Əbu Nəsr Əl-Farabinin həyatı və yaradıcılığı Əbu Nəsr Əl-Farabinin həyatı və yaradıcılığı The Life and Work of Abu Nasr al-Farabi Жизнь и творчество абу насра аль фараби
Öz
İlk öncə bu dahi şəxsiyyət barədə qısa və ümumi şəkildə bunu deyə bilərik ki, Əbu Nəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzlağ əl-Farabi və ya Əbu Nəsr əl-Farabi (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təxminən 870 950-ci illərdə yaşaması güman olunur) müsəlman dünyasının ən əzəmətli alim-filosoflarından biri olmuşdur və elm aləmində Aristoteldən sonra "İkinci müəllim" adını qazanmışdır. Onun doğum yeri Farab şəhəri yaxınlığında Vəsic kəndi olaraq göstərilir. Uşaq yaşlarında Bağdad şəhərinə gəlmiş və burada dövrünün bütün elmlərinə və bir neçə dilə kamil şəkildə yiyələnmişdir. Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Farabi İslam dünyasını Yunan fəlsəfəsi ilə tanış etmiş ilk alimlərdən olmuşdur. Farabi məntiqi "təxəyyül" və "sübut" olmaqla iki kateqoriyaya ayırmışdır. Yazdığı "Kitabi əl-Musiqə əl-kəbr" (Musiqi haqqında böyük kitab) əsəri ilə musiqiçünaslığın inkişafına təkan vermişdir. Bir neçə musiqi alətində ifa etmiş və bir neçəsini də özü ixtira etmişdir. Müasir ərəb musiqisində istifadə olunan səs sistemini məhz Farabi işləyib hazırlamışdır. Ən məşhur əsəri isə çox güman ki, “Əl-Mədinətülfazele” (“Utopik şəhər”) əsəridir. O, bu əsərində "İdeal dövlət" konsepsiyasını irəli sürmüşdür.

The article examines the life and work of the famous Oriental philosopher Al Farabi, its relation to the issues of life, metaphysics, society, many of the problems of today. Emphasizes the importance of the works of the philosopher for the next stages of development of social thought. Despite the existence of extensive literature on the heritage of the famous philosopher, is still a need to revisit the problems of human existence, and from the perspective of Al Farabi. The contribution to the development of the philosopher of science, described the content of the major works, and emphasized the importance of social and political views of the philosopher.
Referanslar
- İbn Xəlliqan. Vəfayatul-əyan. II cild, Tehran: Daneşqahi nəşriyyat mərkəzi, 1993.
- Rza Davəri. Farabi İslam fəlsəfəsinin yaradıcısıdır. Tehran: Elm və Mədəniyyət Nəşriyyatı, 2000.
- M.M.Şərif. İbrahim Mədkur Farabi: İslamda fəlsəfə tarixi. Tərcüməçi: Əli Məhəmməd Kardan, I cild, Tehran: Daneşqahi nəşriyyat mərkəzi, 1983.
- R.Walzer. Al-farabi on the Perfect State Abu Nasr al Farabi Mabadi’ Ara’ Ahl Al – Madina Al – Fadila, (“Ara”), a rivised text with introd., tr., and Comm., (Oxford: Clarendon Press, 1985).
- Əbunasir Farabi. Siyasətülmədinə. Tərcümə edən Həsən Məlikşahi. Tehran: Soruş Nəşriyyatı. 2000.
- Möhsün Mühacirniya. Farabinin siyasi fəlsəfəsi. Qum: 2002.
- Henri Korben. İslam fəlsəfəsi tarixi. Tərcüməçi Əsədulla Mübəşşiri. Tehran: Əmr-Kəbir nəşriyyatı, 1982.
- Seyid Cəfər Cəccadi. Farabinin fəzilətli utopiya barədə baxışları. Tehran: Çap və Nəşriyyat Təşkilatı, 2000.
- Əl Qifti. Tarixül-hükəmal. Tehran: Çap və Nəşriyyat Təşkilatı,1995.
- M.Mahdi. Alfarabi’s Imperfect State: Journal of American Oriental Society, Vol. 110, No.4, 1990.