Qız və oğlan övladı arasında ayrıseçkilik The Discrimination Between the Children in the Family Дискриминация между детьми в семье
Xülasə
İslam dini qız və oğlan uşaqları arasında fərq qoymağın qəti əleyhinə olaraq, qız uşaqlarına mənfi münasibət bəsləməyi qadağan etmişdir. İslamın zühuruna qədər və onun meydana gəlməsi əsnasında ərəblər qız uşaqlarının dünyaya gəlməsinə kişinin ləyaqətini alçaldan neqativ bir hadisə kimi baxırdılar. Cahiliyyət dövrü ərəbləri bir kimsəni qəmgin görüncə rişxəndlə soruşarmışlar: «Səni qəmgin görürəm. Olmaya arvadın hamilədir? Yoxsa qız atası olmusan?».
İslama qədərki ərəblər arasında geniş yayılmış və insanlığa yad olan pis adətlərdən biri də yoxsulluq qorxusu ilə qız uşaqlarının məhv edilməsi idi. Qədim ərəblər uşaqlarını öldürməklə onların saxlanması və böyüdülməsi ilə əlaqədar ortaya çıxan çətinliklərdən yaxa qurtarmağa çalışırdılar. Bəzi qəbilələrdə isə məhz qız uşaqları məhv edilir və oğlan uşaqlarına toxunmurdular. İslam özünün gəlişi ilə bu mənfi münasibəti rbütün qız uşaqlarının xeyrinə dəyişdirdi. Bir gün Həzrəti Peyğəmbərin (s.ə.s.) səhabələrindən biri ona: «Himayə və yaxınlığa ən çox layiq olan kimdir?»deyə belə bir sualla müraciət etmişdi. O, bu suala üç dəfə: «Anan»deyə cavab vermiş və yalnız sual dördüncü dəfə təkrar edildikdə: «Atan» deyə əlavə etmişdir. Bu hədisdən çox gözəl anlaşılır ki,dinimiz qadınlara hansı üstünlükləri vermişdir.

islam is decisively against the discrimination between daughter or son. The children must be respected without differing gender and no discrimination will be exist. Since, they will leam honesty from us and apply all they have leamed in fiıture.
Referanslar
- Babazadə Əli Əkbər. İslamda evlənmə və ailə hüququ. İran: Zilhiccə,1420, (Aprel 1999), 476 s.
- Qurani Kərim. Ərəb dilindən tərcümə edənlər Z.M.Bünyadov: V.M.Məmmədəliyev. Bakı: Qismət, 2004, 607 s.
- Yusifpur Hacı Əbdürrəhman. İslamda ailə üzvlərinin hüququ. Bakı, 1998, 164 s.
- Məmmədzadə. Hz. Məhəmmədin simasında islam əxlaqı, s.122).
- Yusifpur Hacı Əbdürrəhman. İslamda tərbiyə və uşaq "psixologiyası. Bakı: Nafta- press, 1998, 107 s.
- Çeker Orhan. İslam Hukukunda cocuk. İstanbul: Kayıhan "yaymları, 1990, 233s.
- Erbay Celal. İslam hukukunda küçüklerin himayesi. Bakı: "Göytürk, 1995, 274 s.
- «Məkarimul-əxlaq», s.220.