The Phenomenon of the Image in Literature and Philosophy. Fəlsəfə və ədəbiyyatda obraz fenomeni Феномен образа в философии и литературе
Abstract
In the article, the role of images in science, art and philosophy is researched. The author explains the role of figurative thought in the formation of notions and symbols. The author notes that the e eidetism, the figurativeness are important features for all creative thoughts. The more a person succeeds to embody image, the more realizes the world. A person realizes the world in a degree and a level which he succeeds to embody image. The formation of images is a complex process. Despite, all areas of a human life are connected with it. In the article, all creative spheres are researched in this prism.
Təxəyyülün gücü biliyin həcmi qədərdir. Açar sözlər; eydos, obraz, appersepsiya, reproduksiya, qradasiya. Mövzunun aktuallığı: Obraz hissi, intellektual, bədii olmasından asılı olmayaraq təfəkkürün formalaşmasında önəmli bir faktordur. İdrakı proseslərin hər biri istər ayrı – ayrılıqda, istərsə də bütövlükdə obrazyaratma prosesində iştirak edir. Əgər şüurda ən sadə şəkildə belə hissi obraz yoxdursa, motivasiya getmirsə, təfəkkür aktı alınmır. Yaxud ən sadə şəkildə ifadə etsək, obrazsız düşüncə yoxdur. Əgər düşünə bilmiriksə, mexaniki olaraq mövcudluğumuz şübhə altına düşür. Rene Dekart (1596-1650) deyirdi ki, “düşünürəmsə, deməli varam”. (Cogito, ergo sum (лат.). Təfəkkür yalnız idrakı akt deyildir, o həm də hissi və ruhi varlığımızın mücərrəd məzmunudur. Hər hansı bir ruhi məzmun, zatən təfəkkürlə və təfəkkürdə mövcuddur. “Sən cismə bürünmüş təfəkkürsən”, deyə fəlsəfi məktublarından birində V.Q. Belinski dostuna obrazlı şəkildə belə müraciət edir (3, s.145) və varlığın mahiyyətini ona açırdı. Təfəkkür prosesi nə qədər obrazlı mahiyyət daşısa da onu məntiqdən kənarda təsəvvür etmək mümkün deyildir. Rasionallıqdan kənarda təfəkkür formalaşa bilmədiyi kimi, təfəkkürdən də kənarda rasionallıq ola bilməz. Deməli, varlığımız obrazlı şüurun, obrazlı təfəkkürün daxilində mövcuddur, yoxluğumuz isə onun kölgəsində qalanlarımızdan ibarətdir. İnsan özündə və özü üçün mövcud olduqda belə, yenə zatən müəyyən bir obraza appersepsiya olunur. Məhz insanın ictimai varlığa çevrilməsi və sosial məna kəsb etməsi də yalnız təkamül nəticəsində sonradan arxetipə çevrilən şüurdakı ilkin obrazdan yaranır. Mövzu bu mənada aktualdır ki, ədəbiyyatda və fəlsəfədə olduğu kimi cəmiyyətdə də insanın psixi siması onun hansı bir obrazı ifadə etməsi ilə müəyyənləşir. Hər bir cəmiyyət üçün normal və dolğun insani obraz, yaxud həmin obrazın mükəmməl bir paradiqmasının mövcudluğu vacibdir.
Keywords:
eidetism, image, apperception, reproduction, gradation
eydos, obraz, appersepsiya, reproduksiya, qradasiya
References
- Aristotel Poetika // Bakı: Azərnəşr, 1974, 192 səh.
- Belinski V.Q. Seçilmiş əsərləri Bakı: EA, 1948, 271 s.
- Belinski V.Q. Rus ədəbiyyatı klassikləri haqqında//B., Uşaqgəncnəşr, 1954, 368 s.
- ƏfəndiyevA. Mütləqə inam // Bakı: Təbib 1999, 298 s. ( 172-179).
- Əliyev R. Ədəbiyyat nəzəriyyəsi // Bakı: Mütərcim, 2008, 360 s.
- Hacıbəyov Ü. Məqalələr // Bakı: Azərnəşr, 1985, 654 s.
- Mirzəcanzadə A.X. Müslimov Q.F. Hüseynov X. M. Həkimlik və təbabət haqqında etüdlər // Bakı: Ozan, 2005, 224 c.
- Бахтин М. М. Вопросы литературы и эстетики. Исследования разных лет // М.: Худ. Лит., 1975, 504 c.
- Выгодский Л.С. Психология искусства // М.: Искусство, 1965, 379 с.
- Герцен A. И. “Былое и думы” // т. III, M.: 1973. c. 225.
- Гете И.В. Собрание сочинений // т. III Из моей жизни. Поэзия и правда перед. с немец. Н. Манн. М.: Хид. лит., 1376, 718 с.
- Гёте И.В. Собрание сочинений в десяти томах, том X. Об искусстве и литературе / М.: Худ. лит. 1980, 510 с.
- Гуляев Н.А. Теория Литературы: Учеб. пособие для фил. спец. пед. ин- тов.- 2-е изд., испр. и доп. – М.: Высш. шк., 1985, 271 с.
- Лифшиц М. Философия искусства в прошлом и настоящем // М.: Искусство, 1981, 423 с.
- Тимофеев Л.И. Основы теории литературы. Учеб. Пособие для студен- тов пед. Ин-тов. Изд. 4-е, испр. / М.: Просвещение, 1971, 464 с.
- Филипьев Ю.А. Сигналы эстетической информации // М.: Наука, 1971, 111с.
- Шпет Г.Г. Избранные сочинения // М.: Правда, 1989, 602 с.
- Юнг Карл Густав Эон, пер. с нем. М. А. Собуцкого.- М.:АСТ: АСТ МОСКВА, 2009.,411с.