and analysis, and an assessment of local and general characteristics.
In conducting research on the period under review, available written sources, archival materials, information reported in the press of the time, eyewitness accounts, and a number of scholarly works were used. Particular emphasis was placed on an objective study of the topic and the identification of historical realities.
Для объективного исследования событий, происходивших в Северном Азербайджане в 1917–1920 гг., а также характерных особенностей данного периода, особое значение имеет изучение ситуации, сложившейся в отдалённых регионах республики. В этом контексте в Нухе (Шеки), втором индустриальном центре страны в рассматриваемое время, демократическое движение и борьба за национальное существование отличались самобытными чертами. Именно эта самобытность, рост национального духа, решимость в борьбе за независимость, совместные усилия национальной интеллигенции, представителей буржуазии и прогрессивно настроенного духовенства предопределяли неудачу попыток армяно-большевистских группировок осуществить геноцид, посеять религиозную рознь и захватить власть. Всё это вносило весомый вклад в национально-освободительное движение нашего народа, направленное на создание Азербайджанской Демократической Республики.
В статье анализируются социально-экономическая и политическая ситуация в Северном Азербайджане, в частности в Нухинском уезде, армянские провокации, роль духовенства в жизни общества, а также своеобразие религиозной жизни на фоне международных событий того времени. Особое внимание уделяется религиозной политике, проводимой в период существования Азербайджанской Демократической Республики, и её проявлениям в Нухинском уезде.
В статье одной из исследуемых проблем является рассмотрение процессов, происходивших в Северном Азербайджане, а также на международной арене, на фоне анализа изменений динамики численности населения в Газинском уезде и городе Нуха.
Основной целью исследования в рамках рассматриваемого хронологического периода является выявление и всесторонний анализ сущности политических событий, происходивших в Нухинском уезде, процессов национальной борьбы и национального самосознания, разворачивавшихся на фоне армянских провокаций, а также особенностей религиозной жизни.
В ходе исследования использовались методы научного исследования, сравнительно-исторического анализа и комплексности, а также принципы объективности, историчности, обращения к фактам и их научного анализа, оценки местных и общих особенностей.
При проведении исследования рассматриваемого периода были использованы имеющиеся письменные источники, архивные материалы, информация, отраженная в прессе того времени, труды очевидцев событий, а также ряд научных трудов. При этом особое значение придавалось объективному изучению темы и выявлению исторических реалий.

Müəllif hüququ (c) 2026 Elşən Abdurahmanov, Habil Xəlilov
Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.
Endirin
Məqalə Məlumatları
- Məqalə Növü Tarix
- Təqdim Edildi sentyabr 30, 2025
- Qəbul Edildi dekabr 12, 2025
- Yayımlanıb dekabr 30, 2025
- Nömrə № 8 (2) Dekabr 2025
- Bölmə Tarix