Ərəb dilində köməkçi fellər haqqında bəzi qeydlər Some Notes on Auxiliary Verbs in Arabic Некоторые заметки о вспомогательных глаголах в арабском языке
Xülasə
Təqdim olunan məqalədə, əsasən, bəzi köməkçi fellər, onların təsnifatı və xüsusiyyətlərindən (tərkibi xəbər əmələ gətirməsi) bəhs ediləcəkdir. Bəzi müəlliflər bu felləri tərkibi xəbərlərin birinci komponenti kimi başa düşür və onları “fellərin fellə işlənməsi” istilahı kimi qələmə alırlar. Bəzən isə onları “olmaq, çevrilib olmaq” ifadə edən köməkçi fellər, bəzi hallarda hərəkətin davamiyyətini (استمرار) bildirən köməkçi fellər, nəhayət, digər halda isə “zərf” bildirən köməkçi fellər adlandırırlar. Zənnimizcə, bu felləri aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Başlanğıc bildirən köməkçi fellər; 2. Mövcud olmaq, çevrilib olmaq bildirən köməkçi fellər; 3. Davamiyyət bildirən köməkçi fellər; 4. Hərəkətin yaxınlığını, ərəfədə icra olunacağını bildirən köməkçi fellər. Unutmaq olmaz ki, yuxarıda göstərilən köməkçi fellərin ən mürəkkəb təsnifatı onların tam mənalı və naqis (köməkçi) mənalı fellərə bölünməsidir.
In the result of research it was studied the interesting features of auxiliary verbs, and it should be continued.
Referanslar
- Bekir topaloğlu: Hayreddin Karaman, sarf nahiv kitabı, Beyazit, İstanbul, 1994.
- Ə.C.Məmmədov, Ərəb dili, Bakı, 1998.
- Cahani T., Naqis fellər, ADU elmi xəbərlər, №2, 1974.
- Б.М. Гранде, курс арабской грамматики в сравнительно-историческом освещении, Москва, 1963.
- Ziya Bünyadov, V.M.Məmmədəliyev, Qurani–Kərim, Bakı, 2007.
- V.M.Məmmədəliyev, Müasir ərəb ədəbi dilində felin zaman, şəxs və növ kateqoriyası.