Mövlana Cəlaləddin Ruminin Məsnəvisində bir hədisin şərhi Толкование одного хадиса в «Маснави» Джалал ад-Дина Руми
Xülasə
Mövlana Cəlaləddin Ruminin ölməz Məsnəvisi Qurani-Kərim ayələrinin və Peyğəmbər əleyhissəlamın hədislərinin mühüm bir qisminin təfsiri, şərhi əsasında yazılmışdır. Cəlaləddin Rumi Allah kəlamının, Peyğəmbər hədislə-rinin ən mahir rəmzi təfsirçilərindən biridir. Məsnəvinin əsas qayəsi sufri ədəbini, ürfanı, seyrü süluk mərhələlərini, təriqət yolçusunun keçirdiyi halla-rı və məqamları Qur’an və sünnət işığında insanlara anlatmaqdır. Bu isə tə-biidir, çünki islam təsəvvüfünü Qur’ansız və Allahın sonuncu elçisi Muhəm-mədsiz (s.a.s.) təsəvvür etmək mümkün deyildir. Onu da qeyd etmək lazımdır ki, islamda zöhd və təqva hərəkatı ifrata varmamaq şərtilə Peyğəm-bər (s.a.s.) və səhabə dövrünə gedib çıxır.
Referanslar
- İ.Cerrahoğlu. Tebriz tarixi, s.2, Ankara, 1988.
- S.Ateş. İsari tefsir okulu, Ankara, 1988.
- O.Kesikoğlu. Nüzulindən etibarən Kur’ani-Kerim bilgileri, Ankara,1989.
- Feyzul-Kasani, Təfsirrus- səfi, c.1, Tevvan, 1416.
- Cəlaləddin əs-Suyuti. Əl-İtqan fi ulumil Qur’an, s.2,Misir, 1368.
- V.M.Məmmədəliyev. Qur’ani-Kərimin tərcüməsi (tərcümə edənlər Z.M.Bünyadov, V.M.Məmmədəliyev, Bakı, “Qismət”,2008).
- Tahir-ül Mevlevi. Şerh-i Mesnevi, c.11, İstanbul, (tarixsiz).