Articles

Dini mətnlərdə Xızır müdrikliyinin özünəməxsusluğu Dini mətnlərdə Xızır müdrikliyinin özünəməxsusluğu Review on the Peculiarties of Khidr's Wisdom in Religious Texts Своеобразие мудрости хызыра в религиозных текстах

Nərman Qocatürk Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsi

Nasıl Atıf Yapılır

Qocatürk, Nərman , Qocatürk, N , , Bakü Devlet Üniversitesi İlahiyat Fakültesinin İlmî Mecmuası, Dini mətnlərdə Xızır müdrikliyinin özünəməxsusluğu, 14, 27, 2017, 249-259, 2017

Zotero Mendeley EN EndNote

Öz

Tanrı Dərgahından soraq verən hər bir müqəddəs Yazıda, ilahi Kəlamlarda qeyd olunur ki, yerin, göyün, külli-aləmin yaradıcısı yalnız Tanrıdı. Can verən də, can alan da Odur. Yerin, göyün taleyi ondan asılıdı, hər bir insanın taleyi kimi. Yazan da, yazılanı pozan da, yolunu azana yol göstərən də Odur. Tanrı sevib seçdiyi, öz yanına, Haqq Dərgahına yüksəltdiyi iki müqəddəsə bu qüdrətindən pay verdi. Öncə Xızıra, sonra da İsa Məsihə. Bu qüdrətə sahib olmadan öncə Haqqın yanında hər birinin öz ilahi məqamı, ali mərtəbəsi var. Mənbələrin söyləntilərinə görə seçilmışlər, müqəddəslər sırasında ən yüksəkdə Xızır əleyhissəlamdı. Xızır ana bətni görmədən nur içində doğuldu. Ölmədən əbədi dirilik qazandı. Müqəddəs Ruhu min illərdi ki, yer üzündə yaşamaqdadı. Zamanında ölüyə də, diriyə də can verərdi. Tanrı onu peyğəmbərlərin ustadı etmiş, gizli mətləbləri onun əməlində göstərmişdi. Mənbələr Xızırın Tanrı buyruğu ilə həyata keçirmiş olduğu missiyanı bu şəkildə təsvir edir ki, O yer üzünü gəzərək darda olanlara yardım edir, bəzi təbiət hadisələrinə müdaxilə edir, gərəkli olan insanlara gizli elm öyrədir. Allaha niyaz edən qulların dualarını Kəbədə olan Saba mələyinə çatdırır. Hər azan vaxtında Kəbəyə gedərək yardım edəcəyi insanların siyahısını alaraq vəzifəsini yerinə yetirir. Dini mənbələrdə qeyd olunur ki, Xızır neçə-neçə müqəddəsin cənazəsinin başında durub onları Haqq Dərgahına yola salıb. Bütün Haqq elçiləri, Adəmdən başlamış Nuh tufanına, İbrahim peyğəmbərdən İsa Məsihə qədəq hamısı Xızırı səsləyib, onun çiynində Tanrı Dərgahına ucalıblar. Məhəmməd peyğəmbər də Xızır Ruhuna qoşulub göylərə sarı ucaldı.

Every sacred book which describes God, states that God is the only creator of the Universe. He gives life, and he takes it. The fate of the earth and the sky depends on him, as well as the fate of every human. He is the one who writes the rules, who changes what was already written, and the one showing the way to those lost. God gave a share of this power to two of the sacred men. First, to Khidr, and then to Jesus Messiah. Before acquiring this power each one of them had their own divine opportunity. According to sources, the highest among the saints and chosen is Khidr. Khidr was born out of mother’s womb in the ray of light. He received eternal life before dying. His saint spirit lives on earth for thousand years. There were times when he would give his life to both the dead and the alive. God has made him the master of the prophets. The sources describe the mission of Khidr as the following: wondering around the world to help those in need, to sometimes interfere into the nature’s processes, and teach science to selected people. He turns his servants who pray to God in Kaaba into Saba’s angels. He performs his task by making a list of those people who go to Kaaba every time during Azan. According to religious sources, that Khidr has seen off souls of the many saints to the Good Abode. All envoys of the Good, from Adam to Noah, Abraham to Jesus Messiah, called for Khidr, and ascended to the God’s Abode on his shoulders. Prophet Mohammed also ascended to the heaven with the spirit of Khidr.

Referanslar

  • Ali Toker. Hızır Aleyhisselam. Buhara Yayınları, İstanbul, 2011, 319 s.
  • Басилов В. Н. Култь святых в исламе. М., 1970, 144 s.
  • İncil. Əhdi-Cədid. Stohkolm, Bibliya Tərcümə İnstitutu, 1991.
  • Qocatürk N. Xızır əleyhissəlam: Türkün ağ atlı oğlanı. İstanbul, 2013, 287 s.
  • Qocatürk N. İslam mədəniyyətində sufizm. Bakı, “Nurlan”, 2010, 150 s.
  • Qocatürk N. Mifik təfəkkür və etnik təşəkkül: türk mifoloji mətnlərinə fəlsəfi baxış, Bakı, 2014, 116 s.
  • Quran. (ərəb dilindən tərcümə edənlər: Z.Bünyadov və V.Məmmədəliyev), Bakı, 1992.
  • Mevlana Celaleddin Rumi. Mesnevi. III ciltte, Konya, 2009.
  • Müqəddəs Kitab. Əhdi-Ətiq . Bakı, Kitab Şirkəti, 2004.
  • Nilufer Dinç. Hz. Hızır Kimdir? Sınır Ötesi Yayınları. İstanbul, 2011,166 s.
  • Ömer Faruk Hilmi. Hızır Aleyhisselam. İstanbul, 2011, 880 s.
  • Радлов В. В. Из Сибири. М., Наука, 1991, 749 s.
  • Ramazan Hüb. Hızır Aleyhisselam. İstanbul, 2009, 488 s.
  • Serhat Ahmet Tan. Hızır. İstanbul, 2009, 240 s.
  • Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, Yazıçı, 1983, 326 s.
  • Токарев С.А. Ранные формы религии. М., 1990, 622 s.
  • Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı. Bakı, Gənclik, 1987, 277 s.
  • Zəbur. Bakı, Kitab Şirkəti, 2003.