Antik dövr Yunanıstanda ailəyə və qadının ailədəki statusuna münasibətin sosial-fəlsəfi təməlləri
Socio-Philosophical Foundations of the Attitude Towards the Family and the Status of Women in the Family in Ancient Greece
Социально-философские основы отношения к семье и статусу женщины в семье в Древней Греции
Ailə – ictimai münasibətlərin bünövrəsinin qoyulduğu ən mühüm sosial institutlardan biridir. Antik dövr filosoflarının da bildirdikləri kimi, insan təbiəti etibarilə ictimai-mədəni varlıqdır və o, cəmiyyətdə yaşamaqla, ictimai münasibətlər qurmaqla mədəni varlıq kimi öz mövcudluğunu qoruya bilər. Sosial münasibətlərə dair ilkin prinsip və normalar isə ailədaxili münasibətlərdə öyrənilir. Ailə fərdi həyatdan ictimai fəaliyyətə açılan qapıdır. Qədim dövrlərdən etibarən, Orta əsrlər və müasir dövrədək bu məsələni tədqiqat obyektinə çevirən filosofların fikirlərindən belə nəticə hasil olur ki, ailə anlayışının təməlini insan növünün mövcudluğunu davam etdirəcək bir nəsil yetişdirmək ehtiyacı təşkil edir. Bu isə ailənin ən mühüm tərəflərini təşkil edən kişi və qadına ailədaxili münasibətlərdə bioloji məzmundan daha çox, mədəni və əxlaqi məsuliyyət yükləyir. Sözügedən məsuliyyət ailədə tərəflərin öhdəliklərinə görə riayət edəcəkləri mədəni-əxlaqi normaların, onların sosial statuslarının və hüquqlarının müəyyən edilməsi aspektindən böyük əhəmiyyət kəsb edir. Bütün bu məqamları nəzərə alanda, Antik dövrdən etibarən müasir mərhələyədək alimlərin, filosofların əsərlərində digər məsələlərlə yanaşı, ailə institutunun müzakirə obyektinə çevrilməsinin və bunun davamı olaraq bu məqalənin tədqiqat obyektinə çevirdiyi mövzunun aktual olduğunu söyləyə bilərik.
Tədqiqatın əsas məqsədi Antik dövr Yunanıstanda ailəyə və qadının ailədəki statusuna münasibətin sosial-fəlsəfi təməllərini müzakirə çərçivəsində ortaya qoymaqdır. Bu mənada, bir giriş və üç bölümdən ibarət olan məqalədə əsasən Sokrat, Platon və Aristotelin ailə institutunun əhəmiyyətinə və ailədaxili münasibətlərə, tərəflərin öhdəlik və hüquqlarına dair yanaşmaları fəlsəfi müstəvidə müzakirə obyektinə çevrilir, problemlər məlum mənbələrə əsaslanaraq deskriptiv və analitik üslubda təqdim olunur.
The family is one of the most important social institutions where the foundation of social relations is established. As ancient philosophers noted, human nature is inherently social and cultural, and humans can preserve their existence as cultural beings by living in society and establishing social relationships. Family interactions teach the initial principles and norms of social relations. The family is a gateway from individual life to social activity. From ancient times through the Middle Ages and into the modern era, the works of philosophers who have studied this issue reveal that the foundation of the concept of family is based on the necessity of raising a generation to ensure the continuity of the human species. This belief lays cultural and moral responsibility, rather than biological content, on the man and woman who form the most essential aspects of the family in intra-family relationships. This duty is vital in deciding the cultural and moral standards the parties will follow based on their family obligations, social status, and rights. Considering all these points, it becomes evident that the family institution has been a subject of discussion in the works of scholars and philosophers from ancient times to the present day. Consequently, the topic addressed in this article, as a continuation of these discussions, is relevant and significant.
The primary aim of the research is to explore the social-philosophical foundations of the family's perception and the status of women within it in ancient Greece. In this sense, the article, consisting of an introduction and three main sections, primarily focuses on the philosophical perspectives of Socrates, Plato, and Aristotle on the significance of the family institution, intra-family relations, and the obligations and rights of its members. The problems are presented both descriptively and analytically, drawing from the available sources.
Семья является одним из важнейших социальных институтов, где закладываются основы общественных отношений. Как отмечали философы античности, по своей природе человек является социально-культурным существом, и лишь живя в обществе и выстраивая общественные отношения, он может сохранять своё существование как культурное существо. Первые принципы и нормы социальных отношений изучаются именно в рамках внутрисемейных отношений. Семья представляет собой дверь, ведущую от частной жизни к общественной.
Начиная с древних времён, через Средневековье и до современности, из трудов философов, изучавших этот вопрос, можно сделать вывод, что основой понятия семьи является необходимость воспроизводства рода, что обеспечивает продолжение существования человечества. Это, в свою очередь, возлагает на мужчину и женщину, как главных участников семьи, не столько биологическую, сколько культурную и моральную ответственность во внутрисемейных отношениях.
Указанная ответственность имеет большое значение с точки зрения определения культурных и моральных норм, которых стороны должны придерживаться, а также распределения обязанностей, социального статуса и прав внутри семьи. Учитывая все эти аспекты, можно утверждать, что начиная с античных времён и до сегодняшнего дня обсуждение института семьи в трудах учёных и философов остаётся актуальной темой. Это же объясняет, почему данный вопрос стал объектом исследования в рамках данной статьи.
Основной целью исследования является выявление социально-философских основ отношения к семье и статусу женщины в семье в Древней Греции. В этом контексте в статье, состоящей из введения и трёх разделов, основное внимание уделяется философским взглядам Сократа, Платона и Аристотеля на важность института семьи, внутрисемейные отношения, а также права и обязанности сторон. Проблемы представлены в описательно-аналитическом стиле на основе доступных источников.

Müəllif hüququ (c) 2025 Pərvin Nəsirova
Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.
Endirin
Məqalə Məlumatları
- Məqalə Növü Fəlsəfə
- Təqdim Edildi sentyabr 25, 2024
- Qəbul Edildi aprel 7, 2025
- Yayımlanıb iyun 30, 2025
- Nömrə № 8 (1) İyun 2025
- Bölmə Fəlsəfə