Struktur dilçilik

Structural Linguistics

Понятия «структурная ликвистика»

Yazarlar

  • Yeganə Qaraşova Bakı Dövlət Universiteti İlahiyyat fakültəsi, Dillər kafedrasının Baş müəllimi
Struktur anlayışı termin kimi təkcə dilçilikdə işlənmir, o, ümumelmi termindir və elmin, texnikanın və praktik fəaliyyətin müxtəlif sahələrində tətbiq edilir. Bu termin XIX yüzillikdən başlayaraq elm və texnika sahəsində daha çox işlənmiş, XX yüzillikdə isə elm, texnika və ictimai fəaliyyətin bütün sahələrinə nüfuz etmişdir. Hissələrin sadəcə birləşməsindən fərqli olaraq, hadisələrin bir-biri ilə sıx (üzvi) birləşməsindən ibarət olan, qarşılıqlı şəkildə bir-birini şərtləndirən, birinin mövcudluğu digərlərindən asılı olan, yal-nız bir-birindən asılılıqla özəllik qazanan hissələrin bütövünə struktur deyilir. Struktur kateqoriyası obyektdə mövcud olan qanunauyğun əlaqələri ehtiva edir. Bu termin obyek-tin daxili və xarici əlaqələrinin ən mühüm əlamətlərini əks etdirir. «Azərbaycan dilinin izahlı lüğəti»ndə quruluş sözünün bu mənalarda işləndiyi göstərilir. 1. İctimai, dövləti sistem üsulu, idarə üsulu. 2. Üsul, sistem. 3. Bir şeyin qurulma üsulu, təşəkkül forması, düzülüş qaydası, daxili tərtibatı; kortstruksiyası. (Dilin qrammatik quruluşu, cümlə quru-luşu). 4. Bir tam təşkil edən hissələrin bir arada birləşməsi, təşəkkülü, düzülüşü.
The article is devoted to origination of structural study of language. The following notions as structure, structural linguistics, and structuralism are investigated, the terms as structure and system are compared, and their similarity and difference is shown.
Статья посвящена возникновению структурного языкознания. В ней исследуются понятия: структура, структурная лингвистика, структурализм ; составляющая термины структура и система; указывается на их сходства и различия.

А. А. Реформатский. Введение в языковедение . М., 1967. 562 s.

Л. Ельмслев. Можно ли считать, что значения слов образуют структуру? «Новое в лингвистике», II buraxılış., M., 1963. 550 s.

Т.А.Амирова. Б.А.Ольховиков. Ю.В.Рождественский. Очерки по истории лингвистики. М., 1975. 486 s.

Л.В. Щерба, И.А.Бодуэн де Куртене и его значение в науке о языке. «Из- бранные работы по русскому языку». М., 1957, 370 s.

A.N, Kolmoqoroy. Ön söz. У. Эшби. Введение в кибернетику. М., 1959. 6.s.

К.Маркс, Ф.Энгельс. Сочинения, т. 3, с. 29.

Ə. Ə. Rəcəbov “ Dilçilik tarixi”. Bakı, 1988, s.525.

Ф.де Соссюр. Труды по языкознанию. М., 1977. s 95.

Toplam 8 kaynakça bulunmaktadır.

Makale Bilgileri

  • Makale Türü Articles
  • Gönderildi Haziran 30, 2013
  • Yayınlanmış Haziran 30, 2013
  • Sayı № 19(19) Haziran 2013
  • Bölüm Articles
  • Dosya İndirmeleri 9
  • Özet Görüntülemeler 45
  • Paylaş
İndirme verisi henüz mevcut değil.